Sibel Edmunds - Wikipedia
Sibel Edmunds - Federal Təhqiqat Bürosunun keçmiş tərcüməçisi və ingilis dilli xəbər portalı olan "NewsBud"ın yaradıcısı və baş redaktoru.
Sibel Edmunds | |
---|---|
Sibel Dəniz Edmunds | |
Doğum tarixi | |
Doğum yeri | İran İslam Respublikası |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Azərbaycanlı |
İxtisası |
Hüquq Psixologiya Jurnalistika |
Təhsili |
Corc Vaşınqton Universiteti Corc Mason Universiteti |
Fəaliyyəti | Jurnalistika |
justacitizen.com |
Federal Təhqiqat Bürosunun iddiasına görə türk kökənli şəxslərə aid işləri ört-basdır etməyə, təhlükəsizlik məsələlərində səhlənkarlığa və kəşfiyyat problemləri kimi məsələlərə görə oradakı işdən qovulmuşdur.[1][2]
Tərəfsiz araşdırmaçılıq və jurnalistlik etmək üçün yaradılan Boiling Frogs Post adlı onlayn media saytının yaradıcısı və redaktorudur.
1 mart 2012-ci ildə Classified Woman – The Sibel Edmonds Story adlı əsər yazmışdır.[3]
Sibel Əfqanıstandakı korrupsiya problemlərinin araşdırılması ilə də məşğul olmuşdur.
Həyatı
redaktəAtası azərbaycanlı (Cənubi Azərbaycandan), anası isə Türkiyə türküdür. Həyatının erkən dövrlərini İranda, daha sonra isə Türkiyədə yaşamışdır. Orta təhsilini bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə getmişdir.
Təhsili
redaktəBakalavr təhsilini Corc Vaşınqton Universitetində cəza hüququ və psixologiya ixtisası üzrə tamamlamışdır. Magistr təhsilini Corc Mason Universitetində ictimai siyasət və beynəlxalq kommersiya ixtisası üzrə tamamlamışdır.
Azərbaycan, türk, fars və ingilis dillərini bilir.
Federal Təhqiqat Bürosu
redaktəSibel 2001-ci ilin sentyabr ayından 2002-ci ilin mart ayına qədər FTB üçün müqaviləli tərcüməçi kimi çalışmışdır. Onun əsas vəzifəsi türk diplomatlar və digər şəxslərlə olan danışıqları tərcümə etmək olmuşdur.
Sibel bir müddət sonra FTB-nin Peşəkar Məsuliyyət Ofisindən və ABŞ-nin Ədliyyə Nazirliyinin inspektorundan şikayıt etmişdir. Daha sonra FTB-nin ondan intiqam aldığını bildirmiş və 22 mart 2002-ci ildə işdən qovulmuşdur. 2002-ci ilin iyununda The Washington Post və Associated Press iddia etmişdir ki, FTB Sibeli onun işinin yaxşı olmadığına və təhlükəsizlik qaydalarını pozduğuna görə işdən qovmuşdur.
Əsərləri
redaktə- Classified Woman - The Sibel Edmonds Story: A Memoir. (2012)
- The Lone Gladio (Volume 1) (2014)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "FBI denies file exposing nuclear secrets theft". The Sunday Times. 20 January 2008. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2019.
- ↑ Calvert, Jonathan; Lauria, Joe. "Tip-off thwarted nuclear spy ring probe". The Sunday Times. 27 January 2008. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2019.
- ↑ "The Sibel Edmonds Story | A Memoir". Classified Woman. 6 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2013.