Sefevilerin Sikkeleri - Wikipedia
Səfəvilərin sikkələri - Səfəvilər dövründə istehsal edilmiş və dövriyyədə olmuş gümüş pullar.
Ümumi məlumat
redaktəAMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan və ekspozisiyasında nümayiş olunan Səfəvilər dövrünə (907-1169 = 1502 - 1755) aid gümüş (şahi, abbası, muhəmmədi, larin) və mis sikkələr (qazıbəyi) - uyğun dövrün Azərbaycan zərbxanaları (Təbriz, İsfahan, Şamaxı, Dərbənd, Naxçıvan,Ərəş, Zəyəm, Marağa, Ərdəbil, Şabran, İrəvan, Ordubad, Tiflis, Gəncə və s.) və pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edən faktiki tapıntılardır.
Sikkələrin səciyyəvi xüsusiyyətləri və iqtisadi əhəmiyyəti
redaktəSəfəvi sikkələrinə hicri-qəməri təqvimə müvafiq zərb ili (rəqəmlərlə),zərbxana, Səfəvi hökmdarlarının şərəfli titulları və müxtəlif dini ifadələr (İslam inancı ifadələri, 12 imam adları, dini şeirlər və s.) həkk edilmişdir.2014-cü ildə rus dilində nəşr edilmiş yeddi fəsildən ibarət “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” əsərində (elmi redaktor: akademik Nailə Vəlixanlı; rəyçilər: AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, t.ü.e.d.,professor Şahin Fərzəliyev, mətnin texniki yığımı və tərtibatı: “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin əməkdaşları - t.ü.f.d. Aygün Məmmədova, böyük laborant Gülnar İsmayılova. Bakı: Ziya NPM, 232 s.) əsərində muzeyin fond materialarrına istinadən XVI – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətində pul təsərrüfatı, Azərbaycan Respublikası ərazisində aşkarlanan Səfəvi sikkələrinin topoqrafiyası, qızıl, gümüş, mis sikkələrin metroloji, tipoloji xüsusiyyətləri, zərb texnikası və d. məsələlər araşdırılmış, xarici ticarət əlaqələri nəticəsində Səfəvilər dövlətinə daxil olan Avropa sikkələri (Venesiya və d. qızıl dukatları,Burqundiya, Prussiya, Saksoniya, Avstriya, Moraviya, Tirol və Polşa gümüş talerləri)haqqında məlumat verilmişdir[1].
Səfəvi sikkələrinin etiketləri
redaktəŞəkil 1. Səfəvilər. I İsmayıl (907 – 930 = 1502 - 1524), Təbriz, 907 = 1502, gümüş şahi, 9,1 q
Şəkil 2. Səfəvilər. Muhəmməd Xudabəndə (985 – 995 = 1567-1578), Ordubad, 992 = 1584,gümüş şahi, 4,6 q
Şəkil 3. Səfəvilər. I Abbas (995 – 1038 = 1587-1628), Gəncə, 996 = 1588, gümüş abbası, 9,1 q
Şəkil 4. Səfəvilər. I Şah Hüseyn (1105 – 1135 = 1693 - 1722),İrəvan, 1128 = 1715, gümüş muhəmmədi, 3,46 q