Sarkis Balyan - Wikipedia
Sarkis Balyan (erm. Սարգիս Բալյան; 17 fevral 1835[1], Konstantinopol, Osmanlı imperiyası – 7 noyabr 1899, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.[2]
Sarkis Balyan | |
---|---|
q.erm. Սարգիս Պալեան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1835[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 1899 (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | memar, heykəltaraş |
Atası | Karpet Balyan |
Ailəsi | Balyan ailəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSaray memarlarından Karpet Balyanın oğlu olub, 17 fevral 1835-ci ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1843-cü ildə qardaşı Nikoqosla birlikdə Parisə göndərildi və burada memarlıq təhsili aldı. Qardaşının səhhəti səbəbilə 1845-ci ildə onunla birlikdə İstanbula qayıtdı. 2 il sonra isə təkbaşına yenidən Parisə göndərildi və burada mühəndislik təhsili almağa davam etdi. 1855-ci ildə təhsilini tamamlayıb İstanbula qayıtdı.
Döndükdən sonra qardaşı Nikoqosla birlikdə atasının yanında çalışdı və burada təcrübə qazandı. 1858-ci ildə böyük qardaşı Nikoqosun, 1866-cı ildə isə atasının vəfatının ardından kiçik qardaşı Aqopla birlikdə saray memarlığına təyin edildi. Ancaq qardaşının 1875-ci ildə vəfatı və ertəsi il Sultan Əbdülhəmidin taxta çıxmasıyla gözdən düşdü və bilinməyən səbəblə ölkədən sürgün olundu. 15 il boyunca sürgündə yaşayan Sarkis bəy 1891-ci ildə bağışlandı və İstanbula qayıtdı. Döndükdən sonra isə inşaat sahəsində fəaliyyət göstərmədi və evində sakit bir həyat yaşadı. 7 noyabr 1899-cu ildə yaşadığı evdə vəfat etdi.
Erməni Həvari kilsəsində aktiv fəaliyyət göstərməsə də, xeyriyyə işləriylə məşğul olmuş, erməni cəmiyyətinin borcları üçün 1500 qızıl ianə etmişdir Vandakı erməni Marmet kəndində bir məktəb, xanımının xatirəsi üçün Beiktaşda Makruhyan adlı bir məktəb inşa etmişdir.
Arakel Dadyanın qızı Makruhi Dadyanla evlənsə də, 3 il davam edən evliliyin ardından xanımı övladı olmadan vəfat etdi.
Əsərləri
redaktə- Bəylərbəyi sarayı
- Beşiktaş Makruhyan Erməni məktəbi
- Çırağan sarayı
- Kağıthane sarayı
- Pərtəvniyal Validə Sultan məscidi
- Zeytinburnunda barut fabriki
- Hərbi Nazirlik binası
- Tibb məktəbi binası
- Maçkada silahxana
- Gümüşsuyu kazarması
- Malta köşkü
- Həkimbaşı ov köşkü
- Baltalimanı yalısı
- Adilə Sultan sarayı
- Ulduz sarayında Böyük Mabeyn köşkü
- Çadır köşkü
- Şalə qəsri
- Çir qəsri
- Çağlayan qəsri
- Ayazağa köşkü
Mənbə
redaktə- Afife, Batur, Balyan Ailesi. Kişisel Arşivlerde İstanbul Belleği, Taha Toros Arşivi, 1992, s. 1089.
- Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19. Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020.
- Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96–108.2007
İstinadlar
redaktə- ↑ 1 2 Sarkis Balyan // Structurae (ing.). Ratingen: 1998.
- ↑ Pamukciyan, Kevork. "Sarkis Balyan", İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.