Sedrler - Wikipedia
Sədrlər — şərqin tanınmış soylarından biri.
Sədrlər | |
---|---|
Titul | Seyid |
Əcdadı | Seyid Sədrəddin İsfahani |
Mənşəyi | İsfahan, Livan, Beyrut |
Dini fəaliyyəti | Ruhani |
Soyun yaranması
redaktəİslam Peyğəmbərinin (s) nəslindən olan Sədrlər ailəsinin ilk tanınmış nümayəndəsi Seyid Sədrəddin təxminən 200 il əvvəl İranın İsfahan şəhərindən şiə elm mərkəzi olan Nəcəfə köçərək burada məskunlaşıb. Sonradan Sədrlər ailəsinin bir qolu Livanın cənubuna - Cəbəl Amil məntəqəsinə köçüb və orada yaşamağa başlayıb. Livanda İslam müqavimətinin liderlərindən olan şəhid Musa əs-Sədr də bu ailəyə mənsubdur. Nəcəfdə məskunlaşan Sədrlər burada elmi fəaliyyətlə məşğul olublar.
İraqda Səddam Hüseyn hakimiyyəti ələ keçirəndən sonra şiələrə, xüsusən də ruhanilərə qarşı təqiblər başlayır. Çoxlu sayda məşhur şiə üləması həbsə atılır, bir çoxu qətlə yetirilir. Səddam qəti şəkildə şiə ruhanilərinin ölkədən çıxmasını tələb edir. Bu zaman Nəcəfin nüfuzlu alimlərindən olan Seyid Məhəmmədbağır Sədr Səddam hakimiyyətinə qarşı açıq mübarizəyə başlayır. O və bacısı, təhsilli ruhani qadın olan Bintul Huda diktatura rejimini ifşa edən çağırışlar edirlər. Səddam hakimiyyəti inqilabçı bacı-qardaşı qətlə yetirmək istəsə də xalqın kütləvi etirazından ehtiyat etdiyi üçün açıq qəsdlər edə bilmir. Ancaq İranda İslam inqilabı qələbə çaldıqdan sonra Səddamın narahatlığı artır. İraq hakimiyyəti inqilabın sərhədlərin bu tayına da nüfuz edəcəyindən ehtiyatlanmağa başlayır. Bu səbəbdən şiə ruhanilərinə qarşı təqiblər artır. Xüsusi fəallıq göstərən Baqir Sədri və bacısını məhv etmək barədə qərar verilir. Ancaq birinci dəfə Baqir Sədr oğurlandıqda iraqlılar ayağa qalxdığından hökumət onu azad etməyə məcbur olur. İkinci dəfə isə hökumət əvvəlcə Baqir Sədrin öldürülməsi barədə şayiə yayır və kütlənin mümkün çıxışlarını önlədikdən sonra Məhəmməd Baqir Sədr və bacısı qətlə yetirilir. Xalq kütlələri xain qətlə etiraz olaraq ayağa qalxır. Hökumətin silah işlədəcəyini görən Sədrlər kütləvi qırğınlardan yan keçmək üçün etirazları sakitləşdirir. Məhəmməd Sədr şəhid Baqir Sədrin cəsədini hökumətdən alaraq dəfn edir.
Amma bundan sonra vəziyyəti nəzarət altında saxlamaq Səddam hakimiyyəti üçün daha da çətinləşir. Şəhid Baqir Sədrin mübarizəsini onun ən yaxşı tələbəsi, həm də əmisi oğlu Məhəmməd Sadiq Sədr davam etdirir. Məhəmməd Sadiq Sədr əmisi oğlundan daha sərt şəkildə Səddama qarşı çıxırdı. Amma bu dövrdə Səddamın təqibləri və sərbəst fəaliyyət üçün imkan olmaması üzündən Sadiq Sədr gizli fəaliyyət göstərirdi. 1991-ci ildə şiə aləminin böyük alimi Ayətullah-üzma Seyid Əbülqasim Xoyi vəfat etdikdən sonra Nəcəf elmi hövzəsinə M.S.Sədr rəhbərlik etməyə başlayır.
M.Sadiq Sədrin təşəbbüsü ilə tez bir zamanda Nəcəfdə, Kufədə və İraqın digər şəhərlərində cümə namazları bərpa olundu. O zaman bir sıra alimlər hökumətin təxribatlarının olması təhlükəsindən çıxış edərək, eləcə də dini baxımdan 12-ci İmamın (əc) qeybi dövründə cümə namazının vacib olmamasını əsas gətirərək buna qarşı çıxsalar da o, qətiyyət göstərir. Eyni zamanda Sadiq Sədrin təşəbbüsü ilə İraqın bütün şəhərlərində şəriət məhkəmələri bərpa olunur. İmam-camaat olduğu bütün namazlarda kafirləri, qəsbkarları, zalımları lənətləyən Ayətullah Sadiq Sədr Səddama açıq şəkildə meydan oxuyurdu. İlk dəfə o, şiə ruhanisi olaraq Səddamdan həbsdəki məhbusları azad etməyi tələb edir. Eyni zamanda hökumətin sui-qəsdini hər an gözləyən İslam alimi daim çiynində kəfənlə gəzər, bununla da ölümə hər an hazır olduğunu nümayiş etdirərmiş.
Sədrlərin əsas ideyası
redaktəSədrlərin başlıca ideyası İslam hakimiyyəti qurmaq deyil, ilk növbədə bu hakimiyyətin qurulması və ən əsası qeybdə olan 12-ci İmamın (əc) zühuruna hazır olan cəmiyyət formalaşdırmaq idi. Əlbəttə, burada İslam şəriətinə əsaslanan hökumət qurmaq ideyası da vardı, ancaq bu, sonrakı hədəf idi. Həm Baqir Sədr, həm də Sadiq Sədrin əsas hədəfi iraq cəmiyyətini yeni mərhələ üçün hazırlamaq idi. M.S.Sədr qeyd edirdi ki, İraq cəmiyyətini hazırlamamışdan əvvəl İslam dövləti qurmaq böyük faciələrə yol aça bilər. Çünki düşmən həmişə güclüdür və köməyi var. Formalaşmamış cəmiyyətdə qurulan İslam dövləti tez bir zamanda böyük faciələr yaşaya bilər.
Sadiq Sədr çıxışlarında qeyd edirdi ki, İraq cəmiyyətinin indiki (o zamanki) vəziyyətə düşməsinin, zalım hakimiyyətin əsarəti altında olmasının əsas səbəbi insanların Allahdan, onun Peyğəmbəri (s) və İmamlardan (ə) kənar düşməsidir. Çünki hədsiz ədalət sahibi olan Allahın insanları səbəbsiz yerə cəzalandırması mümkün deyil. Deməli, ilk nəvbədə cəmiyyətin xəstəliklərini, yəni səbəbi aradan qaldırmaq lazımdır. Bundan sonra vasitəni, yəni diktatura hakimiyyətini aradan qaldırmaq çətin olmayacaq. Ancaq əksinə olarsa, yıxılan bir diktaturanın yerini daha qəddarı tuta bilər. Təbii ki, Sədrlərin bu təbliğat və ideyaları nəticəsiz qalmırdı. Bu isə ona qarşı hakimiyyətin qəzəbini daha da artırırdı. Beləliklə, diktatorların yeganə mübarizə vasitəsi olan zor işə salındı. 1999-cu il fevralın 19-da Kufə məscidində cümə namazı qıldıqdan sonra növbəti dəfə dərs deməyə gedən Sadiq Sədrə Kufə ilə Nəcəf arasındakı Hənnan yolunda sui-qəsd olundu. Evinin yaxınlığında pusquya salınan Sadiq Sədrlə yanaşı oğlanları - avtomobili idarə edən Muəmmal və atası ilə yanaşı əyləşmiş Mustafa (Sadiq Sədrin 4 oğlundan 2-i) qətlə yetirildi. Müsəlmanların qəzəbi sonsuz idi. Hakimiyyət qətldə əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd etdi. Rejimi qətldə ittiham edənlər isə ağır cəzalandırıldı.
Mühəmməd Sadiq Sədrin şəhadətindən sonra mübarizəyə rəhbərlik nəslin daha gənc nümayəndəsi Müqtəda Sədrə keçir. Amma Səddamın devrilməsinə qədər olan 4 ildə Müqtəda Sədrin fəaliyyəti o qədər də açıq hiss olunmur. Ruhani təhsili almış Müqtəda Sədr hələ atasının sağlığında Sədrlər İslam Universitetinə rəhbərlik edib. Müqtəda bu dövrdə daha çox ictimai, cini təbliğat işləri ilə məşğul olub.
Ancaq İraq işğalından sonra Müqtəda Sədr Amerika işğalına qarşı silahlı müqavimətə rəhbərlik edir. Sədr tərəfdarları Mehdi Ordusu yaradırlar. 2003-2004-cü illərdə davam edən iki savaşdan sonra İraqın nüfuzlu dini lideri Ayətullah Seyyid Sistaninin işə qarışmasından sonra atəşkəs elan olunub.
Hazırda Sədrin İranda ali dini dərslər oxuyur. Sıdr qrupu ötən il keçirilən seçkilərdə də fəal olub. Qrupun bir neçə üzvü deputat mandatı alıb. Hazırda Sədr qrupu hakimiyyət koalisiyasının üzvüdür.