Sadiq Bey Cavansir - Wikipedia
Sadıq bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir — Qarabağ atlı alayının naibi.
Sadıq bəy Cavanşir | |
---|---|
Sadıq bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şərifbəyli, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı |
Vəfat yeri | Mirzəcamallı |
Uşaqları | Rüstəm bəy, Həsənxan bəy, Hüseynxan bəy və Tağı bəy |
Atası | Məhəmmədxan bəy Hacılı-Cavanşir |
Həyatı
redaktəSadıq bəy Məhəmmədxan bəy oğlu 1786-cı ildə Qarabağın Cavanşir-Dizaq mahalının Şərifbəyli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Cavanşir-Dizaq mahalının darğası olmuşdu. Xanlıq ləğv olunandan sonra Sadıq bəy rus üsul-idarəsində məmur işləmişdi. II Rus-İran savaşları başlayanda Qasım bəy İrana Mehdiqulu xanın yanına qaçmış, qardaşı Mirzə Camalın tutulmasını eşidib, geri dönmüşdü. Rus hakimiyyəti onu bağışlamış, mülkünü qaytarmışdı.
Sadıq bəy Cavanşir 1828-ci ildə Qarabağ atlı alayında xidmət etmişdi. Alayın 3-cü yüzlüyünün naibi idi. Praporşik rütbəsi almışdı. Sadıq bəyin törəmələri Vəzirov soyadını daşıyırlar.
Sadıq bəyin Rüstəm bəy, Həsənxan bəy, Hüseynxan bəy və Tağı bəy adlı oğulları vardı.
Mükafatlar
redaktəSadıq bəy Cavanşir 1829-cu ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Həmçinin bax
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |