Sergey Soyqu - Wikipedia
Sergey Küjüget oğlu Şoyqu (rusca: Серге́й Кужуге́тович Шойгу́; tuva: Сергей Күжүгет оглу Шойгу; 21 may 1955[1], Çadan, Tuva Muxtar Vilayəti[d]) — rus dövlət və hərb xadimi, Rusiya Federasiyasının müdafiə naziri (2012-2024), ordu generalı (2003), Rusiya Federasiyasının Qəhrəmanı (1999).
Sergey Şoyqu | |
---|---|
tıva Сергей Күжүгет оглу Шойгу rus. Серге́й Кужуге́тович Шойгу́ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 may 1955[1] (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Tuva |
Uşağı | 2 |
Atası | Kujuget Şoyqu |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Rusiya Silahlı Qüvvələri |
Xidmət illəri | 1991-ci ildən |
Rütbəsi | Ordu generalı |
Döyüşlər | Rusiya–Ukrayna müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSergey Şoyqu 1955-ci il mayın 21-də Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəlib. Atası Tuva türklərindən — Kujuqet Seree oğlu Şoyqudur, anası isə milliyətcə rusdur.[3] Tuva Respublikasının Kızıl şəhərində yerləşən 1 nömrəli məktəbdə təhsil alıb.[4] Şoyqu soyadının da maraqlı tarixçəsi var. "Rusiyanın Səsi" radiosunun məlumatına görə, S. Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də qalır.[5]
Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.
1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il Putin tərəfindən müdafiə naziri vəzifəsinə gətirilib.[6][7]
1999-cu ildən hakim Vahid Rusiya Partiyasının üzvü olan Şoyqu Putinə ən yaxın şəxslərdən hesab olunur. Rusiya Federasiyası qəhrəmanı medalına layiq görülmüş S. Şoyqu eyni zamanda beynəlxalq yanğınsöndürənlər və xilasedicilər idman Federasiyasının sədridir.[8] Futbol oynamaq, at sürmək kimi idman növlərinə meyilli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab oluan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu iddia edilir.
Sergey Şoyqunun adı son illərdə Rusiya ordusunun modernləşdirilməsində müsbət mənada hallansa da, onun haqqında rüşvət və korrupsiya ittihamları da var. Bir qədər əvvəl Rusiya mətbuatı Şoyqunun Müdafiə Nazirliyinin obyektlərinin dəyərindən ucuz qiymətə satılmasında ittiham olunduğunu yazıb. Rusiyanın müdafiə naziri ruscadan başqa, 3 dildə — ingilis, türk və yapon – danışa bilir. Ailəlidir, iki qızı var.
14 aprel 2022-ci il tarixində Leonid Nevzli, Şoyqunun infarkt keçirdiyi və sağaldıqdan sonra əlil ola bilmə ehtimalı ilə əlaqədar "Tvitter"də paylaşım edib. [9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Sergej Schojgu // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://eur-lex.europa.eu/legal-content/FR/TXT/PDF/?uri=OJ:L:2022:042I:FULL&from=FR. S. 7.
- ↑ Шойгу Сергей. "Эхо Москвы :: Без дураков: Сергей Шойгу". Эхо Москвы. 2008-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ "Первой школе Кызыла - 95 лет". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ "Государственный деятель Тувы Кужугет Шойгу похоронен в Москве". 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ "Murmansk Governor Out, New Moscow Region Governor In - News". The Moscow Times. 2014-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ "Putin sacks Defense Minister amid embezzlement probe, replaces with ex-Emergencies Minister Shoigu". RT English. 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ ""General information about Federation"". 2012-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ "14 апреля 2022. Шойгу выбыл из игры, возможно, он станет инвалидом, если выживет". 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
Xarici keçidlər
redaktə- Биография на официальном сайте Министерства обороны России Arxivləşdirilib 2015-12-11 at the Wayback Machine
- Биография на официальном сайте ИТАР-ТАСС Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine
- Биография на официальном сайте Правительства России
- Сергей Шойгу на Форуме Министерства обороны Российской Федерации
- Биография на официальном сайте МЧС России Arxivləşdirilib 2011-11-08 at the Wayback Machine