S 125 - Wikipedia
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir.
S-125 | |
---|---|
Tipi | Zenit raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1961 - davam edir |
İstismara başlanması | 1961 |
İstifadə edilən döyüşlər |
Yom Kippur müharibəsi Kosovo müharibəsi İran-İraq müharibəsi Körfəz müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | GSKB Almaz-Antey |
Konstruksiya tarixi | 1956 - 1961 |
İstehsalçı | JSC Defence Systems |
İstehsal illəri | 1961 - davam edir |
Variantları | Neva, Peçora, Volna, Neva-M, Neva-M1, Volna-M, Volna-N, Volna-P, Peçora-2, Peçora-2M, Neva SC, Peçora-M |
Xüsusiyyətləri | |
Ağırlığı | 953 kq |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.
S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir.
1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.
İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir.
S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır. Köhnə sistemləri xaricə satmaq üçün onları təkmilləşdirmək qərarına gəlinir. Bu məqsədlə 2000-ci ildə hazırlanmış "Peçora-2" sistemi daha uzaq məsafədən eyni zamanda bir neçə hədəfi yüksək dəqiqliklə vurmaq imkanı verir. Atıcı qurğu yük avtomobilinə quraşdırılır, bu da ona qısa zamanda yerini dəyişməyə imkan verir. Peçora-2 sistemini həm də qanadlı raketlərə qarşı tətbiq etmək olur.
Taktiki-texniki göstəriciləri
redaktəS-125M В-600 raketi ilə | "Peçora" В-601P raketi ilə | "Peçora" В-601PK raketi ilə | "Peçora 2A" В-601D raketi ilə | |
---|---|---|---|---|
Hədəfin maksimal uçuş sürəti (m/san) | 560 | 560 | 560 | 700 |
Minimal epr. (m²) | 0,5 | 0,3 | 0,3 | 0,3 |
Hədəfin maksimal uçuş hündürlüyü Н (km) | 10 | 18 | 16 | 20 |
Raketin minimal uçuş hündürlüyü (km) | 0,2 | 0,02 | 0,02 | 0,02 |
Maksimal uzaqlıq (km) | 12 | 17,5 | 14 | 28 |
Minimal uzaqlıq (km) | 6 | 3,5 | 3 | 3,5 |
Hədəfi vurma ehtimalı | 0,25–0,99 | 0,41–0,98 | 0,4–0,97 | 0,41–0,99 |
Hərbdə tətbiqi
redaktə1970-ci ilin iyun-iyul aylarında Misirdə tətbiq olunan S-125 raketlərinin köməyi ilə 17 atəşlə (35 raket) 9 təyyarə vurulmuş və 3-ü zədələnmişdir.[1]
1973-cü ildə Suriyada mövcud olan hərbi münaqişədə 43 təyyarə vurulmuş, 5 divizyon məhv edilmişdir.
Yuqoslaviyada NATO qoşunlarına qarşı döyüşlərdə tətbiq olunan S-125 "Peçora" ilə stels texnologiyasına sahib olan F-117 döyüş təyyarəsi vurulmuşdur.
Kosovo müharibəsi zamanı 2 may 1999-cu il tarixində Yuqoslaviya HHM qoşunlarına məxsus S-125 vasitəsilə NATO qoşunlarına məxsus F-16 döyüş təyyarəsi vurulmuşdur.[2]
İstifadəçiləri
redaktəHazırkı istifadəçilər
redaktə- Azərbaycan: Peçora-2TM variantı. Belarusun "Tetraedr" şirkəti tərəfindən modernizasiya edilib.[3]
- Əlcəzair[4]
- Ermənistan
- Anqola
- Bolqarıstan
- Birma
- Kuba
- Misir[5]
- Efiopiya
- Gürcüstan
- Hindistan
- Liviya
- Moldova
- Monqolustan[6]
- Mozambik
- KXDR[7]
- Peru
- Polşa
- Serbiya
- Suriya
- Cənubi Sudan
- Tanzaniya
- Türkmənistan
- Qazaxıstan: Peçora-2TM[8]
- Ukrayna[9]
- Venesuela: Peçora-2M[10]
- Vyetnam: Peçora-2TM[11]
- Yəmən
- Uqanda
- Zambiya
Keçmiş istifadəçilər
redaktə- SSRİ
- Yuqoslaviya
- Əfqanıstan
- Kamerun: 2005-ci ildə silahlanmadan çıxarılıb.
- Çexoslovakiya
- ADR
- Ekvador
- Finlandiya: 1990-cı illərdə silahlanmadan çıxarılıb.
- Macarıstan: 1978–1995-ci illər aralığında istifadə olunub.[12]
- İraq
- Rumıniya
- Rusiya: 1990-cı illərdə silahlanmadan çıxarılıb.
- Somali
- Slovakiya: 2001-ci ildə silahlanmadan çıxarılıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2014-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2013-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2014-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Arxivlənmiş surət". 2013-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.