Siciliya Mudafiesi - Wikipedia
Siciliya müdafiəsi — Şahmatda "e4 c5" gedişləri ilə başlayan debüt.
a | b | c | d | e | f | g | h | ||
---|---|---|---|---|---|---|---|---|---|
8 | 8 | ||||||||
7 | 7 | ||||||||
6 | 6 | ||||||||
5 | 5 | ||||||||
4 | 4 | ||||||||
3 | 3 | ||||||||
2 | 2 | ||||||||
1 | 1 | ||||||||
a | b | c | d | e | f | g | h |
Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır.[1] New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır.[2]
Qrosmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar."
Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio Polerio və Ciaoçino Qrekonun oyunlarında rast gəlinir.
Açıq Siciliya: 2.Af3 və 3.d4
redaktə1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır. Bu qaraların mərkəz piyada üstünlüyünün tarazlaşdırılmasıdır, ağların d-piyadası, qaraların c-piyadası ilə dəyişdirilir və beləliklə də qaraların c şaquli xətti piyadasız qalır, bu isə vəzir cinahında qaralar üçün zəiflik yaradır.
|
|
|
2...d6 3.d4 cxd4 4.Axd4 Af6 5.Ac3
redaktəa | b | c | d | e | f | g | h | ||
---|---|---|---|---|---|---|---|---|---|
8 | 8 | ||||||||
7 | 7 | ||||||||
6 | 6 | ||||||||
5 | 5 | ||||||||
4 | 4 | ||||||||
3 | 3 | ||||||||
2 | 2 | ||||||||
1 | 1 | ||||||||
a | b | c | d | e | f | g | h |
5... a6 — Naydorf variantı
5... g6 — Əjdaha variyantı
5... Ac6 — Klassik variyant
5... e6 — Sxeveningen sistemi
2...e6 3.d4 cxd4 4.Axd4
redaktə4... Ac6 — Taymanov variyantı
İstinadlar
redaktə- ↑ Rowson, Jonathan. Chess for Zebras: Thinking Differently About Black and White. Gambit Publications. 2005. səh. 243. ISBN 1-901983-85-4.
- ↑ Sosonko, Gennady; Paul van der Sterren. New In Chess Yearbook 55. Interchess BV. 2000. səh. 227. ISBN 90-5691-069-8.
Şahmat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |