Saqopsi - Wikipedia
Saqopşi (inquş Соагӏапче) — İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd.[3][4]
Saqopşi | |
---|---|
Сагопши | |
43°28′50″ şm. e. 44°35′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1863 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 397 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 386340 |
Coğrafiya
redaktəKənd Alxançurt dərəsində, Sunjenski silsiləsinin şimal yamacında, Malqobek şəhərinin rayon mərkəzindən cənubda və Maqas şəhərindən 60 km şimal-qərbdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şimalda — Malqobek şəhəri, şimal-şərqdə — Yujnoye kəndi, şərqdə — Zyazikov-Yurt, cənub-şərqdə — Aşağı Açaluk və cənub-qərbdə — Psedax və İnarki kəndləri.[5]
Ən yaxın qatar stansiyaları bir-birindən eyni uzaqlıqda olan Nazran, Terek və Şimali Osetiyanın şəhəri Mozdokda yerləşir.
İqlimi
redaktəBölgənin iqlimi mülayimdir. Orta temperatur +11 ° C-dir. Ən isti ay avqust (24 ° C), ən soyuq ay yanvar (-6 ° C)-dır. Orta yağıntının miqdarı ildə 893 millimetrdir. İyul ayında 134 millimetr yağıntı düşsə də, avqustun sonuna doğru isə sadəcə 36 millimetr yağıntı düşür.
Tarixi
redaktə1863-cü ildə o vaxtkı Kiçik Kabarda dağlıq ərazisindəki Psiqobja çayında, bir-birindən təxminən 3 km məsafədə iki yeni yaşayış məntəqəsi meydana gəldi[6]- Eldarxan-qala kəndlərindən köçənlərin məskunlaşdığı Sokalo Bokova aulu (Yuxarı Saqopş) və əsasən Tarskaya vadisindən (Abrekovo kəndi) gələn köçkünlər tərəfindən məskunlaşılan Alamkaç Qataqacev (Nijni Saqopş).[7]
1865-ci ildə sakinlərinin Türkiyəyə köçməsi səbəbi ilə Tsokalo Bokov kəndi boş idi və tezliklə yurdları digər orsthoylar tərəfindən məskən seçildi, kəndə yeni bir ad verildi — Yeni Ax-Barzoy.[8]
1874-cü ildə məcburi köçürülmə və iki yaşayış məntəqəsinin birləşməsi nəticəsində müasir Saqopşi kəndi meydana gəldi.[9]
1944-cü ildən 1957-ci ilədək olan müddətdə, çeçenlərin və inquşların sürgün edilməsi və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi zamanı kənd Noqtsard adlandırıldı və Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi.[10] 1958-ci ildə kənd əvvəlki adı — Saqopşi qaytarıldı.
Əhali
redaktəİl | 1926 | 2002 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | 2019 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 2381 | 10 738 | 11 221 | 11 336 | 11 461 | 11 646 | 10 048 | 10 076 | 10 360 | 10 604 | 10 950 | 11 247 | 11 487 | 11 675 | 11 918 | 12 158 |
Milli tərkib
redaktəƏhalinin %98.93-ü inquşlar təşkil edir.[16]:
Tanınmış şəxslər
redaktəƏhməd Xamiyeviç Bokov — İnquş yazıçı və dramaturqudur.
Qardanov Torko-Hacı — XX əsrin əvvəllərində İnquşetiya Saqopşi və Qadiy kəndlərinin imamı. 1917–1923-cü illər vətəndaş müharibəsi qəhrəmanı.[17].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Закон Республики Ингушетия от 23 февраля 2009 года № 5-рз «Об установлении границ муниципальных образований Республики Ингушетия и наделении их статусом сельского поселения, муниципального района и городского округа»". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
- ↑ "Поиск кодов ОКАТО. Сельское поселение Пседах, Малгобекский район". 2016-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
- ↑ "Карта Чечни и Ингушетии" (rar). не ранее 1995. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-02.rar. Объём 8 МБ.
- ↑ СПРАВКА "К вопросу о границах Республики Ингушетия с Чеченской Республикой" Назрань, 2012г.
- ↑ Марьям Яндиева, Адам Мальсагов, "Ингушетия и ингуши", Москва, 1999г.
- ↑ Иванов М.А., "В горах между рр. Фортангой и Аргуном", 1902г.
- ↑ Рапорт. Начальник Владикавказского округа, отдел 1-й, 18 июля 1872 года, № 4228, г.Владикавказ Начальнику Терской области.
- ↑ В Президиум Верховного Совета РСФСР. Президиум Верховного Совета Северо-Осетинской АССР просит утвердить его постановление о переименовании населённых пунктов в новых районах, вошедших в состав Северо-Осетинской АССР… Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (см. документ № 99)
- ↑ 1 2 "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2019 года" (rus). Федеральная служба государственной статистики. January 1, 2019. July 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- ↑ "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- ↑ "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- ↑ "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- ↑ "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- ↑ "Том 4. Таблица 04-04. Население Ингушетии по национальности и владению русским языком". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04.
- ↑ Боков А. Торко-Хаджи Гарданов // Грозненский рабочий. 1988. 5 ноября. Стр. 3.