Sevilya Berberi - Wikipedia
Sevilya bərbəri (it. Il Barbiere di Siviglia) — Coakkino Rossininin 2 pərdəli Pyer Bomarşenin eyniadlı pyesi əsasında Sezare Sterbini librettosunda opera. Komik janrda olan bu operanın ilk premyerası 20 fevral, 1816-cı ildə Romada Arcintina teatrında oynanılmışdır (it. Almaviva, ossia l’inutile precauzione).
Sevilya bərbəri | |
---|---|
it. Il Barbiere di Siviglia | |
Bəstəkar | Coakkino Rossini |
Librettoçu | Sezare Sterbini |
Dili | italyanca |
Janr | Komediya |
Pərdə | 2 |
Səhnə | 4 |
Yaradılma tarixi | 1816 |
İlk səhnələşdirmə | 20 fevral 1816[1][2] |
Hadisələrin baş verdiyi yer | Sevilya[1] |
Premyera |
20 fevral, 1816 Arcintina teatrı, Roma |
Vikianbarda əlaqəli mediafayllar |
Yazılma tarixi
redaktəRossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciət etmiş olması idi[3]. Bundan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Rossini hələ 1816 cı ildə Arcintina teatrı qarşısında karnaval ərafəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazmış olduğu liberettoya izin vermir. Karnavala az vaxt qaldığından mövcud liberettolardan birinə müraciət edir. Beləliklə də "Sevilyalı bərbər" ideyası ortaya çıxmış olur. Rossini Paizielloya izin üçün müraciət edir və o da gənc bəstəkarın uğursuzluğuna əmin olaraq ona məmnunluqla razılıq verir. Yeni liberetto Ç. Sterbiniyə tapşırılır. İnadla çalışaraq, bəstə və instrumental işləmələrini 13 günə bitirmiş olur[4]. Operanın primyerası uğursuz keçir[5], tamaşanın gedişi demək olar ki, Paiziellonun pərəstişkarları tərəfindən pozulurdu. Lakin ikinci tamaşa daha uğurlu alınır. Beləliklə də primyera uğursuzluğu sonradan tədricən populyarlığa yol açmış olur.
Personajlar
redaktəPersonajlar | Səslər | Primyera ifaçıları Dirijor: Coakkino Rossini |
---|---|---|
Qraf Almaviva | tenor | Manuel Qarsiya |
Fiqaro, bərbər | Bariton | Camboni, Luici |
Bartolo, doktor, Rozinanın qəyyumu | bas və ya bariton | Bartolomeo Bottiçelli |
Rozina, onun tərbiyəçisi | Kiloratur mezzosoprano/soprano | Celtruda Riqetti |
Bazilio, onun musiqi müəllimi | bas | Cenobio Vitarelli |
Berta, doktor Bartelonun ev idarəçisi | Mezzosoprano | Elizabetta Luasle |
Fiorello, qraf Almavivin qulluqçusu | bas | Paolo Byancelli |
Notar, əsgər, musiqiçilər | mahnısız |
I Pərdə
redaktəƏhvalat XVIII əsrdə Sevilyada baş verir.
I səhnə
redaktəSevilya küçəsində sevgilisi Rozina üçün serenada oxuyan qraf Almavivanı musiqiçilər müşayiət edir. Bu gözəl it. “Ессо ridente in cielo” nəğməsidir. Lakin hər şey əbəsdir. Rozina qəyyumu doktor Bartolonun ucbatından onlara çavab vermə bilmir. Bundan qıcıqlanan qraf musiqiçiləri öz qulluqçusu Fiorello ilə yola salır. Bu an səhnə arxasından şən bariton səs eşidilir. Bu özünü öyən və şəhərdə hamıya gərəkli olan bərbər Fiqarodur. Məlum olur ki bərbər və qraf bir-birilərini yaxşı tanıyırlar. Qraf bərbərə pul verərək ona Rozina ilə evlənməsinə kömək etməsini xayiş edir. Bərbər plan qurmağa başlayır. Onların müzakirəsinə evdən çölə çıxan doktor Bartolo pozur, və öz-özünə deyir ki, elə bu gün özü Rozina ilə evlənəcəkdir. Bunu qraf və Fiqaro eşidir. Hər iki cəld tərpənmək qərarına gəlirlər. Bartolonun yoxluğundan istifadə edən Almaviva təzədən sernada oxumağa başlayır. Bu zaman o, özünü Lindor kimi təqdim edir. Onu eşidən Rozina eyvana çıxaraq lüfkarlıq göstərir, lakin səs eşitcək tez eyvanı tərk edir. Bu zaman ideya carçısı Fiqaro tədbir tökür: Almaviva əsgər libasında guya sərxoş halda evə daxil olmalı, polkunun şəhərə təhkim olduğunu, onun isə məhz bu mənzildə qalacağını bəyan etməlidir. İdeya qrafa xoş gəlir və səhnə şən duetlə bitir.
II səhnə
redaktəDoktor Bartolonun evi. Hadisələr getdikcə daha da sürətlə inkişaf edir. Rozina özünün kolaratur ariyasını it. Una voce poco fa ("Gecə yarı sükunət") ifa edir. Bu ariyada Rozina naməlum serenada ifaçısı Lindora sevgisini bəyan edir. O, hesab edir ki, Lindora layiqli arvad ola bilərdi. Əks təqdirdə o iblisə, intriqa törədən ilahə Migeraya dönə bilər. Ariyadan sonra Rozina Fiqaro ilə ürəkdolu və səmimi söhbət edir. Əksinə doktor Bartolo ilə həvəzsiz danışır.
Digər ikinci böyük ariya it. “La calunnia” ("Böhtan") — böhtan və ya pis niyətli dedi-qodu kimi tanınır. Musiqi müəllimi don Bazilio köhnə dostu doktor Bartola şəhərdə Almaviv adlı bir qraf peyda ollduğunu və onun Rozinanın gizlin məşuqu olduğunu xəbər verir. Səhnəarxası bir dialoqda Fiqaro Rozinaya nəql edir ki, Lindor adlı bir yoxsul adam Rozinaya vurulmuş və ondan çavab məktubu gözləyir. Rozina ona cavab məktubu yazaraq gəncə çatdirmaq üçün Fiqaroya verir. İkinci bir dialoqda isə Rozina qəyyumu doktor Bartolonu bu "böhtan şaiyələrə" inanmamağa çağırır. Amma o hər şeyi görür və başa düşür.
Tezliklə qraf Almaviva əsgər qiyafətində peyda olaraq bəyan edir ki onu doktorun evinə təhkim etmişlər. Doktorun etirazları əbəssiz olur. Doktoru sərxoş əsgər hədələyir. Eyni zamanda o, Rozinaya himcimlə Lindor olduğunu başa salır. Aləm bir-birinə qarışmış olur. Qalmaqala sonradan qulluqçu Berta daha sonra isə musiqi müəllimi Bazilio qoşulmuş olurlar. Səs-küyə gələn şəhər mühafizəçiləri sərxoş əsgəri həbs etmək istədikdə o, öz əsl üzünü göstərməli olur.
II Pərdə
redaktəI səhnə
redaktəII pərdə qalmaqal get-gedə böyüyür. Qraf Almaviva doktor Bartolonun evinə bu dəfə musiqi müəllimi qiyafətində gələrək onu inandırmağa çalışır ki, Don Bazilio xəstələndiyinə görə Rozinaya musiqi dərsi vermək üçün onu əvəz edir. Bir az sonra Fiqaro əlində üz qırxmaq üçün ləyənlə gəlir; o, doktorun üzünü qırxmaqda israrlıdır. Doktorun üzü sabunlu olduğundan və Fiqaro tərəfindən başı qatıldığından sevgililərin gecə qaçışı üçün hazırlıqlarını duya bilmir. Bu an don Bazilio gəlir. O, xəstə deyil. Lakin qrafın ona verdiyi pul kisəsindən sonra o evinə müalicə olunmaq üçün dönür. Bu an doktor Bartolonun ev idarəçisi Bertanın qoca kişilərin evlənmək istəyini istehza edən kiçicik mahnısı səslənir.
II səhnə
redaktəPəncərədən içəri qara plaş geymiş Fiqaro və sonra isə qraf içəri daxil olur. Onlar Rozinanı qaçırmağa hazırlaşırlar. Ona pis niyyətlə gəlmədiklərini anladaraq başa salırlar ki, qraf Almaviv və yoxsul Lindor eyni şəxslərdir. Qaçarkən onlar nərdivanın yerində olmadığını görürlər. Məlum olur ki onu Rozina ilə evlənmək üçün tədarük görən doktor Bartolo götürmüşdür. Bartolonun sifarişi ilə gələn Bazilio və notarı qraf satın ala bilir. Onlar qrafın Rozina ilə kəbnini kəsirlər. Qraf doktor Bartoloya ona heç bir cehizin lazım olmadığını və onları özünə saxlaya biləcəyini deyərək bir təhər yola gətirir. Beləliklə komediya xoş sonluqla bitmiş olur.
İstinadlar
redaktə- ↑ 1 2 Mesa F. Opera (ing.): an encyclopedia of world premieres and significant performances, singers, composers, librettists, arias and conductors, 1597-2000. Jefferson: McFarland & Company, 2007. ISBN 978-0-7864-0959-4
- ↑ Archivio Storico Ricordi. 1808.
- ↑ "İnqilabdan qabaq tərtib olunan və yazılan opera lüğıti (rus.)". 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.
- ↑ [ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid] Qısa musiqi lüğəti. Savilya bərbəri. (rus.)[ölü keçid]
- ↑ "А. А. Xoxlovkina. Qərbi Avropa operası. М., 1962". 2018-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.