Sabir Eliyev Sair - Wikipedia
Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, DQMV – 27 iyul 1977, Şuşa, DQMV) — Azərbaycan şairi.
Sabir Əliyev | |
---|---|
Əliyev Sabir Əli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Azərbaycan SSR |
Təhsili | |
Fəaliyyəti | Şair |
Mükafatları |
Həyatı
redaktəSabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır. 2 iyun 1967-ci ildə Azərbaycan səhiyyə sahəsində fəaliyyətinə görə o "Səhiyyə əlaçısı" vəsiqəsi almışdır. Bundan başqa bir çox tərifnamələr almış, həm də şerlər yazmağa başlamışdır. Səhhətinə görə 1976-ci ildən doğma şəhərinə Şuşaya qayıtmış və orada da 1977-ci ildə dünyasını dəyişmişdir. Onun atası Əliyev Əli İbrahim oğlu ticarətdə işləmişdir.
Sabir Əliyev özünə şərəfli bir peşə seçmişdir. O, dünyanın əşrəfi olan insanların keşikçisi idi. Onu nə yuxusuz gecələr yorurdu, nə də bitib tükənməyən qayğılar. Deyirlər həkimlərin ürəyi bərk olur, möhkəm olur. Bunu onların peşəsi tələb edir. Axı, cərrah bıçağından kövrək bir ürəklə yapışmaq olmaz. Bəs onda; - "Yazqız qalıb qüssələnsən, gecələr, -Ay olaram pəncərəndən baxaram." – misraların müəllifini bərk ürəkli necə adlandıraq?