Seyadulla Kerimli - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kərimli Səyadulla Xudaverdi oğlu — yazıçı-publisist, tənqidçi.
Səyadulla Kərimli | |
---|---|
Səyadulla Xudaverdi oğlu Kərimli | |
Doğum tarixi | |
Doğum yeri | Zenqaran, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəSəyadulla Kərimli 1946-ci il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini Yardımlıdakı M.F. Axundov adına 1 saylı məktəbdə almış, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ildə Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə "Azərnəşr"də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə "Zəka" jurnalında məsul katib, 1991-2005-ci illərdə "Zəka" jurnalında baş redaktor, 2006-2008-ci illərdə "Respublika" qəzetində redaktor, 2008-2009-cu illərdə isə "Lider" TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Ziyalılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür (1992). "Qızıl qələm" mükafatı laureatıdır (1995).
Yaradıcılığı
redaktəSəyadulla Kərimlinin ilk mətbu əsəri 1977-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunmuç "Nənə xalı toxuyur" adlı şeirdir. Sonrakı illərdə o müntəzəm olaraq dövri mətbuatda ədəbi-bədii və publisistik yazılarla cıxış etmişdir. S. Kərimlinin yaradıcılığında bədii-publisistik əsərlərlə yanaşı, tədqiqat xarakterli yazılar da paralel şəkildə davam etdirilmişdir. S.Kərimli uzun illər Azərbaycan mətbuat salnaməsində özünə layiqli yer tutan "Zəka" (əvvəllər "Kitablar aləmində" adı ilə nəşr olunub) jurnalının rəhbəri olmuş (1982-2005), jurnalda daha çox tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək materialların dərcinə çalışmışdır. S.Kərimli həm də uşaqlar üçün əsərlər yazır. Bunlar Sovet dönəmindən bəri müxtəlif zamanlarda, müxtəlif qəzet və jurnallarda, ayrı-ayrı almanaxlarda dərc olunmuşdur. (Bax: "Göyərçin" jurnalı, 1986, nömrə-4, "Ömrü verməyin bada..." kitabı, Bakı, 1998, "Dağların söz xəzinəsi" (ədəbi almanax), Bakı, 2007 və s.). O, həmçinin, bir neçə kitabın tərtibçi-müəllifidir: "Qeybdən gələn səslər", Yazıçı, 1990, "Məhəmməd Peyğəmbər(s.ə.s), 1998, 2009, "Bitməyən ömür" (2004), "Əbədiyaşar insan" (2004) və s.
Kiçik yaşlı məktəblilər üçün həm əlifba, həm də sinifdənxaric oxu materialı kimi nəzərdə tutulan "Balalara töhfə" adlı kitab hazırda çapa hazırlanır. Eyni zamanda, o, dünyasını vaxtsız dəyişmiş mərhum yazıçı Afaq Cavadovanın (Afaq Nəbiqızı) xatirəsinə ithaf etdiyi "Maral arvadın gəlini" romanının üzərində işləyir. S.Kərimli dövri mətbuatda dərc olunmuş 300-dən çox oçerk, elmi-publisistik, dini və s. yazıların müəllifidir.
Əsərləri
redaktə- Qeybdən gələn səslər ( tərtibçi-müəllif kimi), Bakı, Yazıçı,1990, 148 səh.
- Ömrü verməyin bada... (şeirlər), Bakı, Azərnəşr, 1998, 68 səh.
- Məhəmməd Peyğəmbər (s.ə.s.). 40 sual-cavab (tərtibçi-müəllif kimi). Bakı, Şirvannəşr, 1998, 72 səh.
- Yeraltı səltənət (həmmüəllif). Bakı, Gənclik, 1990, 62 səh.
- Bitməyən ömür. Bakı, Əbilov, Zeynalov və oğulları, 2004, 140 səh.
- Əbədiyaşar insan. Bakı, Təhsil, 2004, 128 səh.
- Məhəmməd Peyğəmbər (s.ə.s.). Bakı, Adiloğlu, 2009, 120 səh.
- Məhəmməd Peyğəmbər (s.ə.s.) (təkrar nəşr). Bakı, Qanun, 2009, 120 səh
Haqqında yazılanlar
redaktə- Teymur Əhmədov, Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", 2011.
- Tapdıq Əlibəyli, "Sən ki bələd bu dünyaya...","Poetik buta", "Elm və təhsil" nəşriyyatı,2013,səh.71-80.
- " Dağların söz xəzinəsi ", ( ədəbi almanax, Bakı, 2007.