Salam Elcezair Film 1968 - Wikipedia
Salam,_Əlcəzair_(film,_1968) - Haqqında Məlumat
Salam, Əlcəzair | |
---|---|
Janr | sənədli film |
Rejissorlar |
Əlibala Ələkbərov Tofiq Sultanov |
Ssenari müəllifi | Kərim Kərimov |
Operatorlar |
Əlibala Ələkbərov Tofiq Sultanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1968 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1968 |
Texniki məlumatlar |
2 hissə 574 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəFilm Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Əlibala Ələkbərov, Tofiq Sultanov
- Ssenari müəllifi: Kərim Kərimov
- Operator: Əlibala Ələkbərov, Tofiq Sultanov
- Səs operatoru: Şamil Kərimov