Serhedabad Celilabad - Wikipedia
Sərhədabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Sərhədabad kənd inzibati ərazi dairəsində kənd.[1]
Sərhədabad | |
---|---|
39°14′08″ şm. e. 48°26′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 69 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1799 (2009) nəfər |
Tarixi
redaktə31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Sərhədabad kəndi olmaqla Sərhədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]
Toponimikası
redaktəBurovar silsiləsinin ətəyindədir. Keçmiş adı Parıx olmuşdur. Kəndin əsasını alar tayfası qoymuşdur. 1870-ci ilin məlumatına görə, əvvəllər dörd hissədən ibarət olan alarlar parçalanmış, onların ikinci hissəsi sərhəd zonasında Parıx (əsli Paraq olub, “çəpərlənmiş yer” deməkdir) adlı yerdə yaşayış məntəqəsinin əsasını qoymuşdur. Oykonim “sərhəddə yerləşən kənd, sərhəd kəndi” mənasındadır.[3]
Coğrafiyası və iqlimi
redaktəSəhrədabad kəndi Cəlilabad rayonunun ən böyük kəndlərindən biridir və rayonun 7 km-liyində yerləşir. Hal-hazırda 1000 hektara yaxın əkin torpağı vardır. Torpağı orta və zəif parçalanmış dağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftıdır.
Əhalisi
redaktəKənd əhalisi əsasən taxılçılıqla və heyvandarliqla məşğul olur. SSRİ dövründə Səhrədabad kəndi üzümçülüyü ilə məşhur olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1799 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Səhrədabad kəndində bir orta məktəb, xəstəxana və kənd icra nümayəndəliyi yerləşir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629