Sekkizayaq Paul - Wikipedia
Səkkizayaq Paul — "öncəgörən" səkkizayaq (lat. Octopus vulgaris), İtaliyanın Toskana şəhərinin vətəndaşı[1], Qərb xurafatı[2].
Səkkizayaq Paul | |
---|---|
alm. Paul | |
Məlumatlar | |
Növü | fərdi heyvan[d] |
Doğum tarixi | 26 yanvar 2008 |
Ölüm tarixi | 26 oktyabr 2010 |
Ölüm yeri | Oberhauzen |
Peşə | Orakul, internet ulduzu |
Səkkizayaq Paul Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi proqnozlarla məşhurlaşmışdır. Səkkizayağın bütün proqnozları doğru çıxmışdır. O, Almaniya yığmasının 6 oyununun və İspaniyanın çempion olacağının "dəqiq" proqnozunu vermişdir. Bununla da dünya xəbərlərinin baş mövzusuna çevrilmişdir[3].
Paulun necə seçim etdiyi də maraqlıdır. Ona içərisi yeməklə dolu olan iki qab verilir və hər qabın üzərində qarşılaşacaq yığmaların ölkələrinin bayraqları əks olunur. Paul hansı ölkənin bayrağı olan qabdan yemək yesə, demək o ölkə "qalib"dir[2].
Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life" adlı okeanariumda saxlanılan bu dəniz heyvanı 2010-cu il oktyabrın 26-da keçinib. Səkkizayaq Paul 2 yaşında idi. Onun hansı səbəbdən öldüyü bəlli deyil[4].
Qeyd edək ki, Paul İngiltərədə doğulub. Amma sonradan Almaniyadakı akvariuma satılıb[5].
İstinadlar
redaktə- ↑ Səkkizayaqlı ilbiz İtaliya vətəndaşı oldu[ölü keçid]
- ↑ 1 2 FALÇI İLBİZ VƏ YA QƏRBİN NƏHƏNG XURAFATI[ölü keçid]
- ↑ "İlbiz erası". 2010-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-28.
- ↑ "Məşhur "öncəgörən ilbiz" öldü". 2010-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-28.
- ↑ "Paul növbəti dünya çempionatına hazırlaşır". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-28.