Severni Velebit Milli Parki - Wikipedia
Severni Velebit Milli Parkı (xorv. Nacionalni park Sjeverni Velebit) — Xorvatiyada yerləşən və adını Xorvatiyanın ən böyük dağı olan Velebit dağından alan milli park. Velebit dağının ətrafındakı təbiətin müxtəlifliyinə görə 1999-cu ildə bu ərazi milli park statusu almış və sentyabrdan fəaliyyət göstərməyə başlamışdır.[1]
Severni Velebit Milli Parkı | |
---|---|
xorv. Nacionalni park Sjeverni Velebi | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 109 km2 ha |
Yaradılma tarixi | 9 iyun 1999 |
Yerləşməsi | |
44°41′35″ şm. e. 15°00′25″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Vilayət | Lika-Seny |
www.np-sjeverni-velebit.hr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Velebit dağının özü təbiət parkı statusuna malikdir. Velebit dağının cənub hissəsində isə Paklenitsa Milli Parkı yerləşir.
Haqqında
redaktəMilli park qorunur və ziyarətçilərin ancaq təyin olunmuş marşrutlar üzrə hərəkətinə icazə verilir. Milli parkda iki botanika qoruğu vardır: Visibaba və Zavişan-Balinovaç-Velika botanika qoruğu. Visibaba botanika qoruğunda Xorvatiyanın endemik növlərindən olan Sibiraea altaiensis bitir. İkinci botanika qoruğunu dağ bitkiləri ilə zəngindir. Ərazidə farmakoloq Fran Kuşan tərəfindən 1967-ci ildə qurulmuş Velebit botanika bağı yerləşir.
Alpinizm üçün imkanları vardır və bir çox dağ cığırı yerləşir. Ən çox tanınan cığır Premuşiç cığırıdır. Bu cığır 1933-cü ildə onu salan meşəbəyi Antu Premuşiçin şərəfinə adlandırılmışdır. Bu cığır milli parkın ən gözəl hissələrindən keçir. Milli parkda bir çox zirvə yerləşir, bu zirvələrdən Adriatik dənizində yerləşən adaları (Paq, Rab, Qoli otok, Priviç və Krk adaları) görmək mümkündür.
Hündürlüyü 1.676 metr olan Zavişan zirvəsi buradadır. Bu zirvə Xorvatiyanın meteoroloji stansiyası kimi istifadə olunur.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.
Xarici keçidlər
redaktə- Xorvatiya TN Arxivləşdirilib 2013-01-25 at the Wayback Machine
- Rəsmi sayt
- EDEN mükafatı Arxivləşdirilib 2011-10-19 at the Wayback Machine