Sernovodskoye Cecenistan - Wikipedia
Sernovodskoye (çeç. Эна-Хишка[5][6][7]) — Çeçenistan Respublikası, Sunja rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Sunjenski rayonunun və Sernovodskoye kənd sovetliyinin mərkəzidir. Sernovodskoye kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənddə "Sernovodsk-Kavkazski" respublika balneoloji kurortu yerləşir.
Sernovodskoye | |
---|---|
Эна-Хишка Серноводское | |
43°18′42″ şm. e. 45°09′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1846 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 262 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 366701 |
Digər | |
sernovodskoe.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəKənd Sunja silsiləsinin cənub yamacının ətəyində, Suja çayın hər iki sahilində, Qroznı şəhərindən 58 km qərbdə, Suja şəhərindən isə 8 km şərqdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şimalda — Naqornoe kəndi, cənubda — Asinovnaya stansiyası, qərbdə — Suja şəhəri, cənub-şərqdə — Samaşki, Davıdenko və Yeni Şaroy kəndləri.
- İqlimi
İqlimi mülayim kontinentaldır. Qış mülayim, tez-tez duman və qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −4 °C-dir. Yayı isə isti, bəzən quru keçir. İyulun orta temperaturu +25 °C-dir. Orta illik yağıntının miqdarı ildə 500 mm-dir. Yağıntı əsasən aprel-oktyabr ayları arasında düşür. Orta illik nisbi rütubət təxminən 70 % olur. Şərq və qərb küləyi üstünlük təşkil edir.
Tarixi
redaktə1819-cu ildə mövcud kəndin yerində bir istehkam qurulur[8]. 1846-cı ildə Arxangel Mixail xristian bayramı şərəfinə yeni kilsə inşa edilir. Bundan sonra kənd Mixaylovski adlandırılır.
1920-ci ildə sovet əleyhinə qiyamın yatırılmasından sonra kəndin bütün kazak əhalisi sürgün edildi. Deportasiya üç mərhələdə həyata keçirildi: məskunlaşanlar ilə ilk olaraq noyabrın 13-də Pavololskaya stanitsasına, ikincisi mərhələdə 29 noyabrda Soldatskaya stanitsasına, üçünçü mərhələdə isə 3 dekabrda Qosudarstvennaya stanitsasına göndərildi.3 dekabr 1920-ci ildə boş kənd Çeçenistan İcraiyyə Komitəsinə təhvil verildi [9]. Bir qədər sonra, çeçenlər tərəfindən məskunlaşdırıldı və Aslambek kəndi olaraq adlandırıldı[10].
1926-1929-cu illərdə Çeçen Muxtar Vilayətinin Novoçeçenski rayonunun inzibati mərkəzi oldu.
1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Aslanbek kəndi Sernovodskoe[11] olaraq adlandırıldı.
1970-ci illərdən 1990-cı illərə qədər Sernovodsk kimi tanınırdı[12]. 2003-cü ildən bəri kənd Çeçenistan Respublikasının Sunjenski rayonunun inzibati mərkəzidir.
Əhali
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[13]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 10 736 | 99,36 % |
digərləri | 69 | 0,64 % |
ümumi | 10 805 | 100,00 % |
İqtisadiyyat
redaktəÇeçenistanda ən qədim mineral su zavodu kənddə fəaliyyət göstərir. Mineral su zavodu 2008-ci ildə fəaliyyətini bərpa etmişdir[14]
Tanınmış şəxsləri
redaktəFyoodr Borisoviç Bublikov — İkinci Dünya müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanı.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ http://sunzha-chr.com/strukturnye-podrazdeleniya/pl-ns-rn/3532-ploshchad-i-naselenie-rajona.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года". İstifadə tarixi: 2024-05-04..
- ↑ "Село Серноводское". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ "Бовза хьай Дайхмохк". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ "Даудов Мохьмад – Эна-Хишкахь". С. Хасанов газета "Даймохк". 20.02.2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-02.
- ↑ "Кавказская война 1817—1864 — Большая советская энциклопедия, БСЭ — Энциклопедические словари — Slovar.cc". 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ "Е. Ф. Жупикова - К вопросу о депортации терского казачества в 1918-1920 гг. (2005)". a-pesni.org. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
- ↑ "Минеральная вода «Курорт Серноводск» — Курорт Серноводск". 2011-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.
- ↑ "Краткая историческая справка об административно-территориальном делении Чечено-Ингушетии". 2018-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ >K-38 карты СССР. Тбилиси, Ереван, Грозный, Нальчик
- ↑ "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ "В Чечне открылся завод по розливу минеральной воды «Серноводская»". 2019-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.