Selim Selimov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu – 23 mart 2024, Bakı) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995).
Səlim Səlimov | |
---|---|
Səlimov Səlim İsmayıl oğlu | |
1990 – 1995 | |
Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1986 – 1991 | |
Əvvəlki | Xanlar Məmmədov |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 2024 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | deputat |
Həyatı
redaktəSəlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub.[1]
1963-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur.
1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir.
Səlim Səlimov 1996-cı ildən təqaüdçü idi . 23 mart 2024-cü il tarixində vəfat edib.[2]
Siyasi fəaliyyəti
redaktə1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur.
1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir.
Laçında
redaktə1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.
1971–1973-cü illərdə Azərbaycan ÜİLKGİ Laçın rayon Komsomolun katibi işləmişdir.
1981-ci ildə Azərbaycan SSR "Bilik" cəmiyyətinin üzvü olaraq mühazirəçi olmuşdur.
1986–1988-ci illərdə Azərbaycan KP Laçın rayon komitəsinin II katibi işləmişdir.
Parlamentdə
redaktə1990-cı ildə Azərbaycan Respublikasının Xalq deputatı seçilmiş və 1995-ci ilə qədər deputat olmuşdur.
Mükafatları
redaktə1977-ci ildə "Slava oktyabr" döş nişanı, 3 oktyabr 1980-ci ildə "Əlaçı əməyə görə" döş nişanı, 1978-ci ildə ÜİLKGİ-nin "60 illik yubiley"i, 1988-ci ildə ÜİLKGİ-nin "70 illik yubiley"i ilə əlaqədar yubiley medalları, Səlim Səlimov Daxili İşlər Nazirliyinin "Əla xidmətə görə" medalı ilə təltif olunmuş, 5 may 1983-cü ildə Baş Leytenant rütbəsi almış və 1988-ci ilin fevral ayından 1 oktyabr 1991-ci ilədək könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Ona 17 fevral 2004-cü ildə "Müharibə veteranı" vəsiqəsi təqdim olunmuşdur.
İstinadlar
redaktə- ↑ Arif Məmmədli. "Hələ yaşamağa dəyər", "Laçın yurdu" jurnalı, № 1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.24.
- ↑ Qlobal.az. "Laçının tanınmış ziyalısı, sabiq deputat Səlim Səlimov vəfat edib". qlobal.az (ingilis). 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.