Salmanbeyli - Wikipedia
Salmanbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Salmanbəyli kəndi Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salmanbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]
Salmanbəyli | |
---|---|
39°58′50″ şm. e. 47°22′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1928 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 55 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0427 |
Toponimikası
redaktəKəndin keçmiş adı Kəbirli (digər mənbələrdə Barak[3]) olmuşdur. Burada yaşayan əhali sırf Kəbirli tayfasına mənsubdur. Kəndin adını daşıyan Salman bəy Əlibəyov isə Müsəlman Sosial-Demokrat Hümmət təşkilatının Şuşa qəzasının fəal üzvlərndən biri olmuş, 1927-ci ildə Sovet hakimiyyətinin düşmənləri tərəfindən öldürülmüşdür.
Tarixi
redaktəKənd 1928-ci ildən başlayaraq yaranmışdır.
Tarixi abidələri
redaktə- Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidə kompleksi
- 416-cı milli atıcı diviziyanın Taqanroq uğrunda həlak olan əsgəri Ənnağı Bünyadovun büstü
- Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstü
- Qalatəpə arxeoloji mədəniyyəti
- Üçtəpə kurqanları
- Xantəpə kurqanları
- Govurarx kanalı
Coğrafiyası və iqlimi
redaktəSalmanbəyli kəndinin ərazisi 12.7 km², kəndin dəniz səviyyəsindən hündürlüyü 31 metrdir.
Əhalisi
redaktəƏhalisinin sayı 2425 nəfərdir (2013-cü il). Həmçinin kənddə 106 nəfər (26 ailə) məcburi köçkün məskunlaşmışdır.
Tanınmış şəxsləri
redaktə- Əlvan Əliyev — tarixçi alim, jurnalist, politoloq
- Əhməd Elbrus — filologiya üzrə fəlsəfə doktoru, şair, naşir
- Ənvər Əhməd — filologiya üzrə fəlsəfə doktoru, şair, dramaturq
- Əbülfət Misiroğlu — yazıçı, publisist, jurnalist
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.[4] Kənddə 861 hektar pay torpağı, 1016 hektar dövlət torpaq fondundan götürülmüş icarə torpaqları, 48 hektar bələdiyyə torpağı vardır. 1 yanvar 2013-cü ildə kənddə 2253 baş iribuynuzlu və 8078 baş xırdabuynuzlu heyvan, həmçinin ev quşları 8453 ədəd, 60 ədəd arı ailəsi olmuşdur.[5] Kənddə 1 Sudan İstifadəedənlər Birliyi, 5 ticarət obyekti vardır.
Mədəniyyəti
redaktəKənddə 1 mədəniyyət evi, 1 kənd kitabxanası, 1 poçt şöbəsi, 1 elektron ATS mövcuddur.
Təhsil
redaktəKənddə 1 tam orta məktəb və 1 uşaq baxçası fəaliyyət göstərir.
Din
redaktəKənddə "Heydər" məscidi dini icması fəaliyyət göstərir[6].
Səhiyyə
redaktəKənddə 1 həkim məntəqəsi, 1 aptek, 1 baytarlıq apteki mövcuddur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
- ↑ "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
- ↑ Süleyman Kəbirli. Tarixi mahal-kəbirli eli. Bakı: 2013, səh.99
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |