Sema Qapilarini Doyerek - Wikipedia
Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır.
Səma qapılarını döyərək | |
---|---|
ing. Knockin' On Heaven's Door | |
Janr |
faciəvi komediya Dram Kriminal |
Rejissor | Tomas Yan |
Prodüserlər |
|
Ssenari müəllifləri | |
Baş rollarda |
Til Şvayger Yan Yozef Lifers Moritz Blyaybtroy Tyerri van Verrike Rutger Hauer Hub Stapel |
Operator | Martin Kukula |
Bəstəkar | Franz Plasa |
İstehsalçı | de:FSK 12 |
Distribütor | Walt Disney Studios Motion Pictures[d] |
İlk baxış tarixi | 1997, 20 fevral 1997[2][3] |
Filmin növü | Bədii film |
Müddət | 87 dəq. |
Büdcə | 3,5 mln DM |
Ölkə | Almaniya |
Dil | almanca |
İl | 1997 |
Rəng | rəngli |
Çəkiliş yeri | Köln |
IMDb | ID0119472 |
Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq).
Məzmun
redaktəİki cavan oğlan qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir. Martin əmindir: dünyanın o tayına getmək və dənizi görməmək, bu bağışlanılmaz səhvdir.
Öz həyatlarının son məqsədinə çatmaları üçün onlar hospitalın həyətindən raritet avtomobil Mercedes-Benz 230 SLi oğurlayaraq xəstəxanadan qaçırlar. Pul tapmaq üçün Martin və Rudi yolda bankı və yanacaq stansiyasını soyurlar. Onlar yalnız sonda bilirlər ki, sürdükləri avtomobil yerli qanqsterindir, avtomobilin keysində isə milyon nağd şəklində saxlanılır. Həm də onları artıq polis axtarır. Boss avtomobilin və keysin axtarışına özünün 2 tərəfdaşını — Henki və Abdulu (Moritz Bleibtreu) göndərir. Onlar bir-biri yola getməyib hər dəfə dalaşırlar.
Polislər qaçaqları yaxalayamaq istəyəndə Martin Rudini guya ki, əsir götürür. Bu dostlara polislərdən qaçmağa imkan verir. Amma tezliklə onlar polislərlə qanqsterlər arasında tələyə düşürlər. Bununla belə polislər və qanqsterlər arasında yaranan atışmadan istifadə edərək oradan xilas ola bilirlər.
Süjet daha da açıldıqca Rudi anlayır ki, risk etmək heç də pis və ya qorxulu deyil. Çünki nə həyat qaydalardan ibarətdir, nə də qanunlar mükəmməl və nöqsansızdır. Bu epizodda Martinin beynində xərçənq olduğuna görə tutması baş verir. Ona həkimin yazdığı dərman artıq qurtarıb. Rudi yeganə dostunun həyatını xilas etmək üçün əlinə pistolet alaraq aptekə qaçır, orada havaya atəş açıb əczaçını lazım olan dərmanı ona verməyə məcbur edir. O dərmanı götürüb dostunun yanına qayıdır.
Yığdıqları pullarla onlar lüks hoteldə qalırlar. Orada onlar öz istəklərini bir kağıza yazırlar. Arzularının hamısını yerinə yetirə bilməyəcəklərini anlayaraq, siyahıda qeyd edilən arzulardan yalnız birini həyata keçirməyi qərara alırlar. Martinin arzusu — Elvis Preslinin pərəstişkarı olan anasına, Elvisin öz anasına verdiyi çəhrayı kadillakdan hədiyyə etməkdir.
Onlar həmin kadillakı aldıqdan sonra, satıcı onları tanıyır və polisə xəbər verir. Martinin anasının evinə yaxınlaşdıqları zaman onları orada artıq polis gözləyir. Polis onları həbs edir. Amma Martin tutma konvulsyalarını simulyasiya edərək polisi aldadır, polislər qorxaraq onları buraxır. Martin və Rudi qaçırlar. Polis onları hələ həbs edən zaman Martinin də heç bir vaxt dənizi görmədiyi aşkarlanır.
Nəhayət onlar dənizə çatırlar. Rudi dənizi görən kimi deyir: "Mən anladım — qorxmaq axmaqlıqdır". Bu fraza onun bütün həyatına ismarıclanmışdı, onun qanunlara həddindən artıq tabe olması nəticəsində özünü hər bir şeydən məhrum etmək anlamını gətirirdi. Və yalnız risk etməklə, ürəyinin səsinə qulaq asaraq və stereotipləri kənara qoyaraq o özünün ən böyük istəyinə nail olur — o dənizi görür.
Final epizodu emosional kuliminasiyalıdır. 3 dəqiqəlik səhnə "Knocking on heaven's door" mahnısı ilə müşayiət olunur. Dostlar səssiz dəniz kənarında gəzişirlər, dənizin çox uzaqlarına baxırlar, dalğaları seyr edirlər, dənizin gözəlliyinə heyran qalırlar. Onlar bu gözəlliyi görmək üçün çox uzun yol qət etməli, maneələrdən aşmalı olmuşlar. Martin və Rudi tekila içir, siqaret çəkirlər.
Dəniz sahilində Martin vəfat edir. Rudi onun yanında əyləşir və dənizi seyr eləməyə davam edir…
Rollarda
redaktə- Til Şvayger – Martin Brest
- Jan Josef Liefers – Rudi Wurlitzer
- Thierry Van Werveke – Henk – belçikalı
- Moritz Bleibtreu – Abdul – türk
- Huub Stapel – Frankie 'Boy' Beluga
- Leonard Lansink – Kommisar Schneider
- Ralph Herforth – Assistent Keller
- Cornelia Froboess – Frau Brest – Martins Mother
- Rutger Hauer – Curtiz
- Christiane Paul – Butikdəki assistent
Maraqlı faktlar
redaktəFilm ən çox sitat gətirilən filmlərdəndir:
- Biz dənizə tərəf yollanırıq, sən orada heç zaman olmamısan.
- Deyəsən mən artıq istəmirəm…
- Sənin cənnətdə danışmağa heç bir mövzun olmayacaq.
- Bilirəm, mən dənizə istəyirəm, amma bir az qorxuram…
- Bilirsən nə var: qorxmaq axmaqlıqdır.
Mükafatlar və nominasiyalar
redaktə- Deutscher Filmpreis 1997
- Təsviri xidmətləri üzrə Film Mükafatı: Moritz Bleibtreu
- Kateqoriya Ən Yaxşı Film, Alman Film Mükafatı namizədliyi
- VideoWinner 1997
- Verleih: Erfolgreichster deutscher Spielfilm
- Goldene Leinwand 1998
- Goldene Leinwand: 18 aya 3 mln. dinləyici
- Valenciennes International Festival of Action and Adventure Films
- Audience Award
- Grand Prize
- İnternationales Filmfestival Moskau 1997
- Gümüş müq. Georq: Ən Yaxşı kişi oyunçu: Til Şvayger
- Ernst-Lubitsch-Preis 1998
- Moritz Bleibtreu
- Sitges Festival Internacional de Cinema de Catalunya|Catalonian International Film Festival 1997, Sitges, İspaniya
- Gran Angular Award (Ən yaxşı film)
Xarici keçidlər
redaktə- ↑ Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ http://www.zelluloid.de/filme/index.php3?id=911.
- ↑ filmportal.de. 2005.