Ses Sureti - Wikipedia
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir.
Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir.
Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir.
Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır:
Düsturdakı (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir.
Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir. Külək qabaqdan əsərsə, səs yerdən yuxarıya doğru istiqamətlənir. Gündüz, yer qızdığı üçün səs dalğaları istiliyin təsiri ilə yuxarıya doğru istiqamətlənir. Gecə isə yer soyuduğu üçün səs dalğaları daha uzaqlara gedir və aşağıya doğru istiqamətlənir.
Dənizdə suyun quruluşu əks etdirici bir səth formalaşdırır. Bu səbəbə görə də, dənizdə səs sakit bir mühitdə 4–5 km-ə qədər uzağa gedə bilər.
Hərəkətli səs mənbəyinin sürəti, səsin yayılma sürətini keçəndə, səs partlayış səsi olaraq eşidilir. Belə vəziyyətdə dalğa şüa kimi konusşəkilli bir sahədə yayılır və şok dalğaları adlandırılır. Bir cismin sürətinin o mühitdəki səs sürətinə nisbətinə Max rəqəmi deyilir. Səs sürətini keçmiş ilk insan Chuck Yeager olmuşdur.
Azot | 334 |
Ammonyak | 415 |
Asetilen | 327 |
Hidrogen | 1284 |
Hava | 331 |
Helium | 965 |
Oksigen | 316 |
Metan | 430 |
Dəm qazı | 338 |
Karbon qazı | 259 |
Xlor | 206 |