Semed Merdanov - Wikipedia
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru.[1]
SƏMƏD MƏRDANOV | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | Rejissor |
Təhsili | |
IMDb | ID0546245 |
Həyatı
redaktə1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur.[2] Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir.
Əlavələr
redaktə- Aktyor Mustafa Mərdanovun qardaşıdır.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ https://filmfond.az/2023/09/21/kinorejissor-səməd-mərdanovun-dogum-gunudur/
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
Mənbə
redaktə- Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 253.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 38–40.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.