Sailor Moon Crystal - Wikipedia
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal, Bishōjo Senshi Sērā Mūn Kurisutaru?, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibətilə yayımlanan ONA seriyası.[1] Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır.[2][3] 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir.[1][4][5] Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir.[6] Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir.[7]
Sailor Moon Crystal | |
III mövsümün posteri. Ortada: Seylor Mun; aşağıda: Seylor Uran və Seylor Neptun; solda: Seylor Merkuri, Seylor Mars və Seylor Çibi Mun; sağda: Seylor Pluton, Seylor Saturn, Seylor Yupiter və Seylor Venera. | |
美少女戦士セーラームーンクリスタル (Bishōjo Senshi Sērāmūn Kurisutaru) azərb. Seylor Mun: Kristal | |
---|---|
Janr | maho-şoco |
Anime | |
Rejissor | Munehisa Sakay |
Prodüsser | Cuniçiro Tsuçiya Yuu Kaminoki |
Ssenarist | Yuci Kobayaşi |
Bəstəkar | Yasuharu Takanaşi |
Studiya | Toei Animation |
Digər lisenziyalar | Madman Entertainment Viz Media |
Kanal | Niconico, Tokyo MX |
Digər kanallar | Neon Alley |
Buraxılış tarixi | 5 iyul 2014 – 18 iyul 2015 (Niconico yayımı) 6 aprel 2015 – 28 sentyabr 2015 (Tokyo MX yayımı) |
Seriyalar | 26 (seriya siyahısı) |
Anime | |
Rejissor | Çiaki Kon |
Prodüsser | Cuniçiro Tsuçiya Ruka Tanaka |
Ssenarist | Yuci Kobayaşi |
Bəstəkar | Yasuharu Takanaşi |
Studiya | Toei Animation |
Digər lisenziyalar | Madman Entertainment Viz Media |
Kanal | Tokyo MX |
Digər kanallar | Neon Alley |
Buraxılış tarixi | 4 aprel 2016 – 27 iyun 2016 |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime | |
Sailor Moon Crystal: Dream, Part One | |
Studiya | Toei Animation |
Anime | |
Sailor Moon Crystal: Dream, Part Two | |
Studiya | Toei Animation |
Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir.[8][9] Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır.[10][11][12] 2014-cü ilin mayında Viz Media animeni Şimali Amerikada[13] ingiliscə yayınlanması üçün lisenziyalaşdırmışdır. Şimali Amerikada Hulu,[14][15] Crunchyroll və North Valley vasitəsilə göstərilir.[16] Bununla yanaşı Viz Media anime serialının ilk seriyasının Seylor Munun ad gününü qeyd etmək üçün Los-Ancelesdə keçirilən Anime Ekspo Festivalında göstərilməsini təşkil etmişdir.[17]
Məzmun
redaktə14 yaşlı şagird Usaqi Tsukino bir gün danışa bilən Luna adlı qara pişiklə qarşılaşır. Luna ona onun Qaranlıq Krallıq adlı şər qüvvəyə döyüşməli olduğunu və bir Seylor döyüşçüsü olduğunu deyir. Luna ona həmçinin qədim Ay Krallığının şahzadəsini, digər Seylor döyüşçülərini və Əfsanəvi Gümüş Kristalı tapmalı olduğunu da bildirir. Usaqi macəraları zamanı Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera, eləcə də, Taksedo Maskla qarşılaşır. Usaqi və Seylor döyüşçüləri daha sonra əvvəlki həyatlarında keçmiş Ay Krallığında — Gümüş Minillikdə yaşadıqlarını kəşf edirlər. Qaranlıq Krallıq krallığa müharibə elan etmiş və Ay Krallığı məhv olmuşdur. Seylor Munun elə axtarılan şahzadə — Şahzadə Sereniti olduğu məlum olur və Əfsanəvi Gümüş Kristal tapılır. Həmçinin Taksedo Maskın ilk Yer şahzadəsi və keçmiş həyatında Şahzadə Serenitinin sevgilisi olan Şahzadə Endimion olduğu üzə çıxır. Sitennonu (Endimionun keçmiş həyatındakı cəngavərləri) məğlub etdikdən sonra və onların lideri Kraliça Berili öldürdükdən sonra Seylor döyüşçüləri Qaranlıq Krallığın lideri Kraliça Metariya və onun tərəfindən zehni ələ keçirilmiş Şahzadə Endimionla üzləşirlər. Kraliça Metariyanın bütün dünyanı qaranlığa bürüməsinin qarşısını almaq üçün Seylor döyüşçüləri həyatlarını qurban verirlər. Gümüş Kristalın gücündən istifadə edən Seylor Mun Kraliça Metariyanı məhv edir və dostlarını xilas edir.
Yeri normal vəziyyətinə qaytaran Usaqi Mamoru və dostları ilə sakit həyat yaşamağa hazırlaşsa da, bir gün göydən kiçik bir qız düşür. Bu qız özünü "Usaqi Tsukino" (daha sonra Çibiusa ləqəbini alır) kimi təqdim edir və Usaqinin ailəsinin beyinlərini yuyur, nəticədə, ailəsi Çibiusanın ailənin bir üzvü olduğuna inanır. Qara Ay adlı yeni təşkilat Çibiusa və Gümüş Kristalın arxasınca düşür. Onlar Seylor Mars, Seylor Merkuri və Seylor Yupiteri əsir alırlar. Çibiusa Qara Ay tərəfindən məhv edilmiş XXX əsrin Tokiosundan gəldiyini və Qara Ayı məğlub etmək üçün Seylor Mun və Gümüş Kristalın axtarışında olduğunu etiraf edir. Seylor Mun, Seylor Venera, Taksedo Mask, Luna və Artemis Çibiusa ilə gələcəyə yollanırlar və Seylor Pluton ilə qarşılaşırlar. Məlum olur ki, Taksedo Mask və Seylor Mun Çibiusanın gələcəkdəki ata və anasıdır. Seylor Mun Qara Ayın lideri Şahzadə Almaz tərəfindən qaçırılıb klanın qərargahına — Nemesis planetinə gətirir. Seylor Mun orada Seylor Merkuri, Seylor Mars və Seylor Yupiteri xilas edir. Çibiusa Şahzadə Almazın məsləhətçisi, Qara Ayın əsl lideri Ölüm fantomu tərəfindən aldadılır və Qara Leydiyə çevrilir. Şahzadə Almaz XX və XXX əsrin Gümüş Kristallarını əldə edir və onları toqquşduraraq kainatı məhv etmək istəyir. Amma Seylor Pluton zamanı dayandırıb buna mane olur, lakin zamanı dayandırmaq ölümlə cəzalandırıldığından ölür. Qara Leydi yaxın dostunun ölümündən şoka düşür və Seylor Çibi Muna çevrilir. Şahzadə Almaz Seylor Munu qoruyarkən ölür. Seylor Mun və Seylor Çibi Mun güclərini birləşdirib Ölüm fantomuna qalib gəlirlər.
İstehsal və yayım
redaktə6 iyul 2012-ci ildə Kodansha və Toei Animation "Seylor Mun"un 20 illik yubileyi (2013) münasibətilə yeni bir anime serialı çəkəcəyini açıqlamışdır.[18][19] Yaponiya musiqi qrupu Momoiro Clover Z yeni anime üçün açılış və bağlanış mahnılarını hazırlamışdır.[20] Animenin 2013-cü ildə çəkiləcəyi planlaşdırılsa da, işlərin yubandığı bildirilmişdir.[21] 4 avqust 2013-cü ildə animenin gələn il yayımlanmağa başlanacağı təsdiqlənmişdir.[20]
9 yanvar 2014-cü ildə animenin ilk seriyasının iyulda göstəriləcəyi məlum olmuşdur.[22] 13 mart 2014-cü ildə yeni animenin rəsmi saytında 21 mart tarixi üçün geri sayım başladılmışdır.[23] Bu tarixdə — 21 martda Toei Animation-nun rəsmi saytı anime ilə bağlı bir neçə şəkil, xülasə paylaşmış, anime üzərində işləyən əməkdaşları təqdim etmişdir. Həmçinin yeni animenin "Pretty Guardian Sailor Moon Crystal" (美少女戦士セーラームーンCrystal, Bishōjo Senshi Sērā Mūn Kurisutaru?) adlanacağı məlum olmuşdur. Yeni animenin rejissoru Munehisa Sakai seçilmişdir.[24] Musiqi Yasuharu Takanasi tərəfindən bəstələnmişdir.
Personajları səsləndirəcəklər və ilk baxış tarixi 27 aprel 2014-cü ildə açıqlanmışdır. Animenin ilk seriyası 5 iyul 2014-cü ildə göstərilməsi, digər seriyalar hər ayın 1-ci və 3-cü şənbə günləri yayımlanması nəzərdə tutulmuşdur.[25] Yeni animedə Kotono Mitsuişi Usaqi Tsukinonu, Hisako Kanemoto Ami Mizunonu, Rina Sato Rey Hino, Ami Koşimizu Makoto Kinonu, Şizuka İto Minako Aynonu, Ai Maeda Seylor Plutonu, Misato Fukuen Çibiusanı, Kendzi Nocima Mamoru Çibanı, Ryo Hirohaşi Lunanı və Yohei Obayaşi Artemisi səsləndirir.[26] 30 apreldə Toei Animation animenin ilk mövsümün 26 seriyadan ibarət olacağını və video paylaşım saytı olan Niconico-da 12 müxtəlif dildə subtitrı ilə göstəriləcəyini təsdiqləmişdir.[27] Həmçinin 2-ci mövsümdə Ölüm Həvarilərinin və Xarici Seylor döyüşçülərinin (Seylor Uran, Seylor Neptun və Seylor Saturn) yer alacağı bildirilmişdir.[28]
28 sentyabr 2015-ci ildə animenin III mövsümü və mövsümün "Sonsuzluq" hekayəsinin əsasında işlənmiş Ölüm həvariləri arkı haqqında olacağı təsdiqlənmişdir.[29][30][31] Munehisa Sakaini əvəzləyən Çiaki Konu animenin yeni rejissoru olmuşdur. Yeni seyülər 27 yanvar 2016-cı ildə açıqlanmışdır: Cunko Minaqava Haruka Tenno kimi, Sayaka Ohara Miçiru Kayo kimi, and Yukiyo Fucii Hotaru Tomoe kimi.[32] Üçüncü mövsümün yayımlanmasına 3 aprel 2016-cı ildən başlanılacaqdır[33] Mövsümün ilk seriyası 6 mart 2016-cı ildə Tokiodakı Animate Ikebukuro mağazasında keçirilən xüsusi tədbirdə nümayiş olunmuşdur.[34] Üçüncü mövsüm 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ilə kimi yayımlanmışdır.[35]
Beynəlxalq istehsal və yayım
redaktə2014-cü ilin mayında Viz Media bu yeni animeni Şimali Amerikada ingiliscə "Sailor Moon Crystal" adı ilə yayımlamaq üçün lisenziya almışdır.[36] İngiliscə versiyası 5 iyul 2014-cü ildə Hulu və Neon Alley-də göstərilməyə başlamışdır. Eyni zamanda Crunchyroll animeni yayımlamağa başlamışdır.[37] Los-Ancelesdə keçirilən 2014 Anime Ekspo sərgisində Viz Media-nın marketinq direktoru Şarlin İnqram 1992-1997-ci illərdəki "Seylor Mun" animesini dublaj edən heyət yeni animedə də bu işlə vəzifələndirəcəyini bildirmişdir. Bu xəbər Bostonda keçirilən 2015 Anime Ekspo sərgisində təsdiqlənmişdir.[38][39] 28 noyabr 2014-cü ildə Madman Entertainment "Sailor Moon Crystal"ı Yeni Zelandiya və Avstraliyada yayımlama hüququ əldə etdiyini açıqlamışdır.[40] "Sailor Moon Crystal" animesinin Viz Media tərəfindən hazırlanmış ingiliscə dublajı 2015-ci ilin 20 noyabrından Neon Valley və Hulu-da yayımlanmışdır.[41]
Media
redaktəEv buraxılışı
redaktə"Sailor Moon Crystal"-ın ilk iki mövsümü Yaponiyada 13 Blu-ray boks-seti şəklində yayımlanmışdır. Hər cildə iki seriya daxil idi. Əvvəlcə məhdud nəşr yayımlanmışdır. Normal DVD və Blu-ray nəşrləri bir ay sonra — növbəti məhdud nəşrin yayımlanması ilə eyni tarixdə buraxılmışdır. İlk məhdud nəşr (Blu-ray) 15 oktyabr 2014-cü ildə satışa buraxılmışdır.[10][11][12]
Musiqi
redaktəAnime serialı üçün musiqiləri Yasuharu Takanaşi bəstələyir. İlk mövsümdə iki parça mahnıdan istifadə olunmuşdur. Açılış mahnısı "Moon Pride", bağlanış mahnısı isə "Gekkō" (月虹?, azərb. "Ay yayı") adlanır. Hər iki mahnı Momoiro Clover Z musiqi qrupu tərəfindən ifa olunmuşdur.[42][43] Üçüncü mövsüm üçün isə 4 parça mahnıdan istifadə olunur: 1 açılış mahnısı və 3 bağlanış mahnısı. Açılış mahnısı "New Moon ni Koishite" (ニュームーンに恋して, Nyū Mūn ni Aishite?, azərb. "Yeni Ayla aşiq ol") mahnısının üç versiyası səsləndirilmişdir. Birinci versiya Etsuko Yakuşimaru, ikinci versiya Mitsuko Horie və üçüncü versiya Momoiro Clover Z tərəfindən oxunur. İlk bağlanış mahnısı olan "Eternal Eternity" (azərb. "Əbədi sonsuzluq") mahnısı Seylor Uran və Seylor Neptunun səsləndiriciləri Cunko Minagava və Sayaka Ohara ifa olunur. İkinci bağlanış mahnısı "Otome no Susume" (乙女のススメ?, azərb. "Qız məsləhəti") Çibiusanın seyyusu Misato Fukuen tərəfindən oxunur. Üçüncü və sonuncu bağlanış mahnısı "Eien Dake ga Futari wo Kakeru" (永遠だけが二人をか?, azərb. "Əbədiyyət ikisini birləşdirir") Mamoru Çibanın səsləndiricisi Kenci Nocima tərəfindən ifa olunur.[44]
"Moon Pride" sinqlının iki nəşri var. "Sailor Moon Edition" CD və Blu-raydan (4 trek), "Momoclo Edition" ancaq CD-dən (altı trek) ibarətdir. Anime serialının orijinal saundtrekinə Yasuharu Takanaşi tərəfindən bəstələnmiş 54 mahnı daxildir.
Qəbul
redaktəAnime serialının ilk seriyasını yayımlandığı ilk gündə Niconico-da 1 milyondan çox nəfər izləmişdir.[45]
İstinadlar
redaktə- ↑ 1 2 Mohajer-Va-Pesaran, Daphne. "Happy birthday, Sailor Moon!". The Japan Times. July 3, 2013. July 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2014.
- ↑ "Sailor Moon Crystal Anime Confirmed for 26 Episodes". Anime News Network. April 30, 2014. January 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ "New Sailor Moon Anime by Toei to Premiere in July". Anime News Network. January 19, 2014. July 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2014.
- ↑ "New Sailor Moon Anime's Producer: Not Remaking 1st Anime". Anime News Network. January 9, 2014. October 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2014.
- ↑ 『美少女戦士セーラームーン』新作アニメシリーズ『ニコニコ動画』にて全世界同時配信決定! (Press-reliz) (Japanese). Toei Animation. January 10, 2014. March 28, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ 美少女戦士セーラームーン Crystal 公式ファーストビジュアルブック (Japanese). Kodansha. August 22, 2014. 33–34.
- ↑ [sailormoon-official.com/animation/story/ "アニメ:ストーリー"] (#bad_url). Pretty Guardian Sailor Moon 20th Anniversary Project (Japanese). İstifadə tarixi: July 11, 2014.
- ↑ Komatsu, Mikikazu. ""Sailor Moon Crystal" 1st Episode Advance Screening to be Held on June 30". Crunchyroll. May 27, 2014. January 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ "New Sailor Moon's Premiere Event Excludes Men — Unless Accompanied by Women". Anime News Network. May 23, 2014. May 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ 1 2 "セーラームーンCrystalのBDは、オルゴールが付く豪華版". Natalie (Japanese). Natasha Inc. July 5, 2014. June 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2014.
- ↑ 1 2 "アニメ「美少女戦士セーラームーンCrystal」DVD(通常版)第1巻" (Japanese). Toei Animation. August 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2014.
- ↑ 1 2 "アニメ「美少女戦士セーラームーンCrystal」Blu-ray(初回限定豪華版)第1巻" (Japanese). Toei Animation. July 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2014.
- ↑ "Viz Licenses New Sailor Moon Crystal Anime". Anime News Network. May 16, 2014. May 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2014.
- ↑ Spangler, Todd. "'Sailor Moon Crystal' Anime Series Coming to Hulu". Variety. Reed Business Information. June 19, 2014. August 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ "VIZ MEDIA PREMIERES ANTICIPATED SAILOR MOON CRYSTAL ANIME SERIES ON NEON ALLEY AND HULU ON JULY 5TH" (Press-reliz). San Francisco, California: Viz Media. June 19, 2014. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ Luster, Joseph. "Crunchyroll to Stream "Sailor Moon Crystal" Anime". Crunchyroll. May 26, 2014. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2014.
- ↑ "VIZ MEDIA CELEBRATES SAILOR MOON DAY AT 2014 ANIME EXPO" (Press-reliz). San Francisco, California: Viz Media. June 17, 2014. October 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2014.
- ↑ "Sailor Moon Manga Gets New Anime in Summer 2013". Anime News Network. July 6, 2012. October 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2012.
- ↑ Zahed, Ramin. "New 'Sailor Moon' Reboot Arrives in 2013". Animation Magazine. July 6, 2012. July 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2012.
- ↑ 1 2 "New Sailor Moon Anime to Stream Worldwide This Winter". Anime News Network. August 4, 2013. May 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2013.
- ↑ "New Sailor Moon Anime Delayed – News". Anime News Network. September 6, 2013. May 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2013.
- ↑ "New Sailor Moon Anime by Toei to Premiere in July – News". Anime News Network. January 9, 2014. July 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 14, 2014.
- ↑ "Sailor Moon Website's Animation Page Opens a Countdown – News". Anime News Network. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2014.
- ↑ "2014's New Sailor Moon Crystal Anime's 1st Image, Story Intro Posted Online – News". Anime News Network. 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2014.
- ↑ "Kotono Mitsuishi Leads New Sailor Moon Crystal Anime Cast". Anime News Network. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2014.
- ↑ Mammano, Michael. "The Sailor Moon Reboot: What We Know and What to Expect". Den of Geek. July 4, 2014. October 7, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 14, 2014.
- ↑ "Sailor Moon Crystal Anime Confirmed for 26 Episodes". Anime News Network. 2014-04-30. 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
- ↑ "Sailor Moon Crystal Gets 3rd Season on Death Busters". Anime News Network. 2015-09-28. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ "A new season of Sailor Moon Crystal has been announced and will feature Sailor Uranus, Neptune and Saturn". Sailor Moon News. 2015-09-28. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ "Sailor Moon Crystal' Anime Series Confirmed For Third Season". TechTimes. 2015-09-28. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ "Sailor Moon Crystal Gets 3rd Season on Death Busters". Anime News Network. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2016.
- ↑ ""Sailor Moon Crystal: Death Busters Arc" Cast Additions Introduced". Crunchyroll. 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2016.
- ↑ "Sailor Moon Crystal 3rd Season's Premiere Date, Theme Songs Revealed - News". Anime News Network. 2016-03-07. 2016-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-07.
- ↑ "The first episode of the Infinity Arc of Sailor Moon Crystal will be previewed at a March 6th event". Sailor Moon News. 19 February 2016. 18 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
- ↑ "Sailor Moon Crystal 3rd Season's Premiere Date, Theme Songs Revealed - News". Anime News Network. 2016-03-06. 2016-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
- ↑ "Viz Licenses New Sailor Moon Crystal Anime". Anime News Network. 2014-05-16. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ "Crunchyroll to Stream Sailor Moon Crystal". Anime News Network. 2014-05-24. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ Mammano, Michael. "Sailor Moon Blu-ray/DVD Details, Voice Cast, and Release Date". Den of Geek. DoGTech. July 7, 2014. April 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2014.
- ↑ "Viz Media Reveals More English Dub Cast for Sailor Moon R Anime". Anime News Network. 2015-04-03. 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ "Madmen Entertainment Acquires Sailor Moon Series and Sailor Moon Crystal". Anime News Network. 2014-11-28. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ "Viz Media Reveals English Voice Cast for Sailor Moon S Villains". Anime News Network. 2015-10-11. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
- ↑ [sailormoon-official.com/animation/news/crystal_2.php "『美少女戦士セーラームーンCrystal』トレーラー映像、ルナ・タキシード仮面のキャスト、主題歌が解禁!"] (#bad_url). Pretty Guardian Sailor Moon 20th Anniversary Project (Japanese). April 27, 2014. İstifadə tarixi: 6 aprel 2016.
- ↑ "ももクロ「セーラームーン」新アニメの主題歌を担当だZ". Natalie (Japanese). Natasha, Inc. July 9, 2012. October 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
- ↑ "Sailor Moon Crystal 3rd Season's Premiere Date, Theme Songs Revealed". Anime News Network. March 6, 2016. 2016-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
- ↑ "Sailor Moon Crystal Gets 1 Million Views on Niconico in 2 Days". Anime News Network. July 8, 2014. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
Xarici keçidlər
redaktə- sailormoon-official.com/animation — Rəsmi saytı