Sahib Ehmedov - Wikipedia
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist.
Sahib Əhmədov | |
---|---|
Sahib Bəylər oğlu Əhmədov | |
Doğum tarixi | 1 iyul 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 2019 |
Vəfat yeri | |
Elm sahəsi | zoologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
İş yerləri | |
Təhsili | |
Mükafatları | AMEA Rəyasət Heyətinin fəxri fərmanı |
Həyatı
redaktəƏhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir.
1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır.
1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. O Ukrayna Elmlər Akademiyası Zoologiya İnstitutunda Zoologiya muzeyinin direktoru Nikolay Şerbakın rəhbərliyi ilə "Zaqafqaziyanın ssink kərtənkələləri" mövzusunda dissertasiya işi işləməyə başlayır. 1992-ci ildə Türkmənistan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1978–1992-ci illər ərzində Zoologiya İnstitutunda aspirant, baş laborant, kiçik elmi işçi vəzifələrində işləmişdir. Bu müddət ərzində 30-dan artıq elmi məqalənin, 100-dən artıq elmi populyar məqalənin, 1 kitabın müəllifi olmuşdur.
O 1992–1993-cü illərdə Bakı şəhər Xətai rayonun 287 saylı Gələcək Zəkalar məktəbində biologiya müəllimi işləmişdir. 1994–2004-cü illərdə Bakı şəhər Nizami rayonundakı kimya-biologiya təmayüllü respublika litseyində biologiya müəllimi işləmişdir.
2004-cü ilin sentyabr ayından Xətai rayonundakı Heydər Əliyev adına liseydə müəllim işləyir[mənbə göstərin]. Sahib Əhmədov 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri vəzifəsinə seçilmişdir və hal-hazırda həmin vəzifədə işləyir.
Elmi fəaliyyəti
redaktəO, 1979–1992-ci illərdə Azərbaycanın müxtəlif sürünən növlərinin, o cümlədən Cənubi Qafqazın parlaq kərtənkələlər (Sincidae) fəsiləsinin sistematikası, yayılması, bioekologiyası və qorunmasına aid tədqiqatlar aparmışdır. S. B. Əhmədovun tədqiqatları sübut edir ki, bu fəsilədən olan Qızılı mabuya (Mabuya aurata L.,1758) növünün Cənubi Qafqazda yayılmış yarımnövü –Mabuya aurata septemtaeniata digər yarım növlərdən növ səviyyəsində ciddi fərqlənir. Sonralar (1985–2000) əcnəbi alimlərin Şimali avroasiyanın sürünənlər faunasının taksonomiyasını daha dəqiq kriteriyalara (morfoloji əlamətlər və DNT analizinə) görə yenidən dəyişdirdikdə bu yarımnövü məhz yeni növ kimi göstərdilər. Yuxarıda göstərilən həmin Mabuya aurata septemtaeniata yarım növü indi növ statusu alaraq Trachylepis septemtaeniata (Reuss,1834), yarımnöv isə T.s.transcaucasica (Chernov,1926) kimi adlandırıldı. S. B. Əhmədovun rəhbərliyi altında Zoologiya İnstitutunun Herpetologiya laboratoriyasının elmi əməkdaşları Azərbaycanda amfibilər və reptilililər faunasının növ tərkibi, coğrafi yayılması, həyat tərzi, çoxalma biologiyasını tədqiq etməkdə davam edirlər. 2006–2016-cı illərdə Herpetologiya laboratoriyasının elmi əməkdaşları tərəfindən 4 elmi tədqiqat mövzusu yerinə yetirilmişdir. S. B. Əhmədov hal-hazırda "Azərbaycanda yayılan kərtənkələlərin sistematikası, bioekologiyası və zoocoğrafi analizi" mövzusunda doktorluq dissertasoiyası üzərində işləyir. S. B. Əhmədovun 50-ə yaxın elmi əsəri çap olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə zoologiya ixtisası üzrə dosent elmi adı almışdır. T. R. Əliyev və S. B. Əhmədovla birlikdə yazdığı "Onlar yaşamalıdır" adlı elmi – populyar kitabçası 1988-ci ildə çap olunmuşdur . Herpetologiya laboratoriyasının elmi əməkdaşları S. B. Əhmədov, F. R. Qəniyev və BDU-nun müəllimi S. Q. Cəfərova Azərbaycan faunasının Qırmızı kitabının 2013-cü ildə ikinci nəşrinin suda quruda yaşayanlar və sürünənlər bölməsini yazaraq çap etdirmişlər . Herpetologiya laboratoriyasının əməkdaşları tərəfindən Azərbaycan faunasının Qırmızı kitabının II nəşrinə daxil edilən 6 növ suda-quruda yaşayan və 14 növ sürünən barədə məlumatlar yazılmışdır. Bu nəşrdə suda-quruda yaşayanlar faunası üçün yeni növ olan (Bufo eichwaldi) 4 növ sürünən : Ablepharus pannonicus, Zamenis persicus, Zamenis hohenckeri, Elafe sauromates adlarının salınması tövsiyə edilmişdir.
Xarabalıq kələzinin Cəbrayıl, Lerik və Yardımlı rayonlarında yeni yayılma əraziləri tapılmışdır. S. B. Əhmədov və T. M. İsgəndərov tərəfindən Xarabalıq kələzinin Lerik rayonunun ərazisində dəniz səviyyəsindən 1650 m, Yardımlı rayonun ərazisində isə dəniz səviyyəsində 1600 m hündürlüyündə yayıldığı müəyyən olunmuşdur. Ilk dəfə Lerik rayanunun Zuvand adlanan ərazisində dəniz səviyyəsindən 1900–2200m hündürlükdə, Yardımlı rayonunun Avas, Deman və Arvana kəndləri ətrafında dəniz səviyyəsindən 1600 m hündürlükdə zolaqlı çılpaqgöz (Ablepharus bivittatus Men.et.1832) yayılmış və onun bioekoloji xüsusiyyətləri tədqiq edilmişdir.
S. B. Əhmədov tərəfindən Takırlıq girdəbaş kərtənkələsi isə son 100 ildə ilk dəfə Zuvandda qeyd olunmuşdur. Cənubi Qafqaz təlxəsi (Zamenis hohenockeri str.1873) növünün yeni yaşayış yeri və ekoloji xüsusiyyətləri zolaqlı çılpaqgöz (Ablepharus bivittatus Menet.1832) yayılması və bioekoloji xüsusiyyətləri, Asiya çılpaqgözlüsünün (Ablepharus pannonicus Licnt 1823) növdaxili coğrafi dəyişkənliyi, çəmən kərtənkələsinin morfometrik və bioekoloji xüsusiyyətləri tədqiq edilmişdir. S. B. Əhmədov tərəfindən Cənubi Qafqazda yayılmış Ön Asiya mabuyası –Trachylepis septemtaeniata, Reus 1834 və Şneyder uzunayaqlısı – Eumeces schneyderi, Daudin 1802 növlərinin sistematikası və bioekologiyası da geniş tədqiq edilmişdir. S. B. Əhmədovun rəhbərliyi altında Herpetologiya laboratoriyasının elmi əməkdaşları 2011–2016-cı illərdə Azərbaycanın şimali şərq və şərq hissəsində amfibilərin və repitililərin bioekoloji xüsusiyyətləri və növ müxtəlifliyi tədqiq edilmişdir.
2014-cü ildə S. Q. Cəfərova, S. B. Əhmədov, S. N. Bünyatova, S. Ə. Əsgərova ilə birlikdə Azərbaycanda yayılmış suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi. Bakı 2014 çap olunmuşdur. S. B. Əhmədov Azərbaycan respublikası Milli Coğrafi Atlas. Bakı 2014 suda quruda yaşayanlar və sürünənlər zoocoğrafiyasının yazılmasında, onun xəritələrinin tərtibində müəllif kimi iştirak etmişdir.
Mükafatları
redaktə- AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.
Kitabları və monoqrafiyaları
redaktə- Əhmədov S. B. Onlar yaşamalıdırlar. / Əliyev T. R. // Azərnəşr 1988, s.72.
- Azərbaycanın Qırmızı kitabı II nəşr Bakı, 2013.
- Əhmədov S. B. Azərbaycanda yayılan suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi. /Cəfərova S. Q., Bünyatova . N., Əsgərova S. Ə. // AzTU-nun mətbəəsi, Baki, 2014, s. 145.
Elmi əsərləri
redaktə- Ахмедов C. Б. К распространению и экологии золотистой мабуи Mabuya aurata L.1758 (Reptilia, Sauria, Scinidae) в Закавказье. //Изв. AH. Азерб. ССР сер. биол. наук № 5, 1981. Издателство "ЭЛМ".
- Əhmədov S. B. Diridağın bitki və heyvanat aləmi. /Quliyev İ. Ə. // Azərbaycan təbiəti № 4.1982.
- Ахмедов C. Б. К систематика золотистой мабуи Закавказья и Средней Азии. // Вестник зоологии № 2 1983. Научный журнал института Зоологии AH. Украинской ССР. Изд. "Наукова думка"
- Əhmədov S. B. Sürünənlər ilk quru onurğalılardır. / Əliyev T. R. // Azərbaycan təbiəti № 2.1983.
- Əhmədov S. B. Naxçıvan MSSR-in nadir sürünənləri və onların qorunmasına dair materiallar. / Əliyev T. R., Qəniyev F. R. // Azərbaycan Elmlər Akademiyasının xəbərləri, biologiya elmləri seriyası № 6,1983
- Əhmədov S. B. Qızılı mabuya və uzunayaq sinkin Zaqafqaziyada təsərrüfat əhəmiyyəti. // Kənd həyatı jurnalı № 11.1984
- Ахмедов C. Б. Распространение и биология полосатого гологлаза (Ablepharus Bivittatus) в Азербайджане и прилегающих районах Армении.//Вопросы герпетологии Щестая всесойузная герпетологическая конфереция Ташкент 1985. Изд. "Наука" 1985.
- Ахмедов C. Б. Географическая изменчивость и внутривидовая систематика золотистой мабуи (sauria, scinidae). // Вестик зоологии № 5 1987. Научный журнал института Зоологии AH. Украинской ССР. Изд. "Наукова думка"
- Əhmədov S. B. Azərbaycanın sinantrop sürünənləri. /Əliyev T. R.// Azərbaycan təbiəti № 2. 1987
- Ахмедов C. Б. Новые данные по герпетофауне югевосточной части Азербайджане. /Алийев Т. Р. Гасанов Н. Б. // Изв. AH. Азерб. ССР сер. биол. Наук № 5, 1988. Издателство "ЭЛМ"
- Ахмедов C. Б. К вопросу о распределении и численности руинной агамы и такырной круглоголовки в Азербайджане. / Софиева Н. В. // Всесоюз. Совещ. По проблемам кадастра учета живот мира. Уфа 1989
- Ахмедов C. Б. К вопросу о вертикальном распределение ящериц Большого Кавказского хребта и пределах Азербайджана. // Вопросы герпетологие Седьмая всесойузная герпетологическая конференция. Киев 1989. Изд. "Наука думка"
- Ахмедов C. Б. Новая находка Закавказского полоза (Elaphe hohenackeri str.) // Вестник зоологии№ 6 1989. Научный журнал института Зоологии AH. Украинской ССР. Изд. "Наукова думка"
- Ахмедов C. Б. Систематика и географическая изменчивост длинноногого сцинка-Eumeces schneideri (sauria, scinidae). / Щербак Н. Н. // Вестник зоологии № 1 1990. Научный журнал института Зоологии AH. Украинской ССР. Изд. "Наукова думка"
- Əhmədov S. B. Heyvanların mühafizəsi dərnəyinin nümunəvi tematik plan və proqramı V–VII siniflər üçün tədris vəsaiti. / Tağıyeva İ. A. // Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Tərbiyə və təcrübəçilik mərkəzi. Bakı 2003.
- Ахмедов C. Б. К распространению и некоторым экологическим особенностям Закавказского полоза (Elaphe hohenackeri str. 1873) в Азербайджане. // AMEA Zoologiya İnstitutunun 70 illiyinə və akad. M. Ə. Musayevin 85 illik yubileyinə həsr olunmuş. Zoologiya İns-nun əsərləri XXVIII cild məqalələr toplusu Bakı Elm, 2006-cı il.
- Əhmədov S. B. Azərbaycanın işğal olunmuş ərazilərində yayılmış suda-quruda yaşayanların və sürünənlərin müasir vəziyyəti. // Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi "Akademik Həsən Əliyev və Azərbaycanda ekologiya elmi" mövzusunda elmi-praktik konfransın təzisləri. 2007.
- Əhmədov S. B. Suda-quruda yaşayan və sürünən heyvanlar. // Elm və həyat jurnalı № 2.2008.
- Ахмедов C. Б. К распространению и биологическим особенностям полосатого гологлаза (Ablepharus bivittatus Men. 1832) в Закавказье. // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri I cild 2008.
- Əhmədov S. B. Azərbaycanda ikixallı turağayın (Melonocorupha bimaculata Men.1830 Passeriformes, Alaudidae) yayılması və ekologiyasına dair. // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri I cild 2008.
- Əhmədov S. B. Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri və quru onurğalıları ilə zəngin biomüxtəlifliyə malik sahələri Tablo. / Yusifov E. F., Babayev J. R., Kərimov T. A., Quliyev Q. N. // AMEA Zoologiya İnstitutu 2008.
- Əhmədov S. B. Azərbaycanın heyvanlar aləmi suda-quruda yaşayanlar (Amphibia) Tablo. / Yusifov E. F., Qəniyev F. R. // AMEA Zoologiya İnstitutu 2009.
- Əhmədov S. B. Azərbaycanın heyvanlar aləmi sürünənlər sinfi (Reptilia) Tablo. / Yusifov E. F., Qəniyev F. R // AMEA Zoologiya İnstitutu 2009.
- Ахмедов C. Б. Географическая изменчивость и внутривидовая систематика азиатского гологлаза Ablepharus Pannonicus licht. 1823. (Sauria, scincidae) // Azərbaycan Respublikası, Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri II cild. Bakı- "Elm"-2010
- Əhmədov S. B. Azərbaycan çöl turağayının Melanocotypha Calandra L. (Passeriformes, Alaudae) yayılması və biologiyasına dair. // Azərbaycan Respublikası, Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri II cild. Bakı- "Elm"-2010.
- Əhmədov S. B. Lənkəran təbii vilayətində sürünənlərin (Reptilia) landşaftlar və biotoplar üzrə paylanması. / Bünyatova S. N. // Azərbaycan Respublikası, Zoologiya İnstitutunun əsərləri II cild. Bakı- "Elm"-2010.
- Ахмедов C. Б. Некоторые данные об отношении длинноногого сцинка к температурным условиям среды. / Новрузов Н. Э.// Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, Cild 4, № 2, Bakı, 2012.
- Ahmedov S. B. Additions to the distribution of Viper eriwanensis (Serpentes: Viperidae)in Transcaucasia, with comments on identify of vipers in northeasthern Azerbaijan. / Kukushkin O., İskenderov T., Bunyatova S., Zinenko A // Herpetology Notes, Volume 5, 2012.
- Əhmədov S. B. Azərbaycanda çəmən kərtənkələsinin (Darevskia praticola Eversmann, 1834; Sauria, Lacertidae) morfometrik və bioekoloji xüsusiyyətləri). // AMEA Zoologiya İnstitutunun əsərləri, cild 30, № 1, Bakı, 2012.
- Ахмедов C. Б. Экологический анализ герпетофауны (Sauria, Serpentes) Талыша. / Бунятова С. Н., Джафаров А. Р. // Известия Самарского научного центра Российской академии наук, Т.14, № 1, 2012.
- Ахмедов C. Б. Некоторые данные по морфологии и биологии Ophisopselegans в восточном Азербайджане. / Новрузов Н. А. // Zoologiya İnstitutunun əsərləri, Baki, cild 31, № 2, 2013.
- Əhmədov S. B. Azəbaycanin amfibilər (amphibia) və reptililər (reptilia) faunasinin taksonomik spektrləri. / İsgəndərov T. M. // AMEA Zoologiya İnstitutunun əsərləri cild 31, № 1, 2013.
- Ахмедов C. Б. Новый вид из рода средиземноморской черепахи Testudo (Linnaeus, 1758) для герпетофауны Азербайджана. / Искендеров Т. М., Новрузов Н. А., Бунятова С. Н., Гасымова Г. Х. // Амурский зоологический журнал. V(4), 2013.
- Əhmədov S. B. Azərbaycan Respublikasının Milli Atlası Suda-quruda yaşayanlar və sürünənlər. // Bakı, 2014
- Ахмедов C. Б. Некоторые аспекты экологии синтопичных ящериц восточного Азербайджана. / Новрузов Н. Э. // AMEA Zoologiya institutunun əsərləri, Bakı, Elm, 2014
- Əhmədov S. B. Azərbaycanda herpetofaunanın öyrənilməsi tarixi (Xronoloji icmal, nəticələr və perespektivlər). / T. M. İsgəndərov // AMEA Zoologiya institutunun əsərləri, Bakı, Elm, 2014.
- Ахмедов C. Б. Беспозвоночные в питании ящериц. / Новрузов Н. Э. // AMEA Zoologiya institutunun əsərləri, Bakı, Elm, 2015.
- Ахмедов C. Б. К изучению герпетофауны (Amphibia:Anura; Reptilia:Testudines, Sauria, Serpentes) биоценозов Дивичинского лимана Каспийского моря. / Новрузов Н. Э., Бунятова С. Н., Гасымова Г. Х. // Вестник МГОУ, 4 выпуск, 2015.
- Ахмедов C. Б. К распространению биоэкологическим особенностями Азиатского гологлаза – Ablepharus pannonicus Zicht.1823 (Suria, Scincidae) в Закавказье. // AMEA Zoologiya institutunun əsərləri, Bakı, Elm, 2015
- Ahmedov S. B. Morphometrics and polimorphism in populations of Rana macrocnemis Boulenger, 1885 in the Azerbaijan part of the Major Caucasus (Anura: Ranidae)". / Gasimova G. H. // Journal of Entomology and Zoology Studies 2015; 3 (3): 128–131
- Ахмедов C. Б. Новые данные по распространению гадюки Лотиева (Peliaslotiyevi) на Кавказе //Краткий сообщение. / Искендеров Т. М., Бунятова С. Н. // Зоологический журнал, Инст. Зоологии НАН РФ, Санкт-Петербург.
- Ахмедов C. Б. О находках гадюки Лотиева (Pelias lotiyevi) в Азербайджане. / Искендеров Т. М. // AMEA Zoologiya institutunun əsərləri, cild 33, № 2, səh. 144–149, Bakı, Elm, 2015.
- Ахмедов C. Б. К изучению герпетофауны (Amphibia, Reptilia) аридных сенозов Восточного Азербайджана. / Гасымова Г. Х., Новрузов Н. Э., Джафаров А. Р. // Çapa təqdim edilmişdir.