Sindrom - Wikipedia
Sindrom - Haqqında Məlumat
Sindrom (yun. σύνδρομον, σύνδρομο — eyni səviyyədə, uyğun) — ümumi patogenezə malik simptomların məcmusu.
Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri həkimi digər xüsuiyyətlərin olması barədə xəbərdar edir. Bu termin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur.
Tibb terminologiyasında sindrom yalnız aşkar olunmuş xarakteristikaların məcmusuna aid edilir. Spesifik xəstəlik və ya rahatsızlıq isə əsas səbəb kimi qəbul olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |