Simo Hayha - Wikipedia
Simo Hayha (fin Simo Häyhä; 17 dekabr 1905 – 1 aprel 2002) — 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi dövründə fəaliyyət göstərmiş, Qırmızı Ordu tərəfindən Ağ Ölüm adlandırılan fin snayper. Qış müharibəsində Mosin-Naqant snayper tüfəngi vasitəsilə bir müharibədə təsdiqlənmiş rekord sayda (505) düşmən əsgərini məhv etmişdir.[2][3] Bundan başqa, yüngül tüfəng olan 9 mm-lik Suomi vasitəsilə 200 düşmən əsgəri öldürərək təsdiq olunmuş ümumi öldürülən əsgər sayını 705-ə çıxartmış və bunu 100 gündən daha az müddətdə etmişdir.[4] Rütbəsi kiçik leytenant olmuşdur.
Simo Hayha | |
---|---|
fin Simo Häyhä | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rautjarvi, Finlandiya |
Vəfat tarixi | (96 yaşında) |
Vəfat yeri | Hamina, Finlandiya |
Vətəndaşlığı | |
Milliyyəti | Fin |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Finlandiya |
Qoşun növü | Finlandiya Silahlı Qüvvələri |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri |
Azadlıq Xaçı (3-cü və 4-cü dərəcə) Azadlıq medalı (1-ci və 2-ci dərəcə) Kollaa döyüşü xaçı[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlıq illəri
redaktəHazırkı Finlandiya-Rusiya sərhədinə yaxın yerləşən Vıborq quberniyasının Rautjarvi qəsəbəsində səkkiz uşaqlı lüteran ailəsində anadan olmuşdur.[5][6] Mietiliyada xalq məktəbində oxumuş və qardaşı ilə torpaqda işləmişdir. Ailəsi balıq tutmağı və ovçuluğu çox sevirdi. 17 yaşı bitdikdən sonra yerli təhlükəsizlik dəstəsinə daxil olmuş və snayper təlimini almış. Vıborq üzrə snayperlərin yarışmasında yüksək nəticə göstərmişdir.
Hərbi xidmət
redaktə1925-ci ildə Rayvolada hərbi xidmətə başlamış və ikinci velosiped batalyonunda xidmətini davam etdirmişdir. Sonra unter-zabit məktəbinə daxil olmuş və Teriyokinin birinci velosiped batalyonunun unter-zabiti kimi məktəbi bitirmiş. Snayperlik hazırlığını 9 il sonra Kouvolanın Utti qalasında əldə etmiş.[7]
Sovet - Fin müharibəsi (1939-1940)
redaktəSovet-Fin müharibəsi zamanı snayper
kimi xidmət göstərmiş və müharibənin sonunda ağır yaralanaraq tərxis olunmuşdur. Hayha həmçinin Kolla döyüşündə də iştirak etmiş. O Aarne Yutilaynenanın 34-cü piyada alayında döyüşmüşdür. Burada onun avtomat və tapancadan çox məharətlə istifadə etdiyi aşkar olunmuş.
Öldürülmüş düşmən sayı
redaktəSimo Hayha üç ay müddətində, yaralana qədər 500 düşməni snayperlə, 200-nü isə avtomatik silahla öldürmüş. Öldürülmüş sovet əsgərlərinin sayını məhs snayperçi və yoldaşları hesablamış. Ancaq öldürülmüş düşmən hesaba alınırdı. Bir öldürülmüş düşmənə bir-neçə snayper atəş açarsa bu nəzərə alınmırdı.[8] Robert Brantberqin şahidliyinə görə Hayha 21 dekabr 1939-cu ildə rekord sayda sovet əsgərini öldürmüş — 25[9]. Dekabrın ilk üç günündə ümumi öldürülmüş sovet əsgərlərinin sayı 51 olmuş. Annti Rantama öz gündəliyində göstərir ki, Simo Hayha 7 mart 1940-cı ilə qədər (yaralandığı tarix) 259 nəfəri snayper ilə, bir o qədər düşməni isə avtomatla öldürmüş.[8]
Yaralanması
redaktə6 mart 1940-cı ildə Kollada Hayha ağır yaralandı. Partlayış nəticəsində qəlpə onun sol üzünə dəymiş və sifətini, üz sümüklərini parçalamış. Arxa cəbhəyə köçürülmüş Hayha ancaq 13 martda özünə gəlmiş. Helsinkidə müəalicə alaraq üzündə əməliyyat həyata keçirilmiş. Aldığı ağır zədəyə görə onu 1941-1944-cü illərdə baş vermiş müharibəyə çağırmadılar.[8]
Taktikası
redaktəHayha döyüşdə snayper silahı olan - yivli M/28-30 (fin. Pystykorva; 60974 nömrəli) dan istifadə edirdi. Digər snayperlərdən fərqli olaraq o daha çox açıq nişangahdan istifadə edirdi. Belə nişangahla hədəfi daha tez tutmaq olur və qış vaxtı optik nişangahın şüşəsi qırov ilə örtülürdü. Bundan başqa linzanı parıtısı snayperin yerini aşkara çıxarırdı.[2] Məlumatlara görə Simo həm də Suomi avtomatik silahından istifadə etmiş[3].
Hayha snayper texnikasını və taktikasını qış şəraiti üçün uyğunlaşdırmış. Atəş açan zaman o ilk öncə silahın önünüdə olan əraziyə su tökərək dondurmuş və nəticədə atəş zamanı qar göyə sovrulmurdu. Atəş zamanı ağzında qar saxlamış və nəfəs verən zaman havaya buxar çıxmırdı. Qalın geyimi nəbzi və nəfəs almanı tənzimləyirdi. Boyunun kiçik olması ona əlavə üstünlük verirdi — 152 sm.
II Dünya müharibəsindən sonra
redaktəİkinci dünya müharibəsindən sonra maral ovçuluğuna və it yetişdirməyə başladı. Finlandiya prezidenti Urho Kekkenon ilə ova başladı. 1998-ci ildə necə belə bir atıcı olduğu soruşulanda "Sadəcə praktika edərək" cavabını vermişdi.Ömrünün son illərini Ruokolahtidə, Rusiya sərhəddinə yaxın kiçik bir kənddə keçirmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Lappalainen, Jukka-Pekka. "Kollaa kesti, niin myös Simo Häyhä" (fee required). Helsingin Sanomat (Finnish). Helsinki. 6 dekabr 2001. İstifadə tarixi: 29 avqust 2017.[ölü keçid]
- ↑ Rayment, Sean. "The long view". The Daily Telegraph. London. 30 aprel 2006. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2017.
- ↑ Tapio A.M. Saarelainen: Sankarikorpraali Simo Hayha (2006)
- ↑ Kauppinen, Kari. "Sotasankari Simo Häyhän ennennäkemätön päiväkirja löytyi - "Tässä on minun syntilistani"". Iltalehti (Finnish). Helsinki. 18 iyul 2017. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2017.
- ↑ "About Simo Häyhä". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
- ↑ "Симо «Белая смерть» Хейха". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.
- ↑ Helsingin Reservin Sanomat 2006.
- ↑ 1 2 3 Saarelainen, Tapio. "The White Sniper". Casemate. 31 October 2016. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019 – Google Books vasitəsilə.
- ↑ Simple History, Simo Häyhä 'The White Death' (World’s Deadliest Sniper), 2018-02-15, 2022-05-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-04-08