Saltaq Nekropollari - Wikipedia
Saltaq nekropolu — Culfa rayonu, Saltaq kəndinin qərb, şimal-qərbində arxeoloji abidə.[1]
Saltaq nekropolu I
redaktəCulfa rayonunda Saltaq yaşayış yerinin qərbində, Əlincəçayın sol sahilində, hündür təpə üzərində orta əsrlərə aid arxeoloji abidədir. 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Qəbir abidələrinin bir çoxu əkin işləri zamanı dağılıb. Arxeoloji mədəniyyət izləri Saltaq nekropolunun 14–16-cı əsrlərə aid olduğunu göstərir.[1]
Saltaq nekropolu II
redaktəCulfa rayonunda Saltaq kəndinin şimal-qərbində, Əlincə çayın sağ sahilində orta əsrlərə aid arxeoloji abidə. Hər tərəfdən dağlarla əhatə olunmuş dərədə yerləşir. Qəbiristanlığın bir hissəsi tamamilə dağılıb, digər hissəsi hazırda yerli əhali tərəfindən istifadə olunur. Mərkəzində daşdan tikilmiş sərdabə xüsusilə diqqəti cəlb edir. Nekropolun XIV-XVI əsrlərə aid olması ehtimal edilir.[1]
Saltaq sərdabəsi
redaktəCulfa rayonununda eyni adlı kəndin şimal-qərbindəki nekropolda 14–16 əsrlərə aid abidə. Qəbiristanlığın mərkəzində kiçik daşlardan əhəng məhlulu qatılmış gəclə tikilmişdir. Tavanı tacvarı formada tamamlanır; girişi xaricə doğru çıxıntılıdır. Qapının tikintisin də bişmiş kərpicdən (23x23x5 sm; 20x10x5 sm) də istifadə olunmuşdur (çox güman ki, bu kərpiclər onun sonrakı bərpası ilə əlaqədardır). Sərdabənin daxili divarları gəclə suvanıb; bəzi yerlərdə uçub tökülmüşdür. İçərisində taxta tabut və insan skeletinin qalıqları aşkar olunmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 244. ISBN 5-8066-1468-9.