Sipahiler Usyani 1857 1859 - Wikipedia
Sipahi üsyanı — Hindistanda ingilis müstəmləkəçilərinə qarşı milli- qurtuluş mübarizəsi.
Üsyanın səbəbləri və iştirakçıları
redaktəÜsyanın hərəkətverici qüvvəsi icma-kəndliləri və şəhər sənətkarları idi; hərbi qüvvəsi isə — əsasən əkinçi kastalardan təşkil olunan benqal ordusunun sipahi alayları; üsyana feodallar başçılıq edirdi. Şimali Hindistanda yerləşən benqal ordusunun tərkibində 21,4 min ingilis və 137,5 min hindli(112 min. piyada, 19,3 min süvari, 4,7 min topçu, 1,5 min sapör və minör) var idi. Üsyanın səbəbi: icma-kəndlilərinin üzərinə qoyulan və onların torpaqlarının itirilməsinə gətirən, verginin kəskin artırılması; sənətkarların, ingilis sənayesinin istehsal etdiyi məmulatlarla rəqabətə dözə bilmədiklərinə görə müflis olması; brahmanların vergi imtiyazlarının ləğv edilməsi; sipahilərin Benqaliyadan kənarda vuruşduqlarına görə aldıqları maaş artımından və başqa imtiyazlardan məhrum olunması; ingilislər tərəfindən iri feodallarının mülklərinin əlindən alınması; dini və kasta ziddiyətləri idi. 1857-ci ilin əvvəlində benqal ordusunda ingilislərə qarşı üsyan başladı. Fevral və martda üsyanlar Barrakpur şəhərində baş verdi. Sipahi alaylarında gizli özünüidarə orqanları yaranmağa başladı (pançayatlar), onların üzvləri ingilislərə qarşı ümumi üsyanın təbliğatını aparırdılar. Lakin üsyana hazırlıq pərakəndə gedirdi, ümumi mərkəz yox idi. Bilavasitə bəhanə isə, ingilis ordusunda Enfild tüfənginin tətbiq olunması idi. Bu tüfənglər donuz ya da inək piyi ilə yağlanırdı, indusların və müsəlmanların buna toxunması isə mümkün deyildi.
Üsyanın genişlənməsi
redaktə1857-ci il mayın 10-da Dehlidən 60 km. şimal-şərqdəki Mirut(Meratx)şəhərində benqal ordusunun üç sipahi alayı üsyan etdi. Mirutdakı qiyam tərkibində 135 min sipahi olan benqal ordusunun ingilis əleyhinə üsyanına işarə oldu. Alaylar Dehliyə tərəf yeridi və orada qarnizonun başqa üsyan etmiş hissələri ilə birləşdilər. Onları paytaxtın və ətraf kəndlərin əhalisi dəstəklədi. Üsyan tezliklə Pəncabdan Benqaliyaya qədər böyük əraziyə yayıldı və ümumxalq qurtuluş müharibəsinə çevrildi. Üsyanın əsas mərkəzləri Dehli, Kanpur və Lakhnau oldular. Üsyançılar Böyük moğolların hakimiyətinin bərpa olunmasını bəyan etdilər. Üsyançılar ingilis hərbi və mülki məmur və zabitlərini, milli satqınları məhv edirdilər, silah, sursat və təchizat anbarlarını ələ keçirirdilər. Yarağlanaraq onlar qalaları, möhkəmləndirilmiş rayonları və məntəqələri tuturdular. İngilislər nisbətən sakit olan cənuba qaçırdılar. Birinci gözlənilməz zərbədən özlərinə gələn ingilislər üsyanın yatırılmasına başladılar. 1857-ci il iyunun əvvəlində onların əsas qüvvələri Pəncabdan Dehliyə birinci hucumlarına keçdilər. Bəxt xanın başçılığı altında paytaxtın müdafiəsi dörd aydan çox çəkdi. Xüsusi ilə topçular peşəkarlığa görə hətta ingilislərdən daha üstün idilər. Üsyançılar qəfil cinah zərbə, düşmənin kiçik qruplarının dövrəyə alınaraq məhv edilməsi, gecə hucumları və pusqu taktikalarını tədbiq edirdilər. Ancaq ingilislər şəhəri ələ keçirə bildilər. Dehlinin mühasirəsi ilə eyni vaxtı, ingilislər Kəlkütədən Qanq çayı vadisi ilə ikinci hucumlarına başladılar. Onlar Lakhnauya yaxınlaşdılar, ancaq şəhəri ala bilmədilər: onu, Əud Əhməd Şahın başçılığı ilə 50 min sipahi və könüllü müdafiə edirdi. İngilislər geri çəkildilər. 1858-ci il martın əvvəlində ingilislər 45 minlik qoşunla şəhərə yaxınlaşdılar və martın 14-də onun mühasirəsinə başladılar. 19 mart 1858-ci ildə Lakhnau alındı. İngilislər əsir düşmüş üsyançılara qarşı vəhşicəsinə davrandılar, onlar ailələri ilə birlikdə kütləvi surətdə güllələnirdi. Buna baxmayaraq üsyançılar mübarizəni davam edirdilər. İngilislər daha iki cəza yürüşü təşkil etdilər: biri Madrasdan Bandaya, başqası Bombey Qvaliyara. Üsyanın mərkəzi Chansi oldu, burada üsyana rani Lakşmi-Bay başçılıq edirdi. Inadlı müqavimətə baxmayaraq ingilislər 1858-ci ilin aprelində şəhəri aldılar. Mövləvi Əhməd və Tantia Topinin başçılığı altındakı 120 min üsyançı cəngəlliklərə çəkilərək apardıqları partizan müharibəsi 1859-cu ilin mayına qədər davam etdi.
Məğlubiyətin səbəbləri
redaktəÜsyanın məğlubiyətinin əsas səbəbi üsyançıların arasında yekdilliyin olmaması idi. Hindistan feodallarını ölkənin azad olunmasından daha çox öz imtiyazları maraqlandırırdı. Əvvəlcə üsyana qoşulan iri feodallar tezliklə ingilislərin tərəfinə keçdilər. Üsyançıların vahid mərkəzi yox idi. Bundan başqa müstəmləkəçilər hərbi mənada daha güclü idi. Üsyançılar isə daha çox qeyri-nizami qoşunlarla təmsil olunurdu. Feodalların müdafiə taktikası müstəmləkəçilərə təşəbbüsü ələ almağa imkan verdi. Məğlubiyətə baxmayaraq Sipahi üsyanı ingilis müstəmləkəçilik siyasəti üçün sarsıdıcı zərbə oldu. Tezliklə Ost-Hind kompaniyası ləğv edildi. Xüsusi ilə şimalda üsyan o qədər güclü idi ki, ingilislər Britaniya imperiyasının mühüm resurslarını bu üsyanın yatırılmasına yönəltməli oldular.
Mənbə
redaktə- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 3 səh.524