Scorpions - Wikipedia
Scorpions | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
hard-rok həvi-metal |
Fəaliyyət illəri | 1965—h.h. |
Ölkə | Almaniya |
Şəhər | Hannover |
Dil |
ingiliscə almanca |
Leybl |
Rhino Entertainment RCA Records Mercury Records EMI Atlantic Records Warner Music Group BMG |
Heyət |
Rudolf Şenker Klaus Mayne Mattias Yabs Ceyms Kottak Pavel Monçivoda |
Keçmiş üzvlər | Bax: Keçmiş üzvləri |
www.the-scorpions.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup haqqında
redaktəScorpions - əfsanəvi alman rok qrupudur. 1980-ci illərin ən populyar heavy metal qruplarından olan Scorpions, «Wind of Change», «No One Like You», «Rock You Like a Hurricane», «Still Loving You», «Humanity», «Send Me an Angel» kimi mahnıları ilə adını tarixə qızıl hərflərlə yazdırmışdır. 1965-ci ildə Hannoverdə yaranmışdır. Albomları bütün dünyada 100 milyondan çox satan qrup dünya rok səhnəsinin ən məşhur qruplarındandır. Qrup, 2010-cu ildə çıxardıqları "Sting in the Tail" adlı albomlarının bir neçə il davam edən dünya turnesinin ardından dağılacaq.
Qrupun tarixi
redaktə1968-ci ildə, Almaniyanın Hannover şəhərində, Rudolph Schenker adlı gənc və iddialı bir gitarist, yenə Hannoverli üç yoldaşıyla bir yerə gələrək adını qısa müddətdə bütün dünyanın duyacağı Scorpions qrupunu qurdu. Özü qrupun gitarist və vokalistliyini boynuna götürərkən, digər üzvlərdən Karl-Heinz Vollmer gitarada, Wolfgang Dziony zərb və bekvokalda, Achin Kirchoff isə bass gitarada yerlərini tutdular.
Ancaq daha ilk iki il içərisində qrupda anlaşılmazlıqlardan doğan ayrılıqlar meydana gəldi. Rudolph Schenker'in qardaşı Michael Schenker, Karl-Heinz Vollmer'in yerinə gitaraya keçərkən, Lothar Heimburg da Achin'in ayrılmasıyla bas gitaraya keçdi. Ancaq əsl səs gətirəcək dəyişiklik 1970-ci ildən günümüzə, qrupun vokalistliyini edən Klaus Meine'nin bu vəzifəni qrupu quran Rudolph Schenker'dən geri alması ilə oldu. Bu qan dəyişikliyiylə güclənən və cəsarətlənən birlik qısa müddətdə Almaniyada səhnələrin tozunu atmağa başladı.
İlk dövrlər (70'ci illər)
redaktəİlk kontraktını 1971-ci ildə imzalayan qrup eyni il ilk albomunu da hazırladı. Daha çox sakit mahnıların yer aldığı «Lonesome Crow» adlı bu ilk albomda «Im Going Mad», «In Search Of The Peace Of Mind» və «Lonesome Crow» diqqət çəkən mahnılar idi. 1972-ci ildə Scorpions; Rory Gallagher, UFO və Uriah Heep tərəfindən dəstəklənən 136 günlük bir konsert proqramı reallaşdırdı. Adını bir anda Almaniyada eşitdirən qrup, «Das Kalte Paradise» (Soyuq Cənnət) adlı bəstələriylə narkotik əleyhdarı bir filmin musiqisinə də imzasını atmış oldu. 1973-cü ildə Michael Schenker'in UFO'ya keçməsiylə icmadakı problemlər yenidən su üzünə çıxdı. Qısa bir müddət üçün dağılan Scorpions, üzvlərdən Meine və Schenker'in səyləriylə bas gitaraya Francis Buchholz, zərb alətlərinə də Jürgen Rosenthal'ın gəlməsiylə təkrar fəaliyyətə keçdi. Bu heyətlə RCA Records ilə müqavilə imzalayan Scorpions, Almaniya xaricində Amerika və İngiltərədə də çıxacaq olan «Fly To The Rainbow» adlı ikinci albomlarını satışa çıxardı. «Speedy s Coming», «Fly People Fly» və alboma adını verən «Fly To The Rainbow» gözə dəyən mahnılar idi. Albom hələ çıxmışdı ki Rosenthal qrupdan ayrıldı, yerinə Belçikalı zərb alətlərinin ifaçısı Rudy Lenners keçdi.
1975-ci il Scorpions üçün son dərəcə müvəffəqiyyətli keçdi. Bu il içində qrup ilk dəfə Almaniya xaricində bir turneye çıxaraq səhnə təcrübəsini artırdı. Scorpions'u diqqətlə izləyən Dieter Dierks qrupun prodüserliyini boynuna götürdü. Qrupun işlərinə sürət qazandıran bu inkişafdan sonra yaza doğru üçüncü albomları «In Trance» gəldi. «Top Of The Bill», «Living And Drying», «Robot Man» və «In Trance» adlı mahnıları pərəstişkarları tərəfindən böyük maraqla qarşılandı. Bu sıx maraq səbəbiylə eyni il, səhnəni Bob Marley and The Wailers və Wishbone Ash ilə paylaşacağı Offenburg açıq hava festivalına dəvət edilən Scorpions, Noyabr ayında London's Marquee Club-da səhnəyə çıxaraq İngiltərədəki şöhrətini də artırmış oldu. 1976-cı ildə qrup turne və studiya işlərinə daha da ağırlıq verdi.
1977-ci ildə zərb alətlərində ifa edən Lenners ürəyindəki bir problem səbəbi ilə qrupdan ayrılmaq məcburiyyətində qaldı. Yerinə isə Herman Rarebell gəldi. Eyni il satışa çıxarılan «Pictured Life» və «Catch Your Train» mahnılarının önə çıxdığı «Virgin Killer» albomuyla, Scorpions nüfuzlara doğru yolda olduğunu göstərmiş oldu. Qrup, Yaponiyada da böyük maraq görürdü, Yaponiyada «Virgin Killer»-in çıxdığı həftə tükənmiş olması bunun dəlilidir. Hər keçən gün pərəstişkarları daha da artan qrup 1977-ci ilin sonunda yenidən Kölndəki studiyaya qayıtdı. 1978-ci ildə isə yeni albomları satışa çıxardı: «Taken By Force». «We'll Burn The Sky» və «Born To Touch Your Feelings» mahnılarının da olduğu bu son albomlarının müvəffəqiyyətiylə yaxşıca cəsarətlənən Scorpions, yenidən Yaponiya turnesinə çıxdı. Tokio's Sun Plaza Hall-da möhtəşəm konsertlər verdikdən sonra konsertlərə Avropada davam edildi. Ancaq qrup müvəffəqiyyətdən müvəffəqiyyətə qaçarkən, gitarist Ulrich Roth qrupdan ayrıldı. Bunun üzərinə Scorpions Rothun yerini tuta biləcək bir gitarist axtarmağa başladı. Bu axtarışlara tam 170 adamdan cavab gəldi. Ancaq uzun sürən bir seçimdən sonra yeni gitarist, UFO-nun gitaristi Paul Chapman oldu. Tez-tez yaşanan ayrılıqlardan bezmiş olan qrup üzvləri Chapmanın yanında bir gitaristi daha kirayəlik olaraq çağırdı. Bu, gitara çalmağı kiçik yaşda tək başına öyrənən, hüquq fakültəsindən tərk, gənc Hannoverli Matthias Jabs idi. Bir müddət bu heyətlə çalışdıqdan sonra Scorpions'tan Chapman da ayrıldı və yerinə Jabs keçdi.
Bu vaxt Scorpions'un konsert albomları olan «Tokio Tapes» və «Best Of Scorpions»-u satışa çıxardan RCA Records ilə əlaqələrini kəsən qrup, İngiltərədə Harvest (EMI), Amerikada isə Phonogram/Mercury ilə razılaşdı. Scorpions müqavilələrdən sonra yenidən studiyalara qayıtdı. Ancaq bu səfər Rudolph Schenker, o vaxtlarda UFO'dan ayrılan qardaşı Michael'i də qrupa dəvət etdi. 1979-cu ildə satışa çıxarılan «Lovedrive» albomundakı mahnılardan «Loving You Sunday Morning», «Always Somewhere», «Is There Anybody There?» və unudulmaz bir mahnı olan «Holiday» diqqət çəkdi. Scorpions'un Amerika və İngiltərədəki ən böyük müvəffəqiyyəti bu albomla gəldi. Albomdan çıxan 45'lik «Is There Anybody There?» Amerikada Top 50-yə girməsi də qrupun qazandığı uğurlardan oldu. Albom hələ yeniykən Amerikada bir turneyə çıxma qərarı da alan Scorpions, ilk nümayişlərində 68000 adam qarşısında performans göstərdi. Səhnəni Ted Nugent, Journey və Aerosmith ilə paylaşdılar. Məqsəd Amerikanı fəth etmək idi. Qrup işçiləri gördükləri sıx maraq səbəbi ilə bu ölkədə qalmağa qərar verdilər. 1980-ci illərdə qrup artıq «Animal Magnetism» adlı yeni albomlarını okeanın iki sahilində də satışa çıxardı. Corc Simpson və Brad Warnaar'dan ilhamlanaraq hazırlanan bu albomun hitləri arasında «Make It Real», «Dont Make No Promises», «Lady Starlight» və «The Zoo» sayıla bilər.
Ulduzun parladığı dövrlər (80'ci və 90'cı illər)
redaktəAlbomdan sonra Avropanın müxtəlif şəhərlərində konsertlər verməyə davam etdilər. Eyni il zərb alətlərində ifa edən Herman Rarebell bir solo albom çıxardı. 1981-ci ildə Scorpions rok musiqinin zirvəsində yerini almışdı ki, vokalist Klaus Meine boğazındakıl nasazlıq səbəbi ilə xəstəxanaya aparıldı və ancaq uzun müddətli bir müalicə sonrasında yaxşılaşdı. Xəstəxanaya aparılmadan əvvəl planlarındaki «Blackout» albomunu də tez doldurdular. «Blackout» nə qədər tələsiyə gətirilmiş olursa olsun, rok tarixinə qızıl hərflərlə yazılmış albomlardan biridir.
Başda «Blackout» olmaqla «No One Like You», «Dynamite» və «Now» əsl diqqəti cəlb edən mahnılardır. Bunlarla birlikdə, «You Give Me All I Need» və «When The Smoke Is Going Down» da hit olmuş mahnılardır. 1982-ci ildə «Blackout» albomu Amerikada siyahılarında top 10, İngiltərədə isə 11-ci sıraya yüksəlmişdir. Yazda Scorpions, Rainbow'un «Straight Between Your Eyes» adlı turnesine qonaq qrup olaraq qatıldı. 1984-ci il isə Scorpions'u günümüzün rok dinləyicisinə tanıtması baxımından böyük əhəmiyyət daşıyırdı. «Love At First Sting» albomuyla bazarı yenidən alt-üst etdilər. «Bad Boys Running Wild», «Rok You Like A Hurricane», «Big City Nights» və unudulmaz «Still Loving You» mahnılarının ayrı bir əhəmiyyət daşıdığı bu albom sonrasında bir də toplu albom gəldi: «Gold Ballads». İl sonunda xüsusi təyyarələriylə bir də dünya turnesine çıxdılar. Yarandığı ildən bəri yaşadıqları ən müvəffəqiyyətli günlər isə «World Wide Live» konsert albom ardıcıllığının yayımlandıqdan sonra siyahılarda uzun müddət bir nömrədə qaldığı günlər idi. Qrup, bu yorucu iş tempi və dünya turnesinden sonra 1988-ci ilə qədər səssiz qaldı. O il çıxardıqları «Savage Amusement» və «'88 Russian Tour» ilə yenidən diqqətləri üzərlərinə çəkdilər. «Rhythm Of Love», «Walking On The Edge» və «Believe In Love» siyahılarda xeyli müvəffəqiyyətli yerlərə gəlmişlər. Bu albomdan sonra da təxminən üç il səssizliyini qoruyan qrup, 1991-ci ildə bir başqa mükəmməl çıxışla, yeni albomları «Crazy World» ilə rok səhnəsinə qayıtdı. Hər albomda olduğu kimi bu albomda da digərlərinin qabağına keçən bi mahnı vardır: «Winds Of Change». Ayrıca «Dont Believe Hər», «To Be With You In Heaven», «Crazy World» və «Send Me An Angel» albomda diqqətə dəyər digər mahnılar idi. «Crazy World» albomunun altı milyon satmasının ardından bas gitara ifaçısı Francis Buscholz Scorpions'dan ayrılanlar karvanına qatıldı. 1993-cü ilin martında yerinə Ralph Rieckermann gəldi. Qrup bu vaxtlar yeni albomları «Face The Heat»-in hazırlığına başladı.
Ancaq «Crazy World», Scorpions'un müvəffəqiyyət əldə etdiyi son albomu olacaqdı. Xüsusilə «Face The Heat» albomunu izləyən və bass gitarada Ralph Riekermann ilə zərb'də James Kottak'ın vəzifə aldığı «Pure Instinct» dən sonra, eyni mahnıları bir-birinin ardınca yayımlayaraq dinləyənləri bezdirən prodüserlərinin də vasitəsilə, Scorpions pərəstişkarlarının gözündən düşməyə başladı. Bunun fərqinə varan prodüserlər son bir hücumla, bir ildə tam dörd köhnə albomu yenidən satışa çıxardı. Scorpions'un daha öz başına buyruq olduğu zamanlarda çıxardığı və dinləyicilər tərəfindən bəyənilən «Lovedrive», «Animal Magnetism», «Blackout» və «Love At First Sting» 1997-ci ilin içində çıxdı.
Heyət
redaktəİndiki üzvləri
redaktə- Mlaus Mayne — vikal (1970—h.h.)
- Rudolf Şenker — gitara, bek-vokal (1965—h.h.)
- Mattias Yabs — gitara, bek-vokal (1978—h.h.)
- Ceyms Kottak — zərb alətləri, bek-vokal (1996—h.h.)
- Pavel Monçivoda — bas-gitara, bek-vokal (2004—h.h.)
Keçmiş üzvləri
redaktə- Lotar Haymberq — bas-gitara, bek-vokal (1965—1973)
- Volfqanq Dzioni — zərb alətləri (1965—1973)
- Karl-Heyts Volmer — gitara, bek-vokal (1965—1970)
- Mixael Şenker — gitara, bek-vokal (1970—1973, 1978—1979)
- Fransis Buxqolts — bas-gitara, bek-vokal (1973—1983, 1984—1992)
- Ulrix Rot — gitara, bek-vokal (1973—1978)
- Yurgen Rozental — zərb alətləri (1973—1974)
- Ahim Kirşinq — klavişli alətlər (1973—1974)
- Rudi Lenner — zərb alətləri (1975—1977)
- German Rarebell — zərb alətləri(1977—1983, 1984—1995)
- Ralf Rikermann — bas-gitara, bek-vokal (1993—2000, 2000—2003)
- Ken Teylor — bas-gitara, bek-vokal (2000)
Zaman şkalası
redaktəDiskoqrafiya
redaktəStudiya albomları
redaktə- Lonesome Crow (1972)
- Fly to the Rainbow (1974)
- In Trance (1975)
- Virgin Killer (1976)
- Taken by Force (1977)
- Lovedrive (1979)
- Animal Magnetism (1980)
- Blackout (1982)
- Love at First Sting (1984)
- Savage Amusement (1988)
- Crazy World (1990)
- Face the Heat (1993)
- Pure Instinct (1996)
- Eye II Eye (1999)
- Moment of Glory (Scorpions və Berlin filarmoniya orkestri, 2000)
- Unbreakable (2004)
- Humanity: Hour I (2007)
- Sting In The Tail (2010)
- Comeblack (2011)
- Return to Forever (2015)
- Rock Believer (2022)
Konsert albomları
redaktə- Tokyo Tapes (1978)
- World Wide Live (1985)
- Live Bites (1995)
- Acoustica (2001)
- Get Your Sting and Blackout (2011)
- MTV Unplugged: Live in Athens (2013)
Mükafatlar və uğurlar
redaktə- 1975 - Ən yaxşı Almaniya qrupu.
- 1976 - Almaniyada ilin ən yaxşı albomu; Virgin Killer
- 1979 - Playboy jurnalı: Ən yaxşı albom üzü (incəsənət işi); Lovedrive
- 1985 - Qrupun adı Hannover Qızıl Kitabına salınmışdır.
- 1991 - SSRİ-nin ilk və son prezidenti Qorbaçov, qrupu Kremlin'ə dəvət etmişdir.
- 1992 - World Music Awards; Ən uğurlu Alman rok qrupu.
- 1992 - Echo Music Awards; Ən yaxşı milli qrup
- 1994 - World Music Award
- 1998 - Radio Regenbogen mükafatı; Beynəlxalq rok qrupu
- 2000 - Qrupa Hannover şəhərinin Mədəniyyət Mükafatı verilmişdir.
- 2001 - İspaniyada, Leganes'də bir küçəyə Scorpions adı verilmişdir.
- 2010 - Qrupun şərəfinə Hollywood Rock Walk Los Angeles-da ulduz qoyulmuşdur.
- 2010 - World Music Award tərəfindən "Rock Legend" mükafatı (rok musiqisinin inkişafına öz görkəmli xidmətlərinə görə xüsusi mükafat)
- 2011 - Metal Guru mükafatı; "Classic Rock" jurnalı tərəfindən.