Sega Saturn Magazine - Wikipedia
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi.
Sega Saturn Magazine | |
---|---|
Təsis tarixi | yanvar 1994 |
Nəşrini dayandırıb | noyabr 1998 |
Ölkə | |
Dil | ingilis dili[1] |
ISSN | 1360-9424 |
Tarixi
redaktəJurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur.[2][3]
1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir.[2][3] "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur.[4]
Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.[5][6]
İstinadlar
redaktə- ↑ 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1360-9424
- ↑ 1 2 "A Brief History of All Things Mean Machines". Mean Machines (ingilis). Archived from the original on 2019-11-17. İstifadə tarixi: 2021-11-24.
- ↑ 1 2 Damien McFerran. "The story of Mean Machines magazine". Eurogamer (ingilis). 2017-06-04. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ Richard Leadbetter. Saturn Mag No More! // Sega Saturn Magazine (журнал) (ingilis). № 37. 1998. 3. ISSN 1360-9424.
- ↑ Rob Gallagher. From camp to kitsch: A queer eye on console fandom (PDF) // GAME – Games as Art, Media, Entertainment . 1 (журнал) (ingilis) (3). 2014. 39–50. ISSN 2280-7705.
- ↑ Marco Benoît Carbone, Paolo Ruffino. Introduction: games and subcultural theory (PDF) // GAME – Games as Art, Media, Entertainment . 1 (журнал) (ingilis) (3). 2014. 5–20. ISSN 2280-7705.