Sabir Rizayev - Wikipedia
Sabir Əkbər oğlu Rizayev (17 aprel 1924, İrəvan – 20 dekabr 1978, İrəvan) — ssenarist, dramaturq, sənətşünas, teatr və kino tənqidçisi. Ermənistan SSR əməkdar incəsənət xadimi (1975).[1][2]
Sabir Rizayev | |
---|---|
Doğum adı | Sabir Əkbər oğlu Rizayev |
Doğum tarixi | 17 aprel 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1978 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | film tənqidçisi, ssenarist, teatrşünas |
Fəaliyyət illəri | 1949–1978 |
Mükafatları |
Həyatı
redaktəSabir Əkbər oğlu Rizayev 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rizayev həmin vaxt Moskvada "İnostrannaya literatura" ("Xarici ədəbiyyat") jurnalının redaksiyasında "Türk ədəbiyyatı" şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş, 1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıtmış və "Kommunist" qəzetində işləmişdir. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlamışdır. Sabir Rizayev 1951-ci ildə İrəvan Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra "Armenfilm" kinostudiyasında ssenari şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir. 1965-ci ildən ömrünün sonunadək Ermənistan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləmişdir. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılmış, bir sıra monoqrafiyalar yazılmışdı.
Sabir Rizayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olmuşdu. Onun atası Əkbər Rizayev hələ İrəvan gimnaziyasında oxuyarkən "Könülsüz nikah" adlı komediyanı yazmış və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuşdu. Daha sonralar Əkbər Rizayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa etmişdir. Anası Firəngiz Rizayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olmuşdur.
Sabir Rizayev 1975-ci ildə "Ermənistan SSR Əməkdar incəsənət xadimi" adına layiq görülmüşdür. Müasir erməni sənətşünasları Sabir Rizayevi erməni kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi olmuşdur. Sabir Rizayevin qələmindən çıxan "Erməni bədii kinematoqrafiyası" (1963), "Hraciya Nersesyan" (1968), "Vardan Əcəmyan" (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilmişdir. Erməni dilini mükəmməl bilən Sabir Rizayev əsərlərini əksəriyyətini rus dilində yazmışdır.
Onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində "Ermənistanda Azərbaycan teatrı" ("Азербайджанский театр в Армении") adı altında çap olunmuşdur. İrəvandakı Azərbaycan teatrının banisi Yunis Nuri haqqında Sabir Rizayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunmuşdur.
Sabir Rizayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşmışdır. O, 20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirmiş və məruzəsini tamamlaya bilməyərək gözlərini əbədi yummuşdur. Sabir Rizayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilmişdir.
Əsərləri
redaktəÜmumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 30 kitabı çap olunmuşdur. Onlardan 15-i rusca, 14-ü ermənicə, 1-i isə azərbaycanca çap olunmuşdur. Sabir Rizayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda "Teatr və kino haqqında seçilmiş işləri" ("Избранные работы о театре и кино") adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilmişdir.
Ermənicə:
- Մաքսիմ Գորկու դրամատուրգիան հայ բեմում (Maksim Qorkinin dramaturgiyası erməni səhnəsində). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1956;
- Լենինի կերպարը հայ բեմում (Erməni səhnəsində Lenin obrazı). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1957 (tərtib edənlər: Levon Xalatyan, Sabir Rizayev);
- Արշակ Բուրջալյան. Հոդվածներ, նամակներ, ժամանակակիցները նրա մասին (Arşak Burcalyan. Məqalələr, məktublar, müasirləri onun haqqında). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı, Ermənistan Teatr Cəmiyyəti. 1959;
- Թատրոնը ժողովրդին (Xalq üçün teatr). Yerevan: Ermənistan Teatr Cəmiyyəti. 1960 (həmmüəllif);
- Վավիկ Վարդանյան (Vavik Vartanyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1962;
- Հրաչյա Ղափլանյան (Hraciya Kaplanyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1969;
- Վարդան Աճեմյան (Vardan Əcəmyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1972;
- Սոկրատ Աքմաքչյան (Sokrat Akmakçyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1973;
- Բեմական խոսքի պոետիկան (Səhnə nitqinin poetikası). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1973 (həmmüəllif);
- Պատեր անդունդի եզրին. Դրամատիկական երկեր (Uçurumun kənarında divarlar. Dramatik əsərlər). Yerevan: Hayastan, 1974 (həmmüəllif);
- Անդրկովկասի ժողովուրդների արվեստների փոխհարստացումը: Թատրոն. կինո (Zaqafqaziya xalqlarının incəsənətinin qarşılıqlı zənginləşməsi: Teatr, kino). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1976;
- Թատրոն (Teatr). Yerevan: Hayastan, 1976;
- Թատերայնություն (Teatrallıq). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1978;
- Իսահակ Ալիխանյան (İsaak Alixanyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1978 (tərtib edəni);
- Սաբիր Ռիզաև. Ժողովածու. (Sabir Rizayev. Toplu). Yerevan: Hayastan, 1981 (tərtib edəni: Qaregin Zakoyan).
Rusca:
- Армянский государственный драматический театр имени Габриела Сундукяна. Очерк. Ереван: [б. и.], 1956;
- Ленинаканский государственный драматический театр им. А. Мравяна. Ереван: [б. и.], 1956. [Соавтор];
- Драматургия М. Горького на армянской сцене. Ереван: Айпетрат, 1956;
- Армянская художественная кинематография. Ереван: Изд-во АН Арм. ССР, 1963;
- Азербайджанский театр в Армении. Баку: Азербайджанское театральное о-во, 1963;
- Со Станиславским. Ереван: Армгосиздат, 1964;
- Страницы дружбы. Баку: Азернешр, 1964;
- Театры советской Армении. Справочник. Ереван: Айпетрат, 1965;
- Режиссура в армянском театре. Ереван: Изд-во АН Арм. ССР, 1968;
- Рачья Нерсесян. Москва: Искусство, 1968;
- Взаимосвязи искусств народов Закавказья. Ереван: Изд-во Ерев. ун-та, 1972;
- Василий Вартанян. Ереван: Арм. театр. о-во, 1976
- Вардан Аджемян. Москва: Искусство, 1978;
- Деятели армянского театра о Максиме Горьком. Ереван: Арм. театр. о-во, 1980;
- Юнус Нури. Ереван: Арм. театр. о-во, 1982. [Соавтор[3]];
- Избранные работы о театре и кино. Ереван: ACNALIS, 2009.
Azərbaycanca:
- Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980 (həmmüəllif[4]).
Məqalələri
redaktə- Ризаев С.А. Из истории постановок "На дне" М. Горького на армянской советской сцене. — Известия АН АрмССР, обществ. науки, 1955, № 7, с. 3–21;
- Ризаев С.А. Армянский театр и кино. — В сб.: Армянское киноискусство. Е., 1958, с. 92–141. [на арм. яз.];
- Ризаев С.А. Аршак Бурджалян. — Известия АН АрмССР, обществ. науки, 1959, № 5, с. 49–54. [на арм. яз.];
- Ризаев С.А. О режиссерском обогащении литературного сценария. — В кн.: Армянское киноискусство. Сб. статей [Т.] 2. Е., 1960, с. 83–99 [на арм. яз.];
- Ризаев С.А. Первое армянское кинолибретто. — В кн.: Армянское киноискусство. Сб. статей [Т.] 2. Е., 1960, с. 206–208 [на арм. яз.];
- Ризаев С.А. Армянское режиссерское искусство 1920-х годов. — Известия АН АрмССР, обществ. науки, 1961, № 10, с. 47–62.
- Rizayev, Sabir. Erməni-Azərbaycan teatr əlaqələri tarixindən // "Sovetakan qraqanutyun" jurn., 1960, № 4, səh. 135–145 [erm. d.].
- Rizayev, Sabir. Ədəbi əlaqələr haqqında dəyərli kitab // "Sovet Ermənistanı" qəz., 22 noyabr 1975, № 139 (10251);
- Rizayev, Sabir. Beynəlxalq teatr günü // "Sovet Ermənistanı" qəz., 28 mart 1978, № 37 (10617).
İstinadlar
redaktə- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
- ↑ Тигран МИРЗОЯН. ОСНОВАТЕЛЬ АРМЯНСКОГО КИНОВЕДЕНИЯ (rus). Общественно-политическая газета «Голос Армении» // № 142. October 15, 2009. May 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
- ↑ "Юнус Нури / Сабир Ризаев, Акпер Ереванлы. - Ереван : АТО, 1982. - 165 с. : 9 л. ил.; 16 см". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
- ↑ "Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. Yerevan: Ermənistan teatr cəmiyyəti. 1980". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.