Sara Siyeneyi - Wikipedia
Sara siyənəyi (lat. Alosa brashnikovi sarensis) — Chordata tipinin növüdür.
Sara siyənəyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəBədənin bel tərəfi göy-yaşıl, yanları və qarnı gümüşü rəngdə olur. Bel üzgəci çox piqmentlənmişdir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Yetkin fərdlərinin uzunluğu 20.1-40.0 sm, kütləsi 95.0-1050.0 q arasında dəyişir.
Yaşayış yeri və həyat tərzi
redaktəDəniz balığı olub, çoxalmaq üçün şirin sulara girmir. Orta ömrün uzunluğu: 7 - 8 ildir. Cinsi yetkinliyə çatma müddəti: Cinsi yetkinliyə 2-3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasında olur.[1]
Yaşayış yeri və həyat tərzi
redaktəDəniz balığı olub, çoxalmaq üçün şirin sulara girmir. Orta ömrün uzunluğu: 7 - 8 ildir. Cinsi yetkinliyə çatma müddəti: Cinsi yetkinliyə 2 - 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasında olur.
Yayılması
redaktəAzərbaycanda Xəzər dənizinin cənub-qərb hissəsində geniş yayılmışdır. Brajnikov siyənyinin Xəzər dənizində 7, Xəzər dənizinin Azərbaycan sularında isə 6 yarımnövü yayılmışdır. Həmin yarımnövlərdən biri olan Sara siyənəyinin üç populyasiyası (Sara, Pirsaat və Lənkəran) qeydə alınmışdır.[2]
Sayı və limit faktorları
redaktəSon illərdə Xəzər dənizində Sara siyənəyinin sayı stabildir. Limit faktorları kimi dənizin çirklənməsi və Qara dənizdən Xəzərə düşmüş daraqlı (Mnemiopsis leidyi) hesab edilir. Azərbaycanda 5 növlə təmsil olunur
Qidalanması
redaktəKilkələr, az miqdarda krevetka, aterin və başqa balıqlarla qidalanır.
Çoxalması
redaktəKürütökmə yolu ilə çoxalır. Kürüsünü hissə-hissə tökür. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü hissə-hissə tökür. Məhsuldarlığı 200.0-1050.0 min ədəd arasında dəyişir. Reproduktivliyin periodu: ildə bir dəfə, hər il, generasiyaların sayı: orta ömrün uzunluğundan aslı olaraq 7 - 8 dəfə olur.
İnsan həyatına təsiri
redaktəEkoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Sosial – iqtisadi əhəmiyyəti ov və vətəgə əhəmiyyətlidir. Elmi - mədəni əhəmiyyəti müəyyənləşdirilməyib. Ziyanvericilik xüsusiyətləri məlum deyil.[3]
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəXəzərdə balıq ovunun tənzim olunması haqqında qanun qəbul edilməsinə ehtiyac var, dənizin çirklənməsinin qarşısı alınmalıdır.
Növün qeydiyyat göstəriciləri
redaktəAMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu
İstinadlar
redaktə- ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620. 2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- ↑ Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981. 168 с.
- ↑ Световидов А.Н. Сельдевые. Фауна СССР, рыбы, том II, вып. 1, Изд. АН СССР, М.-Л.: 1952, 330 c.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981. 168 с.
- Световидов А.Н. Сельдевые. Фауна СССР, рыбы, том II, вып. 1, Изд. АН СССР, М.-Л.: 1952, 330 c.
- Смирнов А.Н. Бражниковские сельди Каспийского моря. Баку, Изд-ва АН Аз. ССР., 1952, 245 с.