Sefer Alisarli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alışarlı Səfər Xəlil oğlu
Səfər Alışarlı |
---|
Həyatı
redaktəSəfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980–1985-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, "Gənclik"-"Molodost" jurnalında şöbə müdiri, "Səs" qəzetində baş redaktor müavini və s.
İlk hekayələri 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib.
"Zəng" adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı "Zəng", "Qasım", "İnşallah, yaxşı olar", "Kasıb" və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.
Yazıçının digər nəsr toplusu "Sən heç nə bilmirdin" (1993) öz üslubu, yazı manerası və mövzu dəyişkənliyilə əlamətdardır. Burada onun yaxından tanıdığı və hər maddi, mənəvi tərpənişinə dəqiq bələd olduğu kənd mövzusu sanki arxa plana keçməkdədir. S. Alışarlı yaradıcılığına gəlməkdə olan yeni nəfəsin təravətini və sağlam ruhunu onun bu topludakı "Milad gecəsi", "Sən heç nə bilmirdin", "Dağlar bizə baxır" və başqa hekayələrindən görmək mümkündür. Buradakı hekayələrin ruhu sanki nisbətən darısqal milli məkan çərçivəsində darıxaraq, rus sovet nəsri ənənələrinə doğru addımlayır. Hekayələrin əsas qayəsi və araşdırma mövzusu insan psixologiyasının mürəkkəbliyidir.
S. Alışarlı yaradıcılığının sonrakı mərhələsi əsasən bədii jurnallarda çap olunmuş hekayə və povestlərlə xarakterikdir. Onun müxtəlif illərdə "Azərbaycan" və "Ulduz" jurnallarında, "Ədəbiyyat" və "525-ci qəzetlərdə" çap olunmuş əsərləri – "Yaz avazı", "50 hektarlıq avqust", "Kərimin inqilabı" hekayələri, "Adam yaşamayan bölmədə", "Gavur" povestləri müasir Azərbaycan nəsrinin istedadlı nümunələrindəndir.
Yazıçının "Avqust" kitabında (2004) çap edilmiş "Maestro" romanı Azərbaycan nəsrində böyük ədəbi hadisə kimi qarşılandı.
Roman haqda müxtəsər olaraq yalnız onu demək mümkündür ki, buradakı obrazlar sistemi əsl usta qələmi altından çıxmış bitkin, mükəmməl bədii təfəkkür məhsuludur. "Maestro" romanını www.kitabxana.net internet resursunda oxumaq olar.
Səfər Alışarlının çap edilmiş əsərləri haqda məlumat
redaktə- 1. "Zəng" hekayələr toplusu; Bakı, "Yazıçı" nəşriyyatı – 1987
- 2. "Sən heç nə bilmirdin" hekayələr toplusu; Bakı, "Gənclik" nəşriyyatı-1993
- 3. "Avqust" roman və povestlər toplusu; Bakı, "Qızıl şərq" ASC −2004
- 4. "Quraq fəsillər" hekayələr toplusu. Bakı, "Qanun" — 2018
- 5. "Qız və maneken" hekayələr və povest toplusu. Bakı, "Mütərcim" −2019
- 6. "İkinci Respublikanın generalı" hekayələr toplusu. Bakı, "Qanun" 2020
Ayrı-ayrı əsərlərinin jurnal nəşrləri
redaktə- "Azərbaycan" jurnalı: 1981 – N11; 1982 –N7; 1983 – N2, N12 ; 1984 – N8; 1987 –N4; 1987 – N12; 1988 – N10; 1990 – N9; 2000 — N7 və sair.
- "Ulduz" jurnalı: 1987 – N12; 1988 – N6; 2000 – N3; 2004 – N4; 2005 –N3
- "XX əsr" Gənclik dərgisi: 1998 – N3;
- "Literaturnıy Azerbaydjan" jurnalı: 1983 — N7; 1984 – N7; 1986 – N7; 1994 –N7; 2001 — N4
Səfər Alışarlının başqa xalqların dilinə tərcümə olunmuş əsərləri
redaktəSəfər Alışarlının "Dağlar bizə baxır" adlı 15 çar vərəqi həcmində hekayələr toplusu Azərbaycan nəsrinin məşhur tərcüməçisi mərhum Tamara Kolyagina tərəfindən rus dilinə tərcümə edilib. Yazıçının "Gavur" povesti Türkiyədə nəşr olunub.
Səfər Alışarlının "Qırmızı qovluq" hekayəsi 2017-ci ildə gürcü dilində "Körük" jurnalında çap edilib.
Səfər Alışarlının başqa dillərdən Azərbaycan dilinə tərcümə etdiyi əsərlər
Kurt Vonnehut (ABŞ yazıçısı): "Pişik beşiyi" – roman; 1993-cü ildə Azərbaycan Tərcümə Mərkəzi tərəfindən ayrıca kitab şəklində buraxılmışdır.
Yuri Kazakov: hekayələri, "Azərbaycan" jurnalında və müxtəlif almanaxlarda dərc edilmuşdir.
Tatyana Tolstaya: hekayələri, "Xəzər" jurnalında və rus nəsr antologiyasında çap edilmişdir.
Aleksey Varlamov: hekayələri, "Alatoran" jurnalında və rus nəsr antologiyasında çap edilmişdir.
Vasili Şukşin: hekayələri, "Kulis.az" saytı