Salome Zurabisvili - Wikipedia
Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952[1][2], XV arondisman) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir.[4]
Salome Zurabişvili | |
---|---|
gürc. სალომე ზურაბიშვილი | |
Vəzifədədir | |
16 dekabr 2018-ci ildən | |
Əvvəlki | Giorgi Marqvelaşvili |
18 mart 2004 – 19 oktyabr 2005 | |
Əvvəlki | Tedo Caparidze |
Sonrakı | Qela Bejuaşvili |
Şəxsi məlumatlar | |
Doğum adı | Salomé Nino Zourabichvili[3] |
Doğum tarixi | 18 mart 1952[1][2] (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, dövlət xadimi, siyasətçi |
Uşaqları | 2 |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Təltifləri | |
salome.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir.[5]
Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb.
Həyatı
redaktəSalome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.
Siyasi fəaliyyəti
redaktəSalome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2001-ci ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib[6]. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.
Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. Zurabişvili xarici işlər naziri postunda əsas uğurlarından biri kimi Rusiya hərbi bazalarının ölkədən çıxarılması haqqında qərarın qəbul edilməsini göstərirdi. Hətta çıxışlarının birində deyib ki, bunu tarixi nailiyyət hesab edir. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan Salome, Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı durub, amma müxalifət lideri elə də ola bilməyib. 2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.
2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. 2018-ci il seçkilərinə qatılmaq üçün o Fransa vətəndaşlığından imtina edib.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Salomé Zourabichvili // Roglo. 1997.
- ↑ 1 2 Salome Surabischwili // Munzinger Personen (alm.).
- ↑ https://www.legifrance.gouv.fr/affichTexte.do?cidTexte=JORFTEXT000000419116.
- ↑ "Salome Zurabişvili Gürcüstanın yeni prezidenti seçildi". qafqazinfo.az (az.). 29 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
- ↑ "„ქართული ოცნება" საზოგადოებას მოუწოდებს, საქართველოს პრეზიდენტის პოსტზე მხარი დაუჭიროს სალომე ზურაბიშვილის კანდიდატურას" (gürcü). new.ipn.ge. İstifadə tarixi: 15 oktyabr 2018.
- ↑ "Gürcüstanın ilk qadın prezidenti Salome Zurabişvili kimdir? -DOSYE". 2019-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ Axmeteli, Nina. "Salome Zurabişvili – Gürcüstandakı prezident seçkilərində favorit. O, kimdir?". bbc.com. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2019.