Sebuhi Atababayev - Wikipedia
Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam[1], quruluşçu kino rəssamı[2]. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir.
Səbuhi Atababayev | |
---|---|
Səbuhi Zahid oğlu Atababayev | |
Doğum tarixi | 3 aprel 1987 (37 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | rəssam, rəngkar, quruluşçu rəssam |
Təhsili | |
Üzvlüyü |
Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır.
Həyatı
redaktəSəbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili
redaktə292 saylı orta məktəbi bitirib. 2003-cü ildən Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ tətbiqi sənət fakultəsinə daxil olub. 2008-ci ildə kolleci bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Teatr Rəngkarlığı fakultəsinə daxil olub. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin akademiyanın Teatr və Kino rəssamı fakultəsinə magistr pilləsinə daxil olub. 2013-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Təhsili dövründə Kamil Nəcəfzadə, Mais Ağabəyov və s. kimi görkəmli xalq rəssamlarından dərs almışdır. 2013-cü ildən ADRA-nın Akademik Rəngkarlıq və Kompozisiya fakultəsində, 2016-cı ildən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət fakultəsində Kinoda Quruluşçu rəssam ixtisasından dərs deyir.[3][4] Kinoda quruluşçu rəssam işi mövzusunda proqramların müəllifidir.
Fəaliyyəti
redaktə2011-ci ildə Türkiyə və Azərbaycanın birgə istehsalı olan, İctimai TV-də yayımlanmış[5] Qaranlıqlar çiçəyi, 2013-cü ildə isə Space TV-də yayımlanmış[6] Oğurlanmış arzular seriallarının, 2014-cü ildə "Xoxan"[7][8], 2015-ci ildə yenə Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Yarımdünya", 2017-ci ildə "Xənnas"[9], 2016-cı ildə "Naxox"[10] tammetrajlı bədii filmlərinin, 2017-ci ildə "Üçkünc" qısametrajlı bədii filminin, 2018-ci ildə Təhmin və Zaur kino-komediyasının, 2018-ci ildə "Balalayka" qısa filminin, 2019-cu ildə "Gələrsən, görərsən" kino-komediyasının, 2019-cu ildə isə "Aprel"[11] və "Köpük" qısa filmlərinin quruluşçu rəssamı olub. "2020: Nizami ili" çərçivəsində AzTV-nin "Oyanış" layihəsinin quruluşçu rəssamlarından biri olub.
Qardaşı Xpert-in YouTube-da "Synaps Production" (indiki "Synaps Records") kanalında ilk klipi olan və 1 mart 2013-cü ildə yayımlanmış "Şaman" (& Luter), 5 aprel 2014-cü ildə yayımlanmış "Sarışan hallar", 15 avqust 2014-cü ildə yayımlanmış "Bataqlıq donuzu" sinql treklərinin kliplərinin, 18 dekabr 2015-ci ildə yayımlanmış "Qan rəngi yaşıl" sinql trekinin art direktoru, 3 yanvar 2015-ci ildə yayımlanmış "Məhşərdən qətrə" sinql trekində örtük şəklinin həmmüəllifi olub. 9 mart 2015-ci ildə yayımlanmış "İntiharıma gülməsinlər" sinql trekinin klipinin videoçarxı Səbuhi Atababayev tərəfindən çəkilmiş 2500 şəkildən ibarətdir.
8 mart 2021-ci ildə Faiq Ağayevin YouTube-da yayımlanmış "Səni əvəz eləmir" klipinin art direktoru.
Sərgilər
redaktə- 2009-cu il Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş sərgi
- 2010-cu il Azərbaycan teatrının 135 illiyinə həsr olunmuş sərgi
- 2010-cu il Berlində Xocalı sərgisi
- 2011-ci il "Amerika bir rəssamın gözü ilə"
- 2011 ci il Gənclər gününə həsr olunmuş sərgi
- 2012-ci il "Keçmişdən gələcəyə mədəni irs" sərgisi
- 2012-ci il Gürcüstan, Tbilisi "Azərbaycan rəssamlarının sərgisi"
- 2013-cü il Gürcüstan, "Siginaki beynəlxalq gənclər festivalı"
- 2014-cü il "Beynəlxalq Fəal Sənətçilər Birliyi"nin yekun toplantı sərgisi
- 2017-ci il "İncəsənət Dueti" festival sərgisi
- 2020-ci il "Xarı Bülbül Beynəlxalq simpoziumu".
Filmoqrafiya
redaktə- Qaranlıqlar çiçəyi (teleserial, 2011)[12]
- Oğurlanmış arzular (film, 2013)[13]
- Xoxan (film, 2014)
- Yarımdünya (film, 2015)[14][15]
- Naxox (film, 2016)[16][17]
- Üçkünc (film, 2017)
- Xənnas (film, 2017)[18]
- Balalayka (film, 2018)
- Təhmin və Zaur (film, 2018)
- Köpük (film, 2019)
- Gələrsən, görərsən (film, 2019)[19][20]
- Aprel (film, 2019)[21]
- Köpük (film, 2019)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Yerli və əcnəbi rəssamlar işğaldan azad olunan ərazilərdə əsərlər çəkiblər". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "Azərbaycanlı rəssamlardan unikal layihə - FOTO". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Təsviri sənət" kafedrası". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""RƏNGLİ DUYĞULAR". ADMİU-NUN RƏSSAM - MÜƏLLİMLƏRİN YARADICILIQ SƏRGİSİ". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Qaranlıqlar çiçəyi" Azərbaycan-Türkiyə birgə teleserialı çəkilir". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "'Oğurlanmış arzular' serialı yayıma başlayır". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "Əvvəl "Xoxan", bu dəfə "Naxox" - VİDEO". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Xoxanlar"filmi məhkəməyə veriləcək-Rejissor Samir Kərimoğlu". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "Xənnas" Rəsmi trailer. Azərbaycanın ilk qorxu filmi! (Mistik,Triller) 4 Maydan etibarən". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Ölüdən yox, diridən qorxun" deyən məşhurlar bir arada - FOTO". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Aprel" bədii filminin tizerinin təqdimatı keçirilib". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "Yerli serial rejissorları ittihamlara cavab verdilər: "Böyük-böyük danışırlar, amma heç kim kömək etmir"". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Oğurlanmış arzular": duyğusal, tanış motivlər, uğursuz aktyor işi". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Yarımdünya" filminin treyleri və "İstə" mahnısının təqdimatı olub". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Yarımdünya" filmi təqdim olundu". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Naxox" təqdim olundu, aktrisa küsüb getdi - Fotolar". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "Naxox aləmi bir-birinə qatıb". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "İlk dəfə olaraq "CinemaPlus" da Azərbaycan istehsalı olan mistik trillerin nümayişi olacaq - VIDEO". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ ""Gələrsən-görərsən" filminin qala gecəsi baş tutub". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ "CinemaPlus-da "Gələrsən-Görərsən" filminin qalası keçirilib - VİDEO". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
- ↑ Şuranın dəstəyilə çəkilən “Aprel” filminin tizerinin təqdimatı keçirilib
Xarici keçidlər
redaktə- Səbuhi Atababayev: "Əvvəlcə qadını ayaqüstə çəkmək istəyirdik, qadın oturanda gördük ki..."
- 10-da Görüşək Yaşar Yusub, Humay Qədimova, Səbuhi Atababayev
- "Müasir filmlərimizdə ən böyük çatışmazlıq budur" - Kino rəssamı ilə müsahibə
- Səbuhi Atababayevlə "art director" nə deməkdir, filmdə nə rol oynayır bu haqda danışdıq