Sanqar Bogazi - Wikipedia
Sanqar boğazı (yap. 津軽海峡) – Honşu adasını Hokkaydo adasından ayıran boğaz. Sakit okeanı isə Yapon dənizi ilə birləşdirir. Boğazın uzunluğu 96 km ,eni isə 18–110 km arası dəyişir. Dərinliyi isə 110–491 m arası təşkil edir. Boğazda axının istiqaməti qərbdən şərqə doğrudur. Axının sürəti mərkəz hissələrdə 3 dəniz milinə bərabərdir. Burada dalğaların hündürlüyü 2 m-dir. Boğazın hər iki sahili sıldırımlı ,qayalı dağlar və onların üzəri isə meşələrlə örtülüdür. Hokkoyda adasının boğaz sahillərində yerləşən əsas liman şəhəri Hakodayedir. XX- əsrdə burada böyük liman olmuş və region əhəmiyyət kəsb etmişdir. Boğazın ilk xəritəsini rus admiralı İ.F.Kruzenşter tərtib etmişdir. Boğazın cənub hissəsində Muçu körfəzi yerləşir. Körfəzin əsas limanı Aomoridir. Qışda boğaz donmur. Boğazın altından Seykan tuneli keçir. O, dünyanın ən uzun dəmiryol tunelidir.
Sanqar boğazı | |
---|---|
yap. 津軽海峡 | |
Ümumi məlumatlar | |
Eni | minimum 18 km |
Uzunluğu | 96 km |
Ən böyük dərinliyi | 491 m |
Yerləşməsi | |
41°29′57″ şm. e. 140°36′57″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriyası | |
Ayırır | Honşu adasını Hokkoyda adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktə- Kruzenşter. Sanqar boğazı Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine