Seid Ibn Emir El Cumahi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Səid ibn Əmir əl-Cümahi | |
---|---|
Fəaliyyəti | alim |
Həyatı
redaktəGənc Səid ibn Amir əl-Cuməhi Məhəmmədin səhabələrindən biri olan Xubeyb ibn Adinin xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi.
Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan ibn Hərb, Səfvan ibn Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Məhəmməddən şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar.
Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid ibn Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə tərəf baxmağa başladı. Onlar isə Xubeybi taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid ibn Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin sabit və təmkinli səslə belə dediyini eşitdi:
– "Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…" Sonra o Xubeybin Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb ibn Adinin Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü:
– "Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…". Sonra Səid ibn Amir əl-Cuməhinin qövmü öz gözləri ilə Xubeybi diri ikən tikə-tikə doğradıqlarının şahidi oldular. Onlar hər dəfə onun bədənindən bir tikə kəsdikcə ona belə deyirdilər:
– "İstərdinmi ki, Məhəmməd sənin yerində olsun və sən də xilas olasan?" O, bədənindən qan axa-axa deyirdi:
– "Allaha and olsun ki, mən istəmərəm ki Məhəmmədə bir tikan batsın, mən isə ailəmdə və övladlarımın yanında salamat olum." İnsanlar əllərini havada yellədərək və səslərini ucaldaraq: "Onu öldürün! Onu öldürün!…" deyirdilər.
Qureyş Məkkəyə qayıtdı və o nəhəng izdihamlı hadisədəki Xubeybi və onun faciəsini unutdu. Lakin Xubeyb yeniyetmə, gənc Səid ibn Amir əl-Cuməhinin xatirindən bir anda olsun belə çıxmadı.
O, onu yatdıqda yuxusunda, ayıq halda isə xəyalında görürdü. Xubeyb daima onun qarşısında xaçın yanında rahat və təmkinlə iki rükət namaz qılan halda canlanırdı. Səid onun Qureyşin əleyhinə dua edən titrək səsini öz qulaqlarında eşidirdi və qorxurdu ki, göydən onun üzərinə qaya parçası düşsün və ya onu ildırım vursun.
Həqiqətən Xubeyb Səidə onun bu vaxta qədər bilmədiyi bir şeyi öyrətdi. Ona öyrətdi ki, həqiqi həyat etiqaddır və bu etiqad uğrunda ölənə qədər edilənlər cihaddır. Həmçinin ona öyrətdi ki, sarsılmaz iman qeyri-adi şeylər və möcüzələr edir. Xubeyb ona başqa bir şey də öyrətdi. O da, bütün varlıqları ilə səhabələri tərəfindən sevilən bir kişinin səmadan (Allah tərəfindən) qüvvətləndirilən bir peyğəmbər olmasıdır.
Elə həmin anda Uca Allah Səid ibn Amirin sinəsini İslama açdı və o bir dəstə insanın qarşısında duraraq Qureyşin cinayətlərində və günahlarında onlara şərik olmadığını və onların bütlərindən imtina edib Allahın dininə daxil olduğunu elan etdi.
Səid ibn Amir Mədinəyə hicrət etdi və daima Peyğəmbərlə birgə oldu. Onunla Xeybərdə və sonrakı döyüşlərdə iştirak etdi.
Peyğəmbər Səid ibn Amirdən razı halda Rəbbinin dərgahına qovuşduqdan sonra o, iki xəlifəynən, Əbu Bəkr və Ömərin yanında (Allah yolunda cihadda) sıyrılmış qılınc olaraq davam etdi. Səid ibn Amir dünyanı axirətə satan bir mömin üçün son dərəcə gözəl, misilsiz bir örnək olaraq yaşadı. O Allahın razılığını və mükafatını nəfsin başqa istəklərindən və bədənin şəhvətlərindən üstün tutdu.