Sanasiya - Wikipedia
Sanasiya (pl. Sanacja, lat. Sanatio) Polşada ictimai həyatın "əxlaqın yenidən təşkil edilməsi" ilə əlaqədar ortaya çıxan siyasi hərəkatın gündəlik adı, hazırlıq əsnasında və 1926-cı il mayın 19-da dövlət çevrilişi dövründə, Yozef Pilsudski tərəfindən irəli sürüldü. Hərəkat 1935-ci ildə Pilsudski’nin ölümünə qədər birbaşa fəaliyyət göstərmişdir.
Tarixi
redaktəParlament ölkədə kiçik bir rol oynayırdı. Siyasi müxalifətə təzyiq olunurdu. Hərəkatın əsasını Polşa siyasətində korrupsiyaya mane olmağa çalışan keçmiş ordu məmurları meydana gətirdi. Sanasiya korrupsiyanın aradan qaldırılması və inflyasiyanın azaldılması ilə bağlı müxtəlif siyasi qüvvələrin koalisiyası idi. 1928-ci ildə siyasi fəallar hökumətlə əməkdaşlıq üçün Qeyripartisan Bloku (BBWR ) yaratdılar. 1926-cı ilin avqust ayında 1921 il Konstitusiyasına əhəmiyyətli düzəlişlər edildi. Prezident seym və senatı vaxtından əvvəl buraxmağı, yeni seçkilər keçirmək və məclis tərəfindən təsdiqlənməmiş və ya təsdiq olunmayana qədər qanunun qüvvəsinə malik olan fərman vermək hüququ əldə edir. Seym daimi olaraq deyil, iclasda işə başlamışdı. Sanasiya, avtoritar hakimiyyət qurdu, kommunizmlə mübarizə etdi, demokratiya böhranı, güclü hakimiyyətə ehtiyac olduğunu və müxalifət partiyalarının aradan qaldırılması mövzusunda tezislərini elan etdi. Polşanın daxili sabitliyi artdı, iqtisadi staqnasiya isə Eugenius Kwiatkowski'nin islahatları ilə başa çatdı. Eyni zamanda, Sanasiya rejimi kommunist partiyalarını təqib etdi və müxalifət partiyalarının güclərini bölməklə təsirini məhdudlaşdırmağa çalışdı.[1] Avropa qeyri demokratik vəziyyətindən fərqli olaraq, bu rejim tam miqyaslı diktatorluq halına gətirilməmişdi. 1930 seçkilərində Sanasiya seçimlər üçün heç bir şeyi şansa buraxmayaraq; 20-dən çox görkəmli müxalifət liderləri həbs edildi və müxalifət mətbuatı susduruldu. Bununla da Qeyripartisan hökumətlə əməkdaşlıq bloku (BBWR ) seçkini 46%-la qazandı. 1935-ci ilin aprelində, Piłsudski'nin ölümündən bir müddət əvvəl, Sanasiyanın əsas ideyalarını dəstəkləyən yeni bir konstitusiya ("Aprel Konstitusiyası") qəbul edildi: hakimiyyət sistemi güclü olan mərkəzləşmiş dövlət.[2] Lakin Piłsudski tezliklə vəfat etdi və Sanasiya ciddi daxili problemlərlə üzləşdi. Nəhayət, o, üç ayrı hərəkatə bölündü:
Hərəkatın parçalanması
redaktə- Sol sanasiya (pl. Lewica sanacyjna, lider Valery Slavek) müxalifətlə razılıq əldə etmək istəyənlər;
- Qala qrupu (pl. Zamek, prezident İgnatius Mostsitsky ətrafında formalaşmışdır) mərkəzçilər;
- Sağ sanasiya (pl. Prawica sanacyjna, Milli Birlik Düşərgəsi ilə ittifaqda Edward Rydz-Smigly ətrafında qruplaşmış) millətçilər.
İkinci Dünya müharibəsindən sonra, Sovet İttifaqı kommunist rejimi bir çox sanasiya üzvünü sürgünə göndərdi və onları dövlətin düşmənləri elan etdi.
İstinadlar
redaktə- ↑ Holzer, Jerzy Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine (July 1977). "The Political Right in Poland, 1918-39".Journal of Contemporary History. Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine12 (3): 395–412. doi:10.1177/002200947701200301.
- ↑ "Przemiany ustroju Polski w latach 1921—1935". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.