Sidadi Velya - Wikipedia
Sidadi-Velya (Portuqacada "köhnə şəhər", və ya Santiago de Cabo Verde) — Kabo-Verdedə, Santyaqu adasının cənubunda şəhər.[1]
Sidadi-Velya | |
---|---|
14°55′00″ şm. e. 23°36′15″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1462 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1 m |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
Rəsmi adı | Cidade Velha, Historic Centre of Ribeira Grande |
Tipi | Mədəni |
Kriteriya | (ii), (iii), (vi) |
Tarixi | 2009 (33-cü sessiya) |
İstinad nöm. | 1310 |
Ölkə | Kabo-Verde |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
1462-ci ildə qurulmuş[2]:77 şəhər Kabo-verde və köhnə paytaxtının ən qədim yaşayış məskənidir. Bir müddət Ribeira Qrande adlandırıldıqdan sonra şəhərin adı 18-ci əsrin sonlarında Sidadi-Velya olaraq dəyişdirildi.[3]
Afrikanın şimal-qərb sahilindən kənarda yerləşən şəhər tropiklərdə ilk Avropa müstəmləkə məskənidir. Ərazinin səliqə ilə planlaşdırılan orijinal dizaynının bəzi xüsusiyyətləri, o cümlədən bir kral qalası, iki kilsə və 16-cı əsrə aid şəhər meydanı hələ də qorunub saxlanılır. Şəhər 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi ərazisinə çevrildi və Dünyanın Portuqal mənşəli Yeddi Möcüzəsindən biri oldu.[3]
Coğrafiya
redaktəSidadi-Velya Santyaqunun cənub sahilindəki Ribeira Qrande de-Santyaqu çayının mənsəbində, paytaxt Prayadan 10 kilometr (6 mil) qərbdə yerləşir. Şəhər bölmələrinə Larqo Pelourinho, Sao Sebastiao, Santo Antonio və Sao Pedro daxildir.
Tarix
redaktəSantyaqu adası Portuqaliyada xidmət edən bir genualı olan Antonio da Noli tərəfindən, 1460-cı ildə kəşf edilmişdir.[2]:73 Da Noli 1462-ci ildə ailə üzvləri və Alqarve və Alenteco şəhərlərindən olan portuqallarla birlikdə Ribeira Qrande-də yerləşdi.[2]:77
Ribeira Qrandedə Santyaqu çayının su bolluğuna görə yaşayış şəraiti yaxşı idi və bu da şəhəri digər yaşayış məntəqlərindən üstün edirdi.[2]:80 Yaşayış məntəqəsi Portuqaliyanın Afrika və Cənubi Amerika üzərində müstəmləkə siyasəti üçün əsas liman oldu. Şəhər 16-17-ci əsrlərdə Afrika, Ümid burnu, Braziliya və Karib dənizi arasındakı dəniz ticarətinin mərkəzi idi. Bura həm də Afrika sahillərinə yaxın olması səbəbindən qul ticarəti üçün vacib bir platforma idi.[3]
Sidadi-Velya limanı iki böyük səyahətçinin dayanacaq yer idi: 1497-ci ildə Hindistana gedərkən Vasko da Gama və 1498-ci ildə Amerikaya üçüncü səyahətində olarkən Kristofer Kolumb. Şəhər daha sonra, 1522-ci ildə dünya səyahəti üçün İspaniyadan yola düşən Fernan Magellan üçün dayanacaq yeri oldu.
Sidadi-Velya dünyanın ən qədim müstəmləkə kilsəsi olan, 1495-ci ildə inşa edilmiş Nossa Senhora do Rosario kilsəsinə sahibdir. 1533-cü ildə Sidadi-Velya Papa VII Klement tərəfindən yaradılan Santiyaqu de Kabo-Verdenin yeni Roma Katolk Yepiskopluğunun yeri oldu. İqamətgah hal hazırda Prayadadır.
Ribeira Qrandenin sərvətləri və Portuqaliya ilə rəqib müstəmləkə gücləri olan Fransa və İngiltərə arasındakı qarşıdurmalar, Frensis Dreyk (1585) və Cak Kassard (1712) də daxil olmaqla, pirat hücumlarına səbəb oldu.[2]:195 Bu dövrdə Ribeira Qrande zəiflədi və tənəzzülə uğradı. Paytaxt 1770-ci ildə Praya şəhərinə köçürüldü.[4]
Ribeira Qrande (indiki Sidadi-Velya) bir kənd səviyyəsinə endirildi və mülki, dini və hərbi binaları dağıldı. 1960-cı illərdən etibarən bərpa işləri başladı.[5]:70 Şəhər 2009-cu ildən etibarən UNESCO-nun Ümumdünya irsi ərazisidir.[3]
İqlim
redaktəSidadi-Velyada isti quraq iqlim hakimdir. Orta yağıntının miqdarı 201 millimetr, orta temperatur isə 25,2 °C-dir. Ən soyuq ay yanvar (orta 23,0 °C), ən isti ay isə oktyabrdır (orta 28,0 °C).[6]
Sidadi-Velyanın iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 26,7 | 27,2 | 27,9 | 28,3 | 28,5 | 29,6 | 29,4 | 30,0 | 30,6 | 31 | 29,7 | 27,3 | 28,9 |
Minimum orta, °C | 19,4 | 19,2 | 19,7 | 20,1 | 21,0 | 21,8 | 22,5 | 23,7 | 23,9 | 25,0 | 22,3 | 20,8 | 21,6 |
Yağıntı norması, mm | 2 | 2 | 0 | 0 | 0 | 0 | 7 | 50 | 90 | 40 | 9 | 1 | 201 |
Mənbə: [6] |
Qalereya
redaktə-
Pelourinho meydanı
-
Sidadi-Velya – Okean yaxınlığında ev.
-
Sao-Filipe qalasının dağıntıları.
-
Nossa Senhora do Rosario kilsəsi.
İstinadlar
redaktə- ↑ Cabo Verde, Statistical Yearbook 2015 Arxivləşdirilib 2018-09-25 at the Wayback Machine, Instituto Nacional de Estatística, p. 32-33
- ↑ 1 2 3 4 5 Valor simbólico do centro histórico da Praia, Lourenço Conceição Gomes, Universidade Portucalense, 2008, p. 97
- ↑ 1 2 3 4 "Cidade Velha, Historic Centre of Ribeira Grande - UNESCO World Heritage Centre". 30 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2011.
- ↑ Centre historique de Praia Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine, UNESCO
- ↑ Cidade Velha, Centre historique de Ribeira Grande Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine, Proposition d’inscription sur la Liste du patrimoine mondial
- ↑ 1 2 "Climate Data Cidade Velha". Climate-Data.org. 28 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2018.