Savalan Talibli - Wikipedia
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015)
Savalan Talıblı | |
---|---|
azərb. Maşayev Savalan Tahir oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri |
Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan Ermənistan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | 1 |
Atası | Tahir Talıblı |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Odlar Yurdu Universiteti |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 2006-indi |
Mükafatları | Prezident təqaüdçüsü (2015) |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSavalan Talıblı 24 fevral 1983-cü ildə[1] Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar.
İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır[2]. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb.
Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb. "525-ci qəzet", "Kaspi", "Paritet", "Palitra", "Express" kimi qəzetlərdə müxtəlif mövzularda məqalələri dərc edilib.
2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2014-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2015-cu ildə AYB tərəfindən "Prezident təqaüdü"nə layiq görülmüşdür.[3]
Ailəsi
redaktəAiləlilidir. 1 övladı var. Savalan Talıblı şair, publisist Tahir Talıblının oğludur.
Əsərləri
redaktəKitabları
redaktəMəqalələri
redaktə- "Tanıdığım və tanımadığım Zəki İslam". "Kaspi", №100 (1807), 11 iyun, 2008-ci il.
- “Xalq folklorunu bilirsə, o xalqı heç kim ələ ala bilməz”: Məhərrəm Qasımlı: “Bizim mədəniyyətin açarı sazdır”: [Filologiya elmləri doktoru, professor] //"Kaspi".- 2008.- 22 avqust.- S. 14. № 150(1857)
- "Hər an hər şey ola bilir - Azər Bülbülü anım", — modern.az saytı (az.)
- "Şair Kələntər Kələntərlinin xatirəsinə", — adalet.az saytı (az.)
İstinadlar
redaktə- ↑ "Savalan Talıblı 30 Yaşın Mübarək — sous.az saytı". 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-23.
- ↑ Aydın Muradlı, Müsahibə — Savalan Talıblı:"Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm..." — edebiyatdefteri.com saytı
- ↑ 1 2 Vüsalə Qələndərli. "Savalan Talıblı: "Əgər Elza Seyidcahan şeir yazırsa, məncə heç cür ciddi ədəbiyyatın yaranacağından söhbət gedə bilməz!" (müsahibə)" (az.). xeberlenti.com. 05.05.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
Xarici keçidlər
redaktə- Savalan Talıblı, "Qəhərli təbrik", — frmtr.com saytı Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)