Semed Sadiqov - Wikipedia
Səməd Qurban oğlu Sadıqov (1903, Qaçağan, Borçalı qəzası – 22 mart 1989, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı[1]. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı.
Səməd Sadıqov | |
---|---|
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1989 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | tərəvəzçi |
Mükafatları |
|
Həyatı
redaktəSəməd Qurban oğlu Sadıqov 1903-cü ildə Tiflis quberniyası, Borçalı Qəzasının Qaçağan kəndində doğulub. Uşaqlığı və gəncliyi Qaçağan kəndində keçmişdir. 1920–1927-ci illərdə Qaçağan kənd ümüumtəhsil məktəbində oxuyub. Ömrünun sonuna qədər Qaçaəan kəndində yaşamışdır. 22 mart 1989-cu ildə Qaçağan kəndində dünyasını dəyişmiş və 23 mart 1989-cu ildə Qaçaəan kənd məzarlığında dəfn edilmişdir.
Soykökü
redaktəFəaliyyəti
redaktəSəməd Qurbanov əmək fəaliyyətinə 1920-ci ildə başlamış Sovet hakimiyyəti qurulduqdan sonra isə Qaçağanda yardılan kənd təsərüffatı artelində taxıl becərilməsi ilə məşğul olmuşdur.
1930-cu ildən Borçalı Qəzası "Kommunizm" kolxozunda əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə texniki bitkilər manqasının işçisi daha sonra isə tərəvəzçilik briqadasında çalışmışdır.
1932–1937-ci illərdə "kommunizm kolxozunda təsərüffat briqadiri vəzifəsini tutmuşdur.
1938–1941-ci illərdə Qaçağan "Kommunizm" kolxozu İdarə Heyətinin sədr müavini işləmişdir. 1942-ci ilin yanvarında S.Sadıqov Borçalı qəzasının Təkəli kəndində 21 may" kolxozu İdarə heyətinin sədri seçilmiş və 1945-ci ilə qədər bu vəzifəni tutmuşdur. Böyük Vətən Müharibəsi illərini əhatə edən bu dövrdə S.Sadıqov "1 may" kolxozunun rəhbəri olaraq, həm Borçalı qəzasının Təkəli kəndi, o cümlədən qonşu Qaçağan və Xancıqazlı kəndlərinin əhalisinin işlə təmin edilməsində, Sovet Ordusuna tərəvəz, süd məhsulları, yağ, pendir və ət məhsulları ilə SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən kolxozlar üçün məcburi təyin edilmiş planın yerinə yetirilməsi üçün ciddi əmək sərf etmişdir.
1945–1947-ci illərəd S.sadıqov Qaçağan "Kommunizm" kolxozuna anbar müdiri təyin edilir və o əmək fəaliyyətinin bu vəzifəsində 1947-ci ilədək davam etdirmişdir.
1947–1953-cü illərədə isə "Kommunizm" kolxozunda təsərüffat briqadasına rəhbərlik etmişdir. Bu briqadad işlədiyi dövrdə, əsasən də 1948-ci ildə yüksək məhsul əldə etməsinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 mart 1948-ci il tarixli fərmanı ilə Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
1960-cı ildə təqaüdə çıxdıqdan sonra SÜəməd Sadıqov ömrünün sonuna qədər, 1989-cu ilə kimi Gürcüstan SSR marneuli rayonu Qaçağan kəndində yaşamışdır.
Mükafatları
redaktə- Sovet İttifaqı sosialist Əməyi Qəhrəmanı (03.03.1948)
- SSRİ "Qızıl Oraq və Çəkic medalı" (03.03.1948)
- SSRi "Lenin ordeni" (1950)
İstinadlar
redaktə- ↑ "УКАЗ ПРЕЗИДИУМ ВЕРХОВОГО СОВЕТА СССР от 3 марта 1949 года — wwww.libussr.ru". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |