Sehrli Lecek Film 1983 - Wikipedia
Sehrli_ləçək_(film,_1983) - Haqqında Məlumat
Sehrli ləçək | |
---|---|
Janr | uşaq |
Rejissor | Əsgər Məmmədov |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Azər Dadaşov |
Rəssam | Tahir Piriyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1983 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Ölkə | SSRİ |
İl | 1983 |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəGünlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir.
Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Əsgər Məmmədov
- Ssenari müəllifi: Eldəniz Quliyev
- Quruluşçu rəssam: Tahir Piriyev
- Operator: Ramiz Ağayev
- Bəstəkar: Azər Dadaşov
- Səs operatoru: Akif Nuriyev
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.