Samur Derbend Kanali - Wikipedia
Samur-Dərbənd kanalı — 1960-ci illərdə Dağıstanın cənub-şərq hissəsinin, o cümlədən Dərbənd və Dağıstan İşıqları şəhərlərinin su təhcizatını təmin etmək məqsədi ilə inşa edilmişdir. Bu Samurçaydan çəkilmiş iki magistral kanaldan biridir. Samurdan Azərbaycan ərazisi boyunca Samur-Abşeron kanalı axır. Samur-Dərbənd kanalı 90 km uzunluğa malikdir. Kanal axarı boyunca Rubas, Sudoxol və Ulluçay çaylarının məcrası kəsir. Kanal Samur hidroqovşağından başlayır və Ulluçayda bitir. 1990-cı illərdə kanal istifadəyə yararsız vəziyyətə gəlmişdir. 2014—2015-ci illərdə[1] kanalın yenidən qurulmasına qədər Dağıstan İşıqları şəhərinin kanal ətrafı ərazilərində evləri su basmışdır[2]. Kanalın suyu ilk növbədə kənd təsərrüfatı məqsədlidir. Kanal Samur suyunun beşdə birini istifadə edir. Bu isə Samurun aşağı axarında olan meşələr üçün zərərlidir.
Samur-Dərbənd kanalı | |
---|---|
Axdığı yerlər | Dərbənd rayonu, Dağıstan |
Mənsəb | Ulluçay |
Uzunluğu | 90 km. |
İstinadlar
redaktə- ↑ "РИА «Дагестан» Самур-Дербентский канал вошел в число объектов мелиорации, вводимых в этом году в эксплуатацию в России". 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
- ↑ "Самур-Дербентский оросительный канал. Информационное агентство «Дагестан Сегодня»". 2020-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.