Sabirabad Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1986 |
Mövzu | Tarix |
Kolleksiyası | 6000 eksponat |
Muzeyə yetişmək | İlham İsgəndərov, 14, Sabirabad, AZ5400 |
Telefon | (+994 2123) 5-65-22 |
Muzeyin tarixi
redaktəMuzey 1980-ci ildə H.Əliyevin Azərbaycanın rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncamından sonra açılmışdır.Bundan öncə isə 1978-ci ildə “Döyüş şöhrəti” otağı kimi fəaliyyət göstərmiş,onun açılış mərasimində ulu öndər H.Əliyev də iştirak etmiş və fəxri kitaba öz ürək sözlərinin yazmışdır.[1]
Muzey fondu
redaktə480kv metr sahəni əhatə edən altı ekspozisiya zalından, iki fond otağı, iki işçi və iki foyedən ibarətdir. Muzeyin fondunda Sabirabad rayonunun antik dövrdən müasir dövrədək tarixini əhatə edən 2500 köməkçi və 6588 əsas fond materialları toplanmışdır.[2]
Muzey ekspozisiyası
redaktəMuzeyin ekspozisiyasında nəqqaşlıq,qrafika,tətbiqi incəsənət məmulatı, arxeoloji, məişət və etnoqrafik əşyalar, foto-şəkillər, sənədlər və s.milli mənəvi dəyərlər, həmçinin rayonun təbiətini, flora və faunasını əks etdirən materiallar, antik dövrə aid küp qəbir, unikal tapıntılar olan bütlər, məişətmizi, mədəniyyətmizi əks etdirən toxuculuq, tikmə və sənətkarlıq nümunələri, nümuzmatik materiallar, gil və misdən olan əşyalar və s.eksponatlar nümayiş olunur.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sabirabad Regional Mədəniyyət İdarəsi". sabirabad.mctgov.az. 2020-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Yaşayan tariximizin təkrarsız ünvanı..." anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Sabirabad Rayon Tarix-Diyarşunaslıq Muzeyi". heydaraliyev-centers.az. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
Xarici keçidlər
redaktə- "Sabirabad rayonu haqqında". sabirabad-ih.gov.az.