Seyfulla Mustafayev - Wikipedia
Seyfulla Fuad oğlu Mustafayev (18 noyabr 1962) — ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti.
Seyfulla Mustafayev | |
---|---|
Seyfulla Fuad oğlu Mustafayev | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Fuad Mustafayev |
Anası | Naxışqız Şirəli qızı Mustafayeva |
Fəaliyyəti | televiziya prodüseri |
Həyatı
redaktəSeyfulla Mustafayev 1962-ci ildə anadan olub. Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti — ANS) 26 noyabr 1991-ci ildə 2 nəfər gənc jurnalist: Vahid və Seyfulla Mustafayev qardaşları tərəfindən yaradılıb. ANS Şirkətlər Qrupuna aid olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV — 1991), ANS ÇM Yayım və Media Şirkətinin — 1994, ANS-Kommers Şirkətinin — 1995 və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin — 2001, habelə ANS-in əhatə dairəsinə daxil olan digər şirkətlərin təsisçilərindəndir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) 1997–1998-ci illərdə Baş Prodüseri və 2002–2004-cü illərdə Baş Direktoru olub. 2001-ci ildən ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidentidir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvüdür.
- Çingiz Mustafayevin qardaşıdır.
- Vahid Naxışın qardaşıdır.
- Fuad Mustafayevin oğludur.
Filmoqrafiya
redaktə- Adam cinsi arasında cins adam (qısametrajlı sənədli film) (ANS)-arxiv kadrlar
- ADıNA günü (film, 2010) (qısametrajlı sənədli film) (ANS)-ideya müəllifi
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
- Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
- Çətən (film, 1995)
- İç Xəbər (veriliş)
- İnsan (film, 2003)
- Payızın 17 anı (film, 2007)
- Şəhər (film, 2003)