Sigizmundun Asilan Zengi - Wikipedia
Sigizmundun asılan zəngi (pol. Zawieszenie dzwonu Zygmunta na wieży katedry w roku 1521 w Krakowie) və ya "1521-ci ildə Krakovda kilsə qülləsindən asılan Sigizmund zəngi[3]" - rəssam Yan Mateykonun 1874-cü ildə bitirdiyi rəsm əsərinin adıdır. Rəsmdə 1521-ci ildə Krakovdakı Vavel kilsəsinin qülləsinə Sigizmundun zənginin asılması təsvir edilir. Zəng Sigizmund qülləsinə qurulur və 1521-ci il 13 iyulda ilk dəfə çalınır.[4] Zəng Polşanın milli simvollarından biri kimi qəbul edilir.[5] Bu əsər Yan Mateyko tərəfindən çəkilən tarixi rəsm əsərlərindən biridir. Rəsmdə tarixi əhəmiyyətli insanlardan ibarət olan izdiham təsvir edilir. Rəsm Polşa intibahının qızıl dövrünü və Polşa krallığının gücünü göstərir.
Sigizmundun asılan zəngi | ||
---|---|---|
Zawieszenie dzwonu Zygmunta | ||
| ||
Rəssam | Yan Mateyko | |
Tarixi | 1874[1] | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Yağlı boya rəssamlığı (kanvas üzərində) | |
Ölçüləri | 94 ± 1 sm × 189 ± 0 sm | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Varşava Milli Muzeyi | |
İnventar nömrəsi | MP 441, MP 441 MNW | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmin bir neçə fərqli adları da mövcuddur. Bu adlara Mieçizlav Treter tərəfindən təklif edilən "Sigizmundun zəngini təqdis etmək…"(pol. Poświęcenie dzwonu Zygmunta...)[6], "Sigizmundun zənginin yüksəlməsi"[7], "Kral Sigizmundun zəngi"[8] və ya sadəcə "Sigizmundun zəngi" (pol. Dzwon Zygmunta)[6][9] də daxildir.
Tarix
redaktə"Sigizmundun zəngi" rəsm əsəri 1874-cü ildə yaradılmışdır.[6] Mateyko rəsm əsərini həqiqətət uyğun təsvir edə bilməsi üçün ustalara zəngi hərəkət etdirə bilmək üçün bir tikinti strukturu yaratmaq əmri verir və zəngin qurulduğu yeri tapır.[6]
Bu rəsm əsəri ilə əlaqədar xeyli sayda lətifə vardır.[6] Mateyko rəsmdəki fiqurlar üçün ailə üzvlərindən istifadə edir və demək olarki, bütün ailə üzvləri bu rəsmdə təsvir olunmuşdu.[6] Rəsm müasirləri tərəfindən qəbul edilir, Stanislav Tarnovski 1875-ci ildə Przeglad Polskidə rəsm haqqında ətraflı və müsbət fikirlərini bildirdi.[6] Rəsm, 1875-ci ildə Parisdə nümayiş etdirildi və Mateykonun Fransa Akademiyası tərəfindən tanınmasına səbəb oldu. 1878-ci ildə əsər Mateykonun digər iki əsəri ("Unia lubelska" (Lublin birliyi) və "Wacław Wilczek") ilə birlikdə "Universal sərgi"də sərgilənir və burada Mateykonun qızıl şərəf medalı almasına səbəb olur.[10][11][12]
Rəsm Varşava Milli Muzeyinin kolleksiyasında saxlanılır.[13]
Quruluş və əhəmiyyət
redaktəMateyko, Polşa intibahı dövrünü dərindən maraqlanırdı və bu rəsm əsəri, həmin dövrdə çəkilən tarixi rəsmlərdən biri idi.[6] Əsər çox rəngli və həqiqətə uyğundur.[6] Əsərdə Polşa intibahının qızıl dövrü, Polşa krallığının müasir gücü, elit təbəqə və əhali təsvir edilir.[6] Rəsmin sol tərəfində dövrün zənginliyi və ehtişamı, sağ tərəfində isə bu böyüklüyü və gözəlliyi yaradan adi insanların zəhməti təsvir edilir.[10] Rəsm adətən "Sigizmundun asılan zəngi" kimi tanınsa da, əslində rəsmdə zəngin asılma anı deyil, zəngin hazırlandığı qəlibdən çıxarıldığı an təsvir edilmişdir.[14]
Rəsmdə tarixi əhəmiyyətli insanlardan ibarət olan izdiham təsvir edilir. Sol tərəfdə, kral məhkəməsi üzvləri, kral I Sigizmund və kraliça Bona Sforza da daxil olmaqla kral ailəsi və məhkəmə heyətindən Stanzik təsvir edilmişdir.[6][10] Sigizmund zənginin rəhbəri Sigizmund və oğlu Sigizmund Avqust Polşa kralları idi və Mateykonun digər əsərləri olan Babin Respublikası (1881) və Poznanda Lubranski Akademiyasının əsasının qoyulması əsərlərində təsvir edilmişdilər.[1] Bu əsər vasitəsilə Mateyko I Sigizmunda olan hörmətini göstərmişdir.[6] Əsərdə təsvir edilən digər şəxslərə bankir Jan Boner, tacir və dövlət rəsmisi olan Severin Betman, kastelyan və voyovoda olan Stanislav Kmita da daxildir.[10] Həmçinin rəsmdə, yepiskop Jan Çojenski kanon Qrzeqors ilə birlikdə zəngi təqdis edərkən təsvir edilmişdir.[10][14]
Məhkəmə heyətindən başqa zəngin yaradıcısı Hans Beham da rəsm əsərində təsvir edilmişdir. Onunla məhkəmə heyəti arasında iki tünd rəngdə təsvir edilmiş fiqur vardır. Bunlar Vavel memarı Varfolomey Bereççi və müğənni Valentin Bakfark (əslində o Polşaya, zəngin quraşdırılmasından 20 il sonra gəlmişdi) idi.[6] Arxa fonda Vavel qalası görünür.[10]
Bəzi əsərlərində etdiyi kimi, Mateyko burada da dövr üçün önəmli olacağını düşündüyü, lakin həqiqətdə bu hadisədə iştirak etməyən şəxsləri də öz rəsmində təsvir etmişdir. Bunlara misal olaraq, Sigizmundun oğlu Sigizmund Avqustu göstərmək olar. Beləki zəng qurulan zaman Sigizmund Avqustun bir yaşı var idi.[10] 1885-ci ildə Mateyko yaşlı I Sigizmund və Stanzikin təsvir olunduğu davam rəsmi olan "I Sigizmund Sigizmund zəngini dinləyir" (pol. Zygmunt I słuchający Dzwonu Zygmunta) rəsmini çəkir.[6]
İstinadlar
redaktə- ↑ 1 2 Micke-Broniarek, Ewa. "Jan Matejko". National Museum in Warsaw. İyun 2004. 12 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2012.
- ↑ https://cyfrowe.mnw.art.pl/en/catalog/509914.
- ↑ Janusz Wałek. A history of Poland in painting. Interpress. 1988. səh. 46. ISBN 978-83-223-2115-7. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 İyun 2012.
- ↑ "The Royal Sigismund Bell". The Wawel Royal Cathedral of St Stanislaus BM and St Wenceslaus M. Parafia Archikatedralna św. Stanisława BM i św. Wacława. 2010-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-03.
- ↑ "Sigismund Bell | poland.gov.pl". En.poland.gov.pl. 2014-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-12.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Marek Rezler, Z Matejką przez polskie dzieje: Zawieszenie dzwonu Zygmunta Arxivləşdirilib 2013-01-13 at Archive.today. Interklasa: polski portal edukacyjny.3 iyun 2012.
- ↑ Instytut Historii (Polska Akademia Nauk). A Panorama of Polish history. Interpress Publishers. 1982. səh. 20. ISBN 978-83-223-1997-0. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 İyun 2012.
- ↑ Stefan Muthesius. Art, architecture and design in Poland, 966–1990: an introduction. K.R. Langewiesche Nachfolger H. Köster Verlagsbuchhandlung. 1994. səh. 66. ISBN 978-3-7845-7611-4. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 İyun 2012.
- ↑ Art Institute of Chicago; Stanisław Lorentz; National Gallery of Canada. Treasures from Poland: a loan exhibition from the State Art Collection of Wawel Castle; Cracow; the Treasury of Wawel Cathedral; the National Museum of Cracow; and the National Museum of Warsaw. Art Institute of Chicago. 1966. səh. 51. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 İyun 2012.
- ↑ 1 2 3 4 5 6 7 "Kopie obrazów dawnych mistrzów-Malarstwo historyczne Zawieszenie Dzwonu Zygmunta". Piotrwalerski.alte.pl. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
- ↑ Jan Matejko; Janusz Maciej Michałowski. Jan Matejko. Arkady. 1979. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 İyun 2012.
- ↑ Maria Szypowska. Jan Matejko wszystkim znany. Fundacja Artibus-Wurlitzer oraz Wydawn. Domu Słowa Polskiego. 1992*. səh. 266. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 İyun 2012.
- ↑ "Serce, które waży... 350 kg!, Monika Hyla". TK Niedziela. 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
- ↑ 1 2 SPACER PO MUZEUM NARODOWYM W WARSZAWIE Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. DRUK EDUKACYJNY DLA DZIECI W WIEKU 7–12 LAT PRZYGOTOWANY PRZEZ OŚRODEK OŚWIATOWY MNW. Muzeum Narodowe w Warszawie. 3 iyun 2012.
Xarici keçidlər
redaktə- Hanging of King Sigismund's Bell in the Belfry of the Wawel Cathedral in Krakow Arxivləşdirilib 2020-11-24 at the Wayback Machine at ScholarsResource.com