Sadix Bey Ferhad Bey Oglu Melik Aslanov - Wikipedia
Sadıx_bəy_Fərhad_bəy_oğlu_Məlik-Aslanov - Haqqında Məlumat
Məlumatı yoxla. |
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov (az. Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov; 1855, Tuğ , Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – ?) — dövlət qulluqçusu, kollec katibi mülki çinini daşıyırdı, maarifçi, xeyriyyəçi, mülkədar.[1]
Sadıx bəy Məlik-Aslanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Tuğ |
Dəfn yeri | Tuğ |
Həyat yoldaşı | Şərəfcahan bəyim |
Uşaqları |
Bahadur bəy, Füruzə xanım, Rəxşəndə xanım, Fərhad bəy, Sara xanım |
Atası | Hacı Fərhad bəy |
Anası | Xatay xanım |
Milliyyəti | Azərbaycanlı |
Həyatı
redaktəSadıx bəy 1855-ci ildə Tuğ kəndində anadan olub.
Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Qarabağda və Zəngəzur mahalında nüfuzlu şəxs idi.
İlk təhsilini kənd mollaxanasında almışdı.[2] Sonra rus-müsəlman məktəbində təhsilini davam etdirmişdi.[2]
Fəaliyyəti
redaktə- 1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) qardaşı Mehdi bəy Məlik-Aslanov ilə birlikdə o dövr üçün müasir hesab edilən Rus-Avropa tipli məktəbi Tuğ kəndində yaradıb açılar.[3][4]
Həmin məktəb Sadıx bəyin evində yerləşirdi və binanın girəcəyində daş lövhənin üzərində "1883 год" ("1883 il") yazısı var idi. Təəssüf ki, işğal zamanı bu ev tamamilə dağıdılıb.
Məktəbin fəaliyyəti nəinki Qarabağda, hətta bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verir. Məlik-Aslanov qardaşları məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərirdilər.[5][6]Tuğ məktəbinin müəllimləri, məzunları bütövlükdə Qarabağda, maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə əyalətdə deyil, keçmiş imperiya miqyasında və Sovet İttifaqında adlı-sanlı şəxslər oldular. - 1893-cü ildən dövlət idarələrində xidmət etmişdi. Cəbrayıl qəza idarəsində II dərəcəli dəftərxana qeydiyyatçısı kimi işə başlamışdı.
- 1895-ci ildən Cavanşir qəzasında çalışmışdı.
- 1896-cı ildən Yelizavetpol (indiki Gəncə) quberniyası Zəngəzur Polis idarəsində tərcüməçi işləmişdi. Sonra Zəngəzur qəzasının Minkənd nahiyəsində polis pristavı kimi xidmət etmişdi.[1]
- 1906-cı ildən 2-ci bölməyə məhsus olan Xanazax kəndində rəhbərlik etmişdir.
- Şuşa Rayon Polis Şöbəsində 3-cü Polis Bölməsinin rayon polis Pristavı vəzifəsində xidmət edib.[1]
Ailəsi
redaktə- Həyat yoldaşı: Şərəfcahan bəyim (? – 1946) — Pirəhmədli kəndinin sahibi Mustafa ağa Cavanşirin qızı.
- Övladları: Bahadur bəy, Füruzə xanım (1894,Tuğ – 1956,Bakı), Rəxşəndə xanım (1897,Tuğ – 09.05.1962,Bakı), Fərhad bəy (1899,Tuğ – 17.07.1971,Bakı), Sara xanım.
- Sadıx bəyin qızı Rəxşəndə xanım Georgi xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun oğlu Əsgərxan bəyin (1886 – 1966) həyat yoldaşı idi.
Həmçinin bax
redaktəMənbələr
redaktə- Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
- N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 28 ISBN 5-86871-204-4
- E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 165 ISBN 9952-25-001-0
- Mirzə Rəhim Fəna — 1905-ci il hadisəsi. Bakı, "Nurlan", — 2009, səh. 122–123
- Ənvər Çingizoğlu. Tuğ, "Soy" dərgisi, 12 (32), Bakı. 2009
- И. Алибегов. Елизаветпольские кровавые дни перед судом общества
İstinadlar
redaktə- ↑ 1 2 3 Ənvər Çingizoğlu — "Qarabağlı difaiçilər" Tarixi-ensiklopedic tədqiqat, Bakı-Mütərcim-2021, səh. 124–126
- ↑ 1 2 Ənvər Çingizoğlu. “Qarabağda maarif" (1750–1950). Bakı, “Zərdabi LTD” MMC, 2013, səh. 278 ISBN 978-9952-460-29-2
- ↑ İctimai TV. "Tuğdan xüsusi reportaj…" (az.). Youtube.com. Apr 20, 2021. June 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2021.
- ↑ "Bəxtiyar Qaraca. Bir kəndin övladları". 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03. Azərbaycan. 2010.18 dekabr. səh. 6
- ↑ Hüseyn Əhmədov — "XIX əsr Azərbaycan məktəbi" kitabı, Bakı, 1972
- ↑ İctimai TV. "Xocavəndin işğaldan azad edilmiş Tuğ kəndindən reportaj" (az.). Youtube.com. 15.11.2020. İstifadə tarixi: 2020-11-15.