Serb Respublikasinda Polyaklar - Wikipedia
Serb Respublikasında polyaklar (pol. Polacy w Republice Serbskiej, serb. Пољаци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən polyak əsilli əhali. Polyaklar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. 2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında 186 polyak[1] yaşayır.
Tarixi
redaktəPolyaklar Serb Respublikası ərazisinə Avstriya-Macarıstan dönəmindən yaşayırlar. Onlar əsasən Qalisiyadan olan kəndlilərdən ibarət idi. Polyaklar Derventa, Prnyavor, Qradişka, Banya Luka, Novi-Qrad və Priedor şəhərləri ətraflarında məskunlaşmışdırlar. 1910-cu il məlumatına Bosniya və Herseqovinada 10975 polyak yaşayırdı. Onlar 12 kəndli koloniyasında cəmləşmişdilər. 1912-ci ildə Pryavore şəhərinin ətrafında bir çox sırf polyaklardan ibarət olan kəndlər mövcud idi: Novi-Matrinas, Qumera, Qrabaşnisa, Rakovas, Kunova, Devetina, Qaevi, Dubrava-Stara və Kokorski-Luk. Buna bənzər kəndlər həm də Qradişki şəhəri ətrafında yerləşirdi: Milevaçka-Kozara, Çelinovas, Bakinsi və Bakinsi-Qorsi. 1930-cu illərdə Yuqoslaviya ərazisində 30 min polyak yaşayırdı. Polyaklar Şibovskada arıçılıqla məşğul olurdular. XIX əsrin sonlsrında polyak ailələri Srbas ərrazisinə köçmüşlər. Onlara burada 10 ha ərazi ayrılmışdı. Polyak icmasının nümayətdəsi olan Artur Burda 1903-cü ildı Bardaçada su anbarı hazırlamışdı. Polşanın Novoqrodzes şəhərinin haradasa 80% əhalisi Srbas ətrafına köçmüşdür. 1946-cı ildə onlar öz yurdlarına qayıtmışlar. Çerna kəndində Novoqrodzes şəhərində hər il Srbasdan qayıtma qeyd edilir[2].
Brbass banovinesində polyaklara məxsus olan kənd təsərrüfatı torpaqlarının 75% əkilirdi. Oda deyilirdi ki, polyaklar iş baxımından olduqca dözümlü idilər və hər işə qatlaşırdılar. Onlar Yuqoslaviya iqtisadiyyatına böyük fayda verirdilər[3].
Yuqoslaviya milli azadlıq hərəkatı zamanı polyakların böyük qismi partizan mübarizəsinə qoşulmuşdu. Onlar tərəfindən 5-ci polyak batalyonu təşkil edilmişdir. Onlar 14-cü mərkəzi bosniya briqadasının tərkibinə daxil idi. Polyaklar almanlar və onların müttəfiqlərinə qarşı Tesliç, Jençe, Zavidoviç və Zenisedə mübarizə aparmışdır. Müharibə sonrası illərdə polyaklar öz vətənlərinə qayıtmağı qərara alırlar. Onlar Aşağı Sileziyaya köçürlər. Yuqoslaviya hökuməti emiqrasiyadan dolayı dəymiş zərəri ödəməkdən ötəri Polşadan maddi kompensasiya almaq istəyi mənasını itirmişdir.
Din
redaktəSerb Respublikası ərazisində polyaklar əsasən katolik məzhəbinə aiddirlər. Əsas katolik məbəd isə Çelinovas kəndində yerləşir. Burada əsasən polyaklar ibadət edir[4].
Cəmiyyət
redaktəSerb Respublikası ərazisində polyaklara aid cəmi bir cəmiyyət fəaliyyət göstərir. Cəmiyyət 2004-cü ildə Banya-Luke şəhərində təşkil edilmişdir[5].
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Резултати Пописа 2013, Етничка/национална припадност, вјероисповијест, матерњи језик". Републички завод за статистику. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22. 3. 2017.
- ↑ "Пољаци његују српску традицију". Глас Српске. İstifadə tarixi: 5. 11. 2016.[ölü keçid]
- ↑ "Projekat Rastko - Poljska. Dušan Drljača: Marija Dombrovska". 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ "Savez nacionalnih manjina Republike Srspske". 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ Ko su nacionalne manjine u Republici Srpskoj? Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine (serb.)