Seyfeddin Altayli - Wikipedia
Seyfəddin Əli oğlu Altaylı (türk. Seyfettin Ali oğlu Altaylı; 1 yanvar 1950, Qoçqıran, İğdır ili) — Filologiya üzrə fəlsəfə doktoru, dosent; Lüğətşünas, ədəbiyyatşünas; İzzəddin Həsənoğlunun tədqiqatçısı.
Seyfəddin Altaylı | |
---|---|
Doğum tarixi | 1 yanvar 1950 (74 yaş) |
Doğum yeri | |
Elm sahələri | Azərbaycan ədəbiyyatı, folklor, Türk tarixi, Türk mifologiyası, Türkiyə ədəbiyyatı |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü |
|
Həyatı
redaktə1 yanvar 1950-ci ildə İğdır ilinin Dizə (Koçkıran) kəndində anadan olmuşdur. 1963-cü ildə İğdır orta məktəbini, 1969-cu ildə İğdır liseyini, 1980-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir.[1]
1970–1977-ci illərdə İqdırın Aralıq qəsəbəsində və Dizə kəndində müəllim işləyib. Uzun müddət 2015-ci ildən Bakı Avrasiya Universitetində müəllim işləyir. Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatından mühazirələr oxuyur. Eyni zamanda Türkoloji Mərkəzdə baş elmi işçi kimi çalışır.
1963-cü ildən şeir yaradıcılığına başlayıb və ilk şeiri İqdırda "Yaşıl İydir" qəzetində çap olunub.
1985-ci ildə TRT "Türkiyənin Səsi" Radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasına imtahanla qəbul olunub və 8 ay sonra radionun rəhbərliyinə təyin edilib. Azərbaycan verilişləri redaksiyasının 30 il rəhbəri olmuşdur.[2]
1995–1996-cı illərdə TRT tərəfindən çəkilən "Qafqaz ulduzu" adlı Azərbaycana həsr olunmuş 17 seriyalı sənədli filmin rəhbərliyini və məsləhətçiliyini edib. Radioda, "Türk tarixindən", "Azərbaycan tarixi", "Dədə Qorqudda Türk Dövlət Gələnəyi", "Vaxta İz Salanlar" adlı proqramları hazırlayıb və aparıb. 1988-ci ildən "Sözümüz-söhbətimiz" adlı proqramı hazırlamış və aparmışdır.
Azərbaycan Yazıçılar İttifaqı və Ankarada mənzillənən Yazarlar Birliyinin üzvüdür.
Elmi fəaliyyəti
redaktəTələbə ikən elmlə məşğul olmağa başlamış və xüsusilə Azərbaycanla bağlı elmi məqalələr yazmışdır.
"Azərbaycan xalq deyimlərində mifoloji və tarixi elementlərin əksi" adlı fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.
Lüğətşünaslıq, Folklor, Türk Tarixi, Türk Mifoloqyası, Türk dili və ədəbiyyatı, Türk xalqları ədəbiyyatı mövzularında tədqiqat işləri aparır.
3 cildlik "Azərbaycan Türkcəsi sözlüyü"nü hazırlayıb çap etdirmişdir.
Seyfəddin Altaylı XIII əsr şairi İzzəddin Həsənoğlunun 367 vərəqlik bir əlyazmasını əldə etmiş və onun üzərində dörd ildən çox işləyərək Ankarada Altınordu Yayınlarında çap etdirmişdir.[3]
Kitabları
redaktə- Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Deyimler Sözlüğü". Ankara, Pestij Matbaası, 2005. 590 sayfa. (Türkçe)
- Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Sözlüğü". I cild (A-K). Ankara, Türk Dil Kurumu Yayınları, 2018. 1905 sayfa. (Türkçe)
- Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Sözlüğü". II cild (Q-Z). Ankara, Türk Dil Kurumu Yayınları, 2018. 1907 sayfa. (Türkçe)
- Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Sözlüğü". III cild (Karşılaştırmalı Dizin). Ankara, Türk Dil Kurumu Yayınları, 2018. (Türkçe)
- Seyfəddin Altaylı; Nigar Hüseynova. "Türk xalqları ədəbiyyatı" (Ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "Elm və təhsil", 2018. (Azərbaycanca)
- İzzeddin Hasanoğlu. "Kitab-ı Siretü’n Nebi". (Hazırlayan: Seyfettin Altaylı). Ankara, Altınordu yayınları, 2023. 934 sayfa. (Türkçe) ISBN: 978-625-8248-22-7
İstinadlar
redaktə- ↑ "Seyfəddin Altaylı Əli Oğlu".
- ↑ "Azərbaycan dilinin Firuzabadisi".
- ↑ "Türkiyəli alimin Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfəsi". 2024-11-30. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-30.