Scarturus Elater - Wikipedia
Scarturus elater (lat. Scarturus elater) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin scarturus cinsinə aid heyvan növü.
Scarturus elater | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Scarturus elater |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xarici görünüşü
redaktəXarici görünüşcə Kiçik Asiya ərəbdovşanına bənzəyir, lakin ondan azca kiçikdir. Bədən uzunluğu 95-118 mm, dal pəncənin uzunluğu 48-56 mm, qulağın uzunluğu 43 mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz, qarın hissəsi isə ağ rəngdədir.
Yayılması
redaktəArealı Kiçik və Orta Asiyanın, İranın, Əfqanıstanın, Çinin və Cənubi Zaqafqaziyanın gilli və çınqıllı səhra, xam torpaqlarını və dağətəyi yamaclarını əhatə edir. Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur. Azərbaycanda iki yarımnövü qeyd edilmişdir: A.e.caucasicus – Naxçıvan MR-dan başqa respublikamızın hər yerində, A.e.aralychensis isə Naxçıvan MR-da yayılmışdır.
Həyat tərzi
redaktəYuvaları sadə olub, dərinliyi 60 sm-ə çatır. Yeraltı yolların uzunluğu 150 sm, eni isə 3-3,5 sm-ə qədərdir. Bala çıraxmaq üçün diametri 10 sm olan yuva hazırlayır. Yuvanı quru və yumşaq otlardan düzəldir.
Kiçik ərəbdovşanlarının əsas qidasını bitkilərin soğanacaqları, kökləri və yaşıl hissələri, həmçinin həşəratlar təşkil edir. Gizli həyat tərzi keçirir, ala-qaranlıq və gecə vaxtı fəaldır.
Arealının böyük hissəsində təqribən 4 ay qışlamaya gedir (noyabrın ortalarından martın ortalarına qədər), lakin Zaqafqaziyada qış yuxusuna getmir. Qış yuxusudan oyandıqdan sonra çoxalmağa başlayır. İl ərzində 2-3 dəfə olmaqla, 2-7 bala verir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2002.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0